booked.net booked.net  

 NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Rusiyanın Ukraynadakı itkiləri genişmiqyaslı müharibəni dayandırmayacaq, çünki Rusiya hakimiyyəti onlara dözməyə və təcavüzü davam etdirməyə hazırdır.

Stoltenberq bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının prezidenti Şarl Mişellə birgə mətbuat konfransında deyib.

 Stoltenberq qeyd edib ki, Ukraynaya silah-sursatla dəstək Alyansa və Avropa İttifaqına üzv ölkələrin ehtiyatlarını tükəndirir, lakin bu, düzgün qərardır.

"Və təbii ki, ehtiyatlarımız tükəndikdə, yalnız bir uzunmüddətli həll yolu var - daha çox istehsal etməliyik" vurğulayan Stoltenberq əlavə edib ki, Alyansa üzv ölkələrin müdafiə nazirləri payızda silah -sursat ehtiyatlarını artırmaq qərarına gəliblər.

 O, əlavə edib ki, söhbət hasilatın artırılmasından gedir.

 "Məqsəd odur ki, biz Ukraynaya dəstəyimizi davam etdirə və gücləndirə bilək. Çünki biz gördük ki, cəsarətli Ukrayna əsgərləri, Ukrayna SQ-nin peşəkarlığı və əhval-ruhiyyəsi nəticəsində Rusiya Ukraynada böyük itkilər verib", - Stoltenberq bildirib.

 Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Və 11 aydır davam edən müharibənin hələki, sonu görünmür...

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN