booked.net booked.net  

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti ilə Brüsseldə gözlənilən görüşü barədə açıqlama verib.

Paşinyanın sözlərindən belə məlum olur ki, o, bazar günü Azərbaycan prezidenti İlham Əliyevlə görüşmək üçün Brüsselə uçacaq, lakin Azərbaycanla sülh müqaviləsi imzalamağ iqtidarında deyil və yaxud məsələni yenə dalana dirəmək istəyir...

Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında elan edib ki, mayın 14-də Azərbaycan prezidenti İlham Əliyevlə Brüsseldə görüşdən imtina etmir, lakin həmin gün sülh müqaviləsinin imzalanması ehtimalına gəlincə, bu, onun fikrincə, çox aşağıdır.

"Hazırkı ana görə bazar günü Əliyevlə danışıqlar aparmaq üçün Brüsselə getmək qərarımı dəyişməmişəm... Bazar günü Azərbaycanla sülh müqaviləsinin imzalanması ehtimalı nə dərəcədədir? Təəssüf ki, belə bir ehtimal çox aşağıdır", -deyə Paşinyan bəribaşdan fikrini açıqlayıb.

 Belə görünür ki, Ermənistanın baş naziri hələ uzun müddət Qarabağda “qazan qaynatmaq” arzusundadır. Amma “dəmir yumruq” da yerindədir. “Gələcəyi varsa, görəcəyi də var!” Bunu Ermənistanda nə qədər tez anlasalar, o qədər yaxşı olar...

 P.S. Elə bu nala-mıxa vurmanın bariz nümunəsidir ki, bu gün Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. Azərbaycan ordusu isə Ermənistan silahlı qüvvələrinin layiqli cavabını verib və verməkdə də davam edir.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN