booked.net booked.net  

Çinin bir çox bölgəsində havanın temperaturu may ayı üçün maksimum dəyərləri keçib, bu da elektrik şəbəkəsindəki yükü əhəmiyyətli dərəcədə artırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazır.

Milli İqlim Mərkəzinin direktor müavini Qao Ronq deyib: "Ölkənin 446 nöqtəsində meteoroloji stansiyalar əvvəllər qeydə alınan ən yüksək temperaturu aşdı".

Mərkəzin məlumatına görə, Cənubi Çinin əksər hissəsində havanın temperaturu yaxın üç gündə 35 dərəcəni keçəcək, bəzi ərazilərdə isə 40 dərəcədən yuxarı qalxacaq.

Çinin elektrik şəbəkələri də ilk növbədə Şanxay kimi meqapolislərdə kondisionerlərin aktiv istifadəsi səbəbindən həddindən artıq yüklənmə ilə üzləşir. Məsələn, əsas şəbəkə operatorlarından biri olan Çin Cənubi Elektrik Şəbəkəsi adi haldan bir neçə həftə əvvəl 200 milyon kVt-dan çox pik yükü qeydə alıb.

Mart ayında mərkəzi Çindəki Uhan və Çençou şəhərlərində temperatur ilin bu dövrü üçün normadan 10 dərəcə yüksək idi. 2023-cü ildə ölkənin quraq şimalı gözlənilmədən cənubdan daha isti olub ki, bu da nəşrə görə ekoloji problemləri daha da kəskinləşdirib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN