booked.net booked.net  

 “Media ayı” çərçivəsində RİİB könüllüləri üçün təlimlərə başlanılıb.

TEZADLAR.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə könüllülük proqramı çərçivəsində “Media ayı”na start verilib.

Layihənin keçirilməsində əsas məqsəd gənclərə yeni media mühitindəki tendensiyaları, media savadlılığı ilə bağlı zəruri hesab edilən bilik və bacarıqları aşılamaq, cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsində gənclərin rolunu artırmaq, eyni zamanda onların tənqidi düşünmə və təhlil bacarıqlarını inkişaf etdirməkdir.

“Media ayı” çərçivəsində 10-12 iyun tarixlərində Şirvan, Mingəçevir və Lənkəranda videoqraf Oqtay Qasımov “Mediada rəqəmsal bacarıqlar: Effektiv video kontentin hazırlanmasının əsasları”, Medianın İnkisafı Agentliyinin nümayəndəsi Aynur Zeynallı “Media savadlılığı”, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev isə “Mediada yaradıcılıq və “storytelling” mövzularında təlim keçib.

Təlimin sonunda könüllüləri maraqlandıran suallar cavablandırılıb, aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, növbəti günlərdə digər regionlarda da könüllülər üçün media savadlılığı, informasiya təhlükəsizliyinin təmin edilməsi, dezinformasiya, ənənəvi və rəqəmsal media, sosial şəbəkələrdən düzgün istifadə və bir sıra vacib mövzularda təlim və vörkşopların keçirilməsi nəzərdə tutulur.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA