booked.net booked.net  

Azərbaycan hərbi gücünə görə 57-ci, Türkiyə isə 11-ci olub

***

Bu barədə hərbi sahədə araşdırmaçı “Global Firepower” portalı məlumat yayıb  (24news).

Məlumata əsasən, 2023-cü ilin beynəlxalq reytinqi üzrə Azərbaycan 145 ölkə arasında 57-ci, Gürcüstan 85-ci, Ermənistan isə 94-cü yerdə qərarlaşıb. Siyahıda ilk beşlikdə ABŞ, Rusiya, Çin, Hindistan və Yaponiya silahlı qüvvələri yer alıb. Türkiyə isə bu siyahıda 11-ci yerdə qərarlaşıb.

Reytinqin tərtib olunması zamanı orduların silah sənayesindəki texnoloji inkişafı, maliyyə vəziyyəti, maddi-texniki imkanları və çevikliyi kimi cəhətlər qiymətləndirilir.

Qeyd edək ki, Azərbaycan ordusu hərbi güc reytinqini 44 günlük müharibədə daha yaxşı göstərdi və nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Elə bu gücün qarşısının alınmaz olduğunu görən işğalçı Ermənistan da kapitulyasiyaya getmək məcburiyyətində qaldı. Hərbçilərimizin Şuşanı hansı çətin yolla azad etməsi isə tarixə qızıl hərflərlə yazılan qəhrəmanlıq, əzm və peşəkarlıq nümunəsidir və analoqu yoxdur. Bu əzmi, gücü yalnız torpağı işğal altında olan ölkənin qəhrəman əsgərləri göstərə bilərdi. 

Bu baxımdan, qalib ordumuzun Vətən müharibəsindəki taktikası dünya ölkələri tərəfindən hələ də öyrənilməkdədir.

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN