booked.net booked.net  

"Qazaxıstanın ZTM “Arlan” zirehli təkərli maşını xüsusi əməliyyat qüvvələri üçün uyğun deyil".

Qazaxıstan Respublikası müdafiə nazirinin müavini general -leytenant Sultan Kamalətdinov Mərkəzi Rabitə Xidmətində (MRX) keçirilən brifinqdə nazirliyin niyə türk texnikasını seçdiyini açıqlayıb.
Brifinq zamanı jurnalistlərin qeyd ediblər ki, paytaxtın təkərli zirehli maşınlar istehsalı zavodunun işçiləri bildirirlər ki, hazırda Müdafiə Nazirliyi və bir sıra yüksək rütbəli dövlət məmurları 100 milyon tengedən (368443.67 manat - red) baha başa gələn Türkiyə istehsalı olan xarici zirehli texnikanın alınması ilə bağlı qərar qəbul edirlər, hansı ki, Qazaxıstanda da eynisi istehsal olunur.
General-leytenant Sultan Kamaletdinov diqqətə çatdırıb ki, Müdafiə Nazirliyi yalnız sifarişçidir, o, icraçıları seçmir və müqavilələr bağlamır, bu məsələ Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin (SİİN) səlahiyyətindədir.
"Sifariş verərkən silahlı qüvvələrin ayrı-ayrı struktur bölmələri üçün tələb olunan texniki şərtləri göstəririk. "Qazaxıstan Paramount Engineering" şirkətinə gəlincə, müraciətlər olub", -deyib.
Müavin vurğulayıb ki, şirkət onları, hətta məhkəməyə verib və həmin məhkəmədə də Müdafiə Nazirliyi qalib gəldi.
"Biz niyə türk şirkətini seçirik? Biz aydın başa düşməliyik ki, hər hansı hərbi texnika xüsusi tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulub. Qazaxıstanın  ZTM "Arlan" zirehli maşını xüsusi əməliyyat qüvvələri üçün uyğun deyil”, - deyə o izah edib.
General-leytenant bildirib ki, Müdafiə Nazirliyi 2015-ci ildən "Qazaxıstan Paramount Engineering" şirkətindən texnika alır və hazırda silahlı qüvvələrdə 138 ədəd ZTM "Arlan" var, ilin sonuna kimi daha 10 ədədinin gətirilməsi planlaşdırılır.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN