booked.net booked.net  

 İraq hakimiyyəti milli təhlükəsizlik və “vətəndaşların şəxsi məlumatlarını qorumaq” üçün Telegram-ı bloklayıb.

Onların sözlərinə görə, messencer sızmaların getdiyi kanalların bağlanması tələblərinə məhəl qoymayıb.

 İraqın Rabitə Nazirliyi ölkədə Telegram messencerinin bloklandığını elan edib. 

Qərar “ölkənin milli təhlükəsizliyi ilə bağlı” hakimiyyət orqanlarının göstərişi ilə “vətəndaşların şəxsi məlumatlarının mühafizəsi” üçün qəbul edilib. Nazirlik iddia edir ki, xidmət İraq qanunlarını pozub.

 Məlumatda, həmçinin bildirilir ki, agentlik dəfələrlə Telegram-dan “rəsmi dövlət qurumlarının və vətəndaşların şəxsi məlumatlarını sızdıran platformaları” silməyi xahiş edib, lakin iddialara görə, şirkət bu müraciətlərə cavab verməyib.

 Qeyd edək ki, Telegram İraq hakimiyyətinin qərarını hələ ki, şərh etməyib.

 

Xatırladaq  ki, iyulun əvvəlində nazirliyin Rəqəmsal Media Mərkəzi Telegram-ı ölkədə “fırıldaqçı və cinayətkar sxemlərin planlaşdırılması, maarifləndirilməsi və həyata keçirilməsi üçün ideal platforma” adlandırmışdı...

 

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN