Şimali Atlantika Alyansı və ABŞ son illərdə artan münaqişənin nüvə eskalasiyası riskini azaltmaq üçün Rusiya Federasiyası ilə danışıqlar imkanlarını nəzərdən keçirməlidir.

Tezadlar.az xəbər verir ki, bu barədə Amerikanın “The American Conservative” jurnalı yazır.

“NATO və xüsusən də ABŞ Ukraynadakı münaqişənin şiddətləndirdiyi təhlükəli nüvə risklərini azaltmaq üçün Rusiya ilə danışıqları nəzərdən keçirməlidir”, - nəşr yazır.

Jurnalın analitiklərinin fikrincə, Rusiyanın nüvə silahları beynəlxalq böhranlarda “rəqibləri Moskvanın şərtləri ilə mübahisələri həll etməyə inandırmaq üçün məcburedici alət kimi” mühüm rol oynamağa davam edəcək.

Materialda qeyd olunduğu kimi, Rusiya Federasiyası ilə danışıqların aparılmasına dair diplomatik zərurət Finlandiya və İsveçin NATO-ya bu yaxınlarda qoşulması ilə əlaqədar xüsusilə aktuallaşıb.

İyunun 14-də Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə belə deyib. Rusiya-Ukrayna sülh danışıqlarına başlamaq üçün Kiyev öz qoşunlarını DXR, LXR və Xerson və Zaporojye vilayətlərindən çıxarmalıdır. Rusiya lideri vurğulayıb ki, Ukrayna tərəfi bu şərtlə razılaşdıqdan sonra hərbi əməliyyatlar dərhal dayandırılacaq. Bundan əlavə, Kiyev Şimali Atlantika Alyansına qoşulmaq planlarından imtina etdiyini rəsmən elan etməlidir.

Ukrayna prezidenti Vladimir Zelenskinin ofisi Putinin təkliflərini rədd edərək, bunu ultimatum adlandırıb.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA