Lunyov çox səviyyəli futbolçudur.

TEZADLAR.AZ idman.biz-ə istinadən xəbər verir ki, bunu “Qarabağ”ın sabiq kapitanı Maksim Medvedev deyib.

O, Azərbaycan çempionunun qapıçı Andrey Lunyovla yollarını ayırmasına münasibət bildirib. Medvedev rusiyalının gedişini ciddi itki hesab edir:

“Düzdür, "Qarabağ"a gələndə müəyyən sıxıntıları, problemləri vardı. Ancaq çalışdıq ki, qısa zamanda bu problemlərin həllinə kömək edək. Belə də oldu, bir müddət sonra Lunyov məşqlərə tam şəkildə qoşuldu. Əvvəllər az oynadığı üçün potensialını tam göstərə bilmirdi. Ancaq baş məşqçi ona şans verdi və biz onunla Avropa Liqasının 1/8 finalına qədər irəlilədik, ölkədaxili yarışlarda qızıl dubl etdik. Ona görə də Lunyovun gedişi bizim üçün böyük itkidir. O, peşəkardır”.

Sabiq “Qarabağ”lı Andreylə çox yaxın dost olduğunu da deyib:

“Həmişə əlaqə saxlayırıq. Lunyov ürəyimcə bir insandır. Bakıya gəldiyi gündən onu dəstəkləyib, demişəm ki, nə ehtiyacın, problemin olsa, birbaşa mənə zəng elə. Çünki "Qarabağ"a gəlməmişdən öncə də biz tanış idik. Lunyov özünü hərtərəfli yaxşı göstərdi. Hamımız ona minnətdarıq. Düzdür, indi yollarımız ayrıldı, başqa komandaya keçdi. Ancaq bu da normaldır.

Futbolda daim eyni yerdə qalan futbolçular az olur. Çünki futbolçu yenilik axtarır, daha yüksək qonorara gedir. Məncə, onları da başa düşmək olar. Fikrimcə, Lunyovun gedişi "Qarabağ"a zərbə oldu. İstərdim ki, komandada qalsın".

Qeyd edək ki, “Qarabağ” 32 yaşlı qolkiperlə 2023/24 mövsümünün sonunda başa çatan müqaviləni yeniləməyib. Ağdam klubu artıq ona əvəzləyici də tapıb. Azərbaycan çempionu Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiper Fabiyan Buntiç 3 illik müqavilə imzalayıb.

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN