Estoniyada Tartu Universitetinin keçmiş professoru Vyaçeslav Morozov “respublika əleyhinə fəaliyyətə” görə 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb.

İttiham tərəfinin sözlərinə görə, Morozov Estoniyada daxili siyasət, müdafiə, təhlükəsizlik və əlaqəli insanlar və infrastruktur haqqında məlumat toplayıb. Bundan əlavə, o, Rusiya xüsusi xidmət orqanlarına respublikadakı siyasi vəziyyət, onun müttəfiqlik əlaqələri və inteqrasiya prosesləri haqqında məlumatlar ötürüb. Qeyd olunur ki, Morozovun fəaliyyəti uzunmüddətli olub və bunun üçün pul alıb. Məlumatın ötürülməsi mütəmadi olaraq səyahət etdiyi Rusiya Federasiyasında kuratorla görüşlər zamanı həyata keçirilib.

"Harju Dairə Məhkəməsi Morozovu xarici ölkənin maraqları və kəşfiyyatının göstərişləri ilə Estoniyaya qarşı hərəkət etməkdə təqsirli bilib və onu altı il üç ay müddətinə faktiki həbs cəzasına məhkum edib", - mətndə deyilir.

Professorun həbs müddəti həbs olunduğu gündən — 2024-cü il yanvarın 3-dən başlayır.

Xatırladaq ki, Morozov Rusiya vətəndaşıdır. 2010-cu ildən onun Estoniyada yaşayış icazəsi var; mövcud yaşayış icazəsi 2026-cı ilə qədər etibarlıdır. Tartu Universitetində beynəlxalq siyasət nəzəriyyəsindən dərs deyirdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN