Безуспешная попытка армян вытянуть карту из отбоя

Безуспешная попытка армян вытянуть карту из отбоя

На продолжение достаточно большого промежутка времени армяне успешно использовали различные карты для реализации своих идей.

"QƏZA BAŞ VERƏN ANDAN İMİŞLİ RİH BAŞÇISI VƏ AİDİYYƏTİ QURUMLAR HADİSƏ YERİNDƏ OLUBLAR" - QHT SƏDRİ

"QƏZA BAŞ VERƏN ANDAN İMİŞLİ RİH BAŞÇISI VƏ AİDİYYƏTİ QURUMLAR HADİSƏ YERİNDƏ OLUBLAR" - QHT SƏDRİ

“ Belə bir ərazidə rəhbər vəzifədə çalışmaq olduqca məsuliyyətli və çətin işdir.”

 PAŞİNYAN: QARABAĞDAKI MƏĞLUBİYYƏT "MÜSTƏQİL ÖLKƏYƏ SAHİB OLMAQ İMKANI VERDİ"

PAŞİNYAN: QARABAĞDAKI MƏĞLUBİYYƏT "MÜSTƏQİL ÖLKƏYƏ SAHİB OLMAQ İMKANI VERDİ"

Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda yerli erməni icmasının nümayəndələri ilə görüşündə bildirib ki, 2020-ci ilin payızında Dağlıq Qarab...

Сталинградская битва – подвиг, объединяющий поколения и народы: круглый стол в Ярославле

Сталинградская битва – подвиг, объединяющий поколения и народы: круглый стол в Ярославле

Сталинградская битва – подвиг, объединяющий поколения и народы: круглый стол в Ярославле...

RAZİ NURULLAYEV SİYAVUŞ NOVRUZOVUN İMİŞLİDƏKİ QƏZADAN SİFARİŞLƏ DANIŞDIĞINI DEYİB:"...ÖZÜNÜZÜ GÖZDƏN SALDINIZ"

RAZİ NURULLAYEV SİYAVUŞ NOVRUZOVUN İMİŞLİDƏKİ QƏZADAN SİFARİŞLƏ DANIŞDIĞINI DEYİB:"...ÖZÜNÜZÜ GÖZDƏN...

“Mənim hər bir məsələ ilə bağlı öz baxış bucağım var. Sözümü də özüm deyirəm. Hər kəs də bilir ki, hansı cəsarətin sahibiyəm" - Razi Nurullayev

RAZİ NURULLAYEV: "İNSANLAR YAŞADIQLARI EVLƏRƏ SƏNƏD ALA BİLMİRLƏR - SÜRÜNDÜRMƏÇİLİKLƏ ÜZLƏŞİRLƏR"

RAZİ NURULLAYEV: "İNSANLAR YAŞADIQLARI EVLƏRƏ SƏNƏD ALA BİLMİRLƏR - SÜRÜNDÜRMƏÇİLİKLƏ ÜZLƏŞİRLƏR"

Ölkədə vətəndaşların yaşadıqları evlərin, torpaqların sənədləşmə ilə bağlı ciddi problemlər var və bu hər zaman gündəmdədir.

BAKIDAN OLAN TANINMIŞ RUS JURNALİSTİN KİTABI TƏQDİM EDİLDİ

BAKIDAN OLAN TANINMIŞ RUS JURNALİSTİN KİTABI TƏQDİM EDİLDİ

...Doğma şəhərimiz Bakıdakı  Rus Evində qocaman bakılı jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Aleksandr K...

Прошла презентация книги известного   журналиста-бакинца

Прошла презентация книги известного журналиста-бакинца

  В Русском Доме нашего родного города Баку состоялся творческий вечер, посвящённый презентации новой книги старейшего журналиста-бакинца,

QLOBAL GÜCƏ APARAN YOL TÜRK DÜNYASININ BİRLİYİNDƏN KEÇİR

QLOBAL GÜCƏ APARAN YOL TÜRK DÜNYASININ BİRLİYİNDƏN KEÇİR

Yanvarın  29-da   Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşün...

MEDİA

Orta məktəb  məzunlarından bir qrupunun 48 ildən sonra reallaşan görüş-tədbiri

   Deyirlər ki, hər vüsalın sonu ayrılıqdır, amma hər ayrılığın sonu vüsal deyil. Çox şükür ki, 1976-cı ildə Mərzili kənd orta məktəbinin məzunlarından bir qrupunun “Son zəng” ayrılığından 48 il sonra görüşləri, bir araya gəlmələri mümkün oldu. Görüş-tədbir may ayının 25-də Ağdamın Quzanlı qəsəbəsinə yaxın, “Ay-Ulduz” ailəvi istirahət mərkəzində gerçəkləşdi. Hərə respublikanın və müxtəlif xarici ölkələrin müxtəlif ünvanlarından-1993-cü ildə Qarabağın düşmən qüvvələri tərəfindən işğala məruz qalması ilə əlaqədar olaraq müvəqqəti məskunlaşmaq məcburiyyətində qaldıqları Bakıdan, Mingəçevirdən, Ağcabədidən, Bərdədən, Qaxdan, Rusiyanın müxtəlif şəhərlərindən gəlmişdilər. Təbii ki, belə görüş

iştirakçılarının ovqatını onillikləri geridə qoyan bir-birinə olan dost, yoldaş həsrəti müəyyən edir. Gəl görəsən bu insanlar 31 il əvvəl doğma yurd yuvalarını tərk etmiş ola...

Bir zaman yuxarıdakı sətirlərə uyğun əhval-ruhiyyəmi şeirlərimin birində verməyə çalışmışdım ki, onun bir bəndində yazmışam:

Başımızda daş göründü,   

Yuvasında quş göründü,                                                                                                      

Gözümüzdə yaş göründü-                                                                                                  

İtirmişik səni,  vətən!

1975-1976-cı tədris ilində Mərzili kənd orta məktəbində 1166 nəfər şagird, 37 sinif, 50 nəfər müəllim olub. Şagirdlərdən 62 nəfəri X sinfin məzunları olub ki, bu gün onlardan 49 nəfəri həyatdadır, 13 nəfəri dünyasını dəyişib. Qeyd edim ki, son 30 ildə Qarabağda baş verən hadisələrlə və ailə-məişət məsələləri ilə bağlı olaraq həmin məzunların 18 nəfəri bu görüş-tədbirdə iştirak edirdi. 62 nəfər məzunun hər biri də məktəbin fəxri sayılacaq şagirdlər kimi həyata pərvazlanmışdı. Həmin məzunlar adı ilə hər yerdə qürur duyduğumuz, respublikada təlim-tərbiyə sahəsində uğurları ilə ad-san qazanmış, sonralar dünya şöhrətli alim Xudu Məmmədovun adını daşıyan Mərzili kənd orta məktəbinin yetirmələri olublar. Və onlar da sonradan cəmiyyətdə tutduqları mövqeləri ilə, təhsil və əmək fəaliyyətləri ilə məktəbin adını, onlara dərs deyən müəllimlərin etimadını layiqincə doğrultmağı bacarmışdılar...

   Mən müəllimlərimizin məhəbbət və minnətdarlıqla həmişə hər yerdə xatırlanmalarını bilirəm. Bu, ucqar bir kənd məktəbi müəllimlərinin hansı səviyyədə təlim-tərbiyə işinə can yandırmalarını təkcə 1976-cı ilin məzunlarının təhsil göstəriciləri ilə də qiymətləndirmək də mümkündür (bu barədə ətraflı məlumatı Y.Millətoğlunun “İşıqlı xatirələrdə yaşayanlar” kitabından almaq olar). Qısa şəkildə həmin məzunlardan bir neçəsi haqqında məlumat verə  bilərəm: Ancaq atasından öyrəndiyi ərəb dilindən imtahan verməklə 1976-cı ildə Buxaradakı Ali Dini Mədrəsəyə qəbul olunan, bu gün Bərdə məscidinin axundu, Qafqaz müsəlmanları İdarəsinin Qarabağ üzrə qazisi Hacı Ramazan Hüseynov, Qazaxıstan Politexnik İnstitutunun rus bölməsini bitirib, orada da nəhəng zavodların birində 30 il Baş mühəndis kimi çalışan Şakir Qurbanov, BDU-nun coğrafiya fakultəsini bitirən Zakir Hümbətov və Rəfail Şirinov, politexnik institunun yetirmələri olan Möhübbət Quliyev, Səfyar Bayramov və Möhsün Hüseynov, müxtəlif ixtisaslar üzrə ali təhsil alanlardan Nurəddin Hümbətov (ingilis dili), Ramiz Hacıyev (bədən tərbiyəsi), Ramiz (Neft-kimya),  Taleh (APİ), Şahpələng  kənd təsərrüfatı mütəxəssisi olub və s. Həmin məzunlardan iki nəfər Birinci Qarabağ müharibəsinin iştirakçılarıdır-Eldar Abdullazadə (müharibə veteranıdır, yaralıdır), Əzimov Yavər Əzim oğlu (Xocalı sakinlərinin xilas edilməsində fədakarlıq göstərib).

   Bu görüş-tədbirin təşkilatçısı vaxtilə sinif nümayəndəsi olmuş, sonralar da həmişə yoldaşları tərəfindən ağsaqqal kimi qəbul edilən  Şakir Qurbanov, aparıcısı isə kəndimizin camaatı tərəfindən dini rəhbər, xeyirxahlığı və xeyriyyəçiliyi ilə tanınan, ən əsası sevilən  Hacı Ramazan idi. Tədbir şəhidlərimizin, eləcə də haqq dünyasına qovuşmuş 38 nəfər Mərzili müəllimlərinin və 13 nəfər dünyasını dəyişmiş sinif yoldaşlarının bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı. Çay süfrəsi arxasında çözələndi acılı-şirinli xatirələr. Yada salındı təlim və tərbiyə aldıqları müəllimlər (Bayram müəllim, Azad müəllim, Qaraş müəllim, Səmərqə müəllimə, Şura müəllim, Güllü müəllimə, Xalıqverdi müəllim, Tofiq müəllim, Ələmdar müəllim, Şahmurad müəllim, hər iki Qələndər müəllim, Nəsib müəllim və b.)

Həqiqətən də deyildiyi kimi, həyat elə qurulub ki, ayrlıq həsrəti olmasaydı, heç kəs bir-birini bu qədər sevməzdi. Bu fikir dostlar üçün də, sevənlər üçün də belədir. Mən bu halı 48 ildən sonra bir araya gəlmiş məzunların görüşündə bir daha gördüm, yəqin etdim. Belə düşünməyə əsas görüşün ilk anında kövrələnlərin, qəhərə böğulanların, göz yaşına hakim ola bilməyənlərin olması idi. Tədbirin gedişində bir-bir hər kəsə söz verdi Hacı. Hər kəs də kövrək bir ovqat əhval-ruhiyyəsi ilə məktəbə qədəm qoyduqları gündən bu günə qədər yaddaşlarında iz salmış ən maraqlı, ürəklərə toxuna bilən, xatirələrini daha da şirinləşdirən həyat epizodlarını dilə gətirdi. Danışanların neçəsi xoş günlərin xöşbəxt uşaqlarının 1976-cı ildə məktəbdəki ”Son zəng” gününü, hətta həmin gün sinif otaqlarını bürümüş güllərin və iydə çiçəklərinin ətrini, yazdıqları “Xatirə dəftərləri”ni  yada saldı. Danışılanlardan hiss olunurdu ki, hamının ürəyindən təkrar olunmasının, geriyə dönməsinin mümkün olmadığını bildikləri halda, bir anlıq şagird olduqları illərə qayıtmaq arzusu keçir. Beləcə, hər kəs ürəyində yaşadıqlarını, sevgi ilə xatırladığı və hər kəsə məxsus olan pak arzularnı dilə gətirirdi. Bir də, hər kəs bundan sonrakı ömürlərini Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun azad etdiyi Qarabağda, doğma Mərzilidə aparılacaq quruculuq işlərinə sərf edəcəklərini sözlərinə əlavə edirdi. Bir sözlə, görüş-tədbirdə olanların heç biri həyatı xəyal qurmaqla itirənlərdən deyil. Onların hər biri son 30 ildə Qarabağla bağlı üzləşdikləri problemləri ləyaqətlə dəf edənlərdir. Burada olmayanlar da eləcə...

    Bəli, belə görüş-tədbirlər yaşanmışları saf-çürük etmək, gələcəkdə qurub-yaratmaq üçün stimul, insan ömrünün unudulmayacaq günlərindən biri və mənəvi-psixoloji baxımdan da çox böyük ilham mənbəyi kimi əhəmiyyətə malikdir. Fransız utopik-sosialisti Anri Sen-Simonun dediyi kimi, yaşamaq üçün ilham almaq lazımdır. Əminəm ki, bu görüş-tədbir burada iştirak edənlər üçün, onların həyat fəaliyyəti üçün, özü də onilliklərlə köçkünlük həyatı yaşayanlar üçün həqiqətən də ilham mənbəyi olacaqdır.

Yusif MİLLƏTOĞLU,

şair-publisist, AYB-nin üzvü

 

 

 

 

Pin It

CƏMİYYƏT

04-Fev-2025 By Yasemen Memmedov

"QƏZA BAŞ VERƏN ANDAN İMİŞLİ…

“ Belə bir ərazidə rəhbər vəzifədə çalışmaq olduqc

03-Fev-2025 By Yasemen Memmedov

RAZİ NURULLAYEV SİYAVUŞ NOVRUZOVUN İMİŞLİDƏKİ…

“Mənim hər bir məsələ ilə bağlı öz baxış bucağım v

03-Fev-2025 By Yasemen Memmedov

RAZİ NURULLAYEV: "İNSANLAR YAŞADIQLARI EVLƏRƏ…

Ölkədə vətəndaşların yaşadıqları evlərin, torpaq

SİYASƏT

04-Fev-2025 By Elbar Şirinov

PAŞİNYAN: QARABAĞDAKI MƏĞLUBİYYƏT "MÜSTƏQİL…

Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda

30-Yan-2025 By Elbar Şirinov

GÜRCÜSTAN ZAQAFQAZİYADA SÜLHÜN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ…

Gürcüstan Zaqafqaziyada sülhün möhkəmləndirilməsin

28-Yan-2025 By Elbar Şirinov

NƏQLİYYAT MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ MÜŞAVİRƏ…

Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş

27-Yan-2025 By Yasemen Memmedov

PREZİDENT İLHAM ƏLİYEV CONATAN MİSNERİ…

Görüşdə Azərbaycan-İsrail və Azərbaycan-ABŞ əlaqəl

24-Yan-2025 By Elbar Şirinov

AZƏRBAYCAN İLƏ PAKİSTANIN XİN-LƏRİ ARASINDA…

Yanvarın 23-24-də Azərbaycan Respublikasının xaric

MƏDƏNİYYƏT

04-Fev-2025 By Elbar Şirinov

RUSİYANIN "NAİV" ROK QRUPUNUN QAZAXISTANDA…

Rusiyanın "Naiv" rok qrupunun Qazaxıstanda konsert

04-Fev-2025 By Elbar Şirinov

LOLİTA KİRKOROVU NİYƏ SATQIN…

Müğənni Lolita Milyavskaya həmkarı Filipp Kirkorov

28-Yan-2025 By Asif Memmedov

"HƏYATDA ƏN BÖYÜK İSTEDAD BELƏ..."

İnanmaq istəmədim ki, bu qədər mənalı, fəlsəfi yük

28-Yan-2025 By Asif Memmedov

HEYDƏR ƏLİYEVİN DAVOS FORUMUNDA İŞTİRAKININ…

Ümummilli Lider Heydər Əliyevin ilk dəfə Davos For

22-Yan-2025 By Elbar Şirinov

HƏFTƏBECƏR

Toyların birində müğənni Aygün Kazımova bəy- gəlin

21-Yan-2025 By Asif Memmedov

ŞƏRQDƏ İLK QADIN OPERA MÜƏLLİFİ…

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mə

KRİMİNAL

05-Fev-2025 By Elbar Şirinov

CİNAYƏT TÖRƏTMƏKDƏ ŞÜBHƏLİ BİLİNƏN 47…

Fevralın 4-də ölkə ərazisində qeydə alınan 53, əvv

05-Fev-2025 By Elbar Şirinov

YARDIMLIDA ƏMƏLİYYAT: 20 KİLOQRAM NARKOTİK…

Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli

04-Fev-2025 By Elbar Şirinov

YEVLAXDA POLİS 4 NƏFƏRİ…

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfində

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

05-Fev-2025 By Elbar Şirinov

BDYPİ KÜLƏKLİ HAVA İLƏ BAĞLI…

Sinoptiklərin məlumatına görə yaxın günlərdə Bakıd

05-Fev-2025 By Elbar Şirinov

UKRAYNA SİLAHLI QÜVVƏLƏRİ KURSK SƏRHƏD…

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Belovs

05-Fev-2025 By Elbar Şirinov

GENERALIN HƏBS MÜDDƏTİ UZADILDI

İkinci Qərb Dairə Hərbi Məhkəməsi 235-ci Qarnizon

05-Fev-2025 By Elbar Şirinov

UKRAYNA RƏSMƏN ABŞ-A MİNERAL EHTİYATLARINDAN…

Ukrayna rəsmi olaraq ABŞ prezidenti Donald Trampın

05-Fev-2025 By Elbar Şirinov

FHN ƏHALİYƏ MÜRACİƏT ETDİ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına gör

05-Fev-2025 By Elbar Şirinov

NƏQLİYYAT NAZİRLİYİ TANKER DONANMASINI YOXLAMAĞA…

Rusiya Nəqliyyat Nazirliyi Rusiya prezidenti Vladi

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

31-Yan-2025 By Elbar Şirinov

DİQQƏT! ONUN SİZƏ EHTİYACI VAR…

2 yaşlı Misirova Zərif Pərviz qizi uzun müddətdir

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

04-Fev-2025 By Yasemen Memmedov

AZƏRBA…

2024-cü il ərzində Azərbaycanın Amerika Birləşmiş

TƏHSİL

04-Fev-2025 By Yasemen Memmedov

BCG Şİ…

“Boston Consulting Group” (BCG) şirkətinin işə q