booked.netbooked.net booked.net  

Azərbaycanın ən faydalı rəqəmsal hökumət həlli olan "Mobil notariat"da əhəmiyyətli bir yenilik edilib.

Bu fikirləri  Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz bildirib.

Ekspert  “Mobil notariat”ın üstünlüklərindən bəhs edərkən bildirib ki, atıq milyonlarla əmlaka sahib olan Azərbaycan vətəndaşının öz daşınmaz əmlakı üzərində istənilən hərəkətləri etmək üçün fiziki olaraq iştirakına ehtiyac yoxdur.

“Yəni Azərbaycan vətəndaşı əmlakı üzərində hansısa sərəncam verilməsi üçün, almaq, satmaq, bağışlamaq və s. üçün dünyanın istənilən yerindən "Mobil notariat" vasitəsilə başqa birisinə etibarnamə verə bilər”,- deyə Osman Gündüz bildirib.

O, bu işin çox uğurlu və faydalı olduğunu vurğulayaraq qeyd edib ki, onlayn mühitdə bu tip əməliyyatları gerçəkləşdirmək üçün Ədliyyə Nazirliyi, Notarial qurum şübhəsiz ki, xeyli sayda hökumət datalarına sahib olmalıdır.

“Görünür ki, qurum digər əlaqəli dövlət qurumları ilə, eGov Mərkəzi ilə birgə, xidməti göstərmək üçün zəruri olan çoxsaylı dataları inteqrasiya edə biliblər. Bildiyim qədər, Ədliyyə Nazirliyi növbəti mərhələdə yalnız etibarnamə ilə deyil, birbaşa vətəndaşlar arasında "Mobil notariat" vasitəsilə real vaxtda alqı-satqı prosesini gerçəkləşdirmək imkanının yaradılmasını nəzərdə tutub”, -o, deyib.

Osman Gündüz Ədliyyə Nazirliyinin, qurumun İT komandasının və dövlət-özəl tərəfdaşlıq çərçivəsində çalışan “Crocusoft” şirkətinin rəqəmsal transformasiya sahəsindəki fəalyiyyətinin təqdirəlayiq olduğunu da qeyd edib.

***

Qeyd edək ki, bir neçə gün əvvəl Ədliyyə Nazirliyi “Mobil notariat” tətbiqinin imkanlarını genişləndirib.

Artıq daşınmaz əmlaka sərəncam verilməsinə, o cümlədən almaq, satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq və sair hərəkətlərin edilməsinə dair etibarnamələri də tətbiq vasitəsilə rəsmiləşdirmək olar. İstifadəçilər özlərinə məxsus bütün daşınmaz əmlaklar və ya konkret əmlakı göstərməklə onlar üzərində istənilən sərəncam hüququnu digər şəxsə etibar edə bilərlər.

 

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN