booked.net booked.net  

Qazaxıstan türk dövlətləri ilə birlikdə sadələşdirilmiş gömrük dəhlizi yaratmağı planlaşdırır.

Qazaxıstan KİV-nin məlumatına görə, “Qazaxıstan hökuməti ilə türk dövlətlərinin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Sazişin imzalanması haqqında” hökumət qərarının layihəsi Dövlət Gəlirləri Komitəsi tərəfindən hazırlanıb.

Sadələşdirilmiş gömrük dəhlizi ticarətdə daşınan mallar haqqında əvvəlcədən məlumat mübadiləsinə yönələn, könüllü istifadəyə açıq olan və bütün nəqliyyat növlərinin istifadə edə biləcəyi elektron sistemdir.

Sənəd gömrük nəzarəti prosedurlarının sadələşdirilməsinə, nəzarət müddətinin azaldılmasına, təhlükəsizliyin, mallar və nəqliyyat vasitələri ilə bağlı məlumat mübadiləsinin təmin edilməsinə, eləcə də xarici iqtisadi fəaliyyət iştirakçıları üçün daha əlverişli şəraitin yaradılmasına töhfə verəcək.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN