booked.net booked.net  

Qazaxıstan Çin Xalq Respublikasına taxıl ixracını ildə 1 milyon tona çatdırmaq niyyətindədir.

Bu barədə Pekində Qazaxıstanın kənd təsərrüfatı naziri Yerbol Karaşukeev Çinin aparıcı kənd təsərrüfatı şirkətləri COFCO və CITIC Group ilə görüşdə bildirib.

Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinon məlumatına görə, görüşdə xüsusilə, iki Çin şirkətinin COFCO və CITIC Group rəhbərliyinə Qazaxıstanda əhəmiyyətli taxıl ehtiyatlarına malik olan və ixrac üçün taxılın lazımi həcmdə və keyfiyyətdə təmin edə bilən yerli şirkətlər vasitəsilə taxıl tədarükünü həyata keçirmək təklif olunub.

Həmçinin ÇXR Ət Assosiasiyasının nümayəndələri ilə görüşdə Qazaxıstanın kənd təsərrüfatı naziri Yerbol Karaşukeev bildirib ki, Qazaxıstan müəssisələri dondurulmuş ətin ixracının mümkün qədər tez bərpasını gözləyirlər: mal, quzu və donuz əti. Bundan əlavə, yerli zavodlar soyudulmuş ət və balıq məhsulları, quş əti, yumurta və digər mal növlərini tədarük etməyə hazırdır.

Xatırladaq ki, Azərbaycanın il ərzində taxıla olan təlabatı təqribən 3,5 milyon ton təşkil edir və bunun 1,4 milyon tonu idxal hesabına təmin olunur. Ölkəmizə Qazaxıstandan da taxıl idxal edilir.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN