booked.net booked.net  

Aztəminatlı ailələr kommunal xərclərin bir hissəsini ödəmək imkanı əldə ediblər.

Bu barədə Qazaxıstan Respublikası hökumətinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidməti qeyd edir ki, tariflərin və investisiya proqramlarının dəyişdirilməsi (təmir işlərinin və işçilərin əməkhaqlarının artırılması və s.) ilə bağlı mənzil-kommunal təsərrüfatı müəssisələrindən artıq 212 müraciət təsdiq edilib.

Nəticədə istehlakçıların və kommunal xidmətlərin maraqları balansı nəzərə alınmaqla, kommunal xidmət tariflərində dəyişiklik 10-30% təşkil edib. Eyni zamanda, əhalinin həssas təbəqələri kommunal xərclərin bir hissəsinin kompensasiyasına arxalana bilərlər.

 Belə bir mexanizm dövlət mənzil yardımının göstərilməsi çərçivəsində təmin edilir.

  Aztəminatlı ailələrə və ya vətəndaşlara kommunal xərclərin (istilik, elektrik və su təchizatı, rabitə, liftlərin təmiri və s.) ödənilməsi üçün rüblük ödənilir.

 Lakin burada əsas şərt ondan ibarətdir ki, alıcının Qazaxıstan Respublikasının ərazisində yalnız bir mənzili olmalıdır və ya dövlət mənzil fondundan, yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən fərdi mənzil fondunda icarəyə götürülmüş mənzilin kirayəçisi (birgə kirayəçisi) olmalıdır.

 Qeyd edilir ki, hökumətin bu il tətbiq etdiyi dəyişikliklərə əsasən, kommunal xərclərin səviyyəsi ailənin və ya vətəndaşın orta aylıq ümumi gəlirinin 10 faizindən çox olduqda mənzil yardımı ödənilir. Əvvəllər bu rəqəm regiondan asılı olaraq 2-20% arasında dəyişirdi. Eyni zamanda, akimatların icazə verilən maksimum həddi 10%-dən aşağı endirmək hüququ var.

 Beləliklə, məsələn, bir ailənin və ya vətəndaşın orta aylıq ümumi gəliri 100 min tenge və kommunal xərclər 15.000 tenge (gəlirin 10% -dən çoxu) olarsa, potensial mənzil yardımı alan şəxsin yerli büdcənin xərcləri hesabına  fərqi ödəmək hüququ var.

Hökumət tərəfindən təsdiq edilmiş düzəliş potensial mənzil yardımı alanların əhatə dairəsini genişləndirmək və aztəminatlı vətəndaşların maliyyə yükünü azaltmaq məqsədi daşıyır.

 Qazaxıstanda son 4 ildə 174 mindən çox abonentə ümumilikdə 5 milyard təngə  mənzil yardımı ödənilib. Son altı ayda 31 min ailəyə isə 630,5 milyon tenge məbləğində yardım edilib.

 Ölkədə kommunal xidmətlərin tarifləri qalxdığı təqdirdə kompensasiyaların da artırılacağı, yəni vətəndaşların büdcəsinə ziyan dəyməyəcəyi, xərclərinin artmayacağı bildirilir.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA