booked.net booked.net  

40 ildir ki, mən doğma vətənimdən çıxmışam (Cənubi Azərbaycan- Təbrizdən-red), amma 1987-ci ildən Baklya gəlirəm.

 Bakı olub mənim döğma vətənim. Bu illər ərzində 115 ölkədə omuşam. Minlərlə mədəniyyətlə tanış olmuşam . Bütün bunları gördükdən sonra mən dünyaya başqa gözlə baxmağa başlamışam”

Bunu TEZADLAR.TV-nin efirində qonaq olan Fransada yaşayıb fəaliyyət göstərən, Azərbaycan əsilli fotoqraf – jurnalist Reza Deqati vətənindən uzaqda başqa millətlərin arasında yaşamağından bəhs edərkən deyib.

“... Məsələn, necə ki, peykdən dünyaya baxanda  heç bir sərhəd görünmür, bir planet var və bir millət var – insanlar, insaniyyət. Mənim üçün rəngindən, irqindən, millətindən asılı olmayaraq, hamı eynidir.  Ailə kimi baxıram onlara. Necə ki, bir ailədə biri ziyalı ola bilər, biri bir az oğru... ola bilir. Dünya da o cürdür. Yəni mən dünyanı bu cür görürəm.  Mən düşünürəm ki, bütün dünya xalqları eyni millətdir. Dərisinin rəngindən asılı olmayaraq, insanlar eynidir: müharibədə görmüşəm ki, güllə dəyəndə, qan eyni rəngdə axır- qırmızı... Bunu yaddan çıxartmayaq ki, bir dünya var və bir millət...

Xatırladaq ki, Reza Deqati Cənubi Azərbaycanda, Təbriz şəhərində dünyaya göz açıb. Fəaliyyəti ilə bağlı (fotoları) gənc yaşlarından İrandakı təqiblərdən (həbsxana, işgəncə) yaxa qurtarmaq üçün Fransaya mühacirət etmək məcburiyyətində qalıb. Qəlbi Azərbaycanla döyünən, Qarabağ həqiqətlərini öz fotolarının yaddaşına köçürərək dünyaya çatdıran, saysız-hesabsız sərgiləri təşkil olunan fotoqraf-jurnalist bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən xidmətlərinə görə “Dostluq ordeni” ilə mükafatlandırılıb.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN