booked.net booked.net  

Şəhər rəhbərliyi yaxın vaxtlarda şəhərin pik saatlarında tıxac problemini həll edəcək, bu barədə şəhərin meqopolisinin rəhbəri Yerbolat Dosayev sakinlərlə görüşündə bildirib.

Bu gün Qazaxıstanın Almatı şəhərinin Auezov rayonunun sakinləri ilə görüşdə şəhərin meri Yerbolat Dosayev hakimiyyət orqanlarının tıxac problemini necə həll edəcəyini izah edib.

O, qeyd edib ki, metropolis sakinlərində belə bir təəssürat yaranır ki, akimlik bu problemlə məşğul deyil, eyni zamanda Almatıda mayatnik hərəkəti baş verir.

Şəhəri pik saatlarında tıxac məngənəsindən qurtarmağın yolu isə belə izah edilib - hamı səhər mərkəzə gəlir, axşam gedir. “İdeya svetoforların differensial idarə olunmasıdır - səhər saatlarında mərkəzə daha çox göndərmək, axşam isə əksinə”, - deyə təklif verilib.

Qeyd edək ki, paytaxt Bakıda pik saatlarda yaşanan tıxac probleminin hələ ki, həlli yollarını tapmaq müşkülə çevrilib. Hər gün insanlar tıxacda saatlarla vaxt itirir. Küçə və prospektlərdə qəfləti təmirlər, yaxud hansısa tədbirin keçirilməsi zamanı həmin istiqamətdə hərəkətin məhdudlaşdırılması və s. səbəblər də gündəlik tıxacların sayına öz "töhfəsini" verməkdədir....

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN