booked.netbooked.net booked.net  

 Türkiyə Tacikistan vətəndaşları üçün viza rejimini bərpa edib.

Bu barədə fərmanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan imzalayıb. Səbəbi göstərilmir.

“Resmi Gazete” (pdf) rəsmi qəzetində dərc olunan fərmanın mətnində deyilir: “Adi xarici pasporta malik Tacikistan vətəndaşları üçün Türkiyəyə səfər edərkən vizasız rejimin ləğvi qərara alınıb”.

Məlumatlara görə, “Crocus City Hall”da terror aktı törətməkdə ittiham olunanlardan ən azı ikisi hücumdan əvvəl İstanbula səfər edib. Reuters agentliyinin məlumatına görə, onlar bunu Rusiya Federasiyasında yaşamaq icazəsini yeniləmək üçün ediblər. Sputnik-Tacikistan mənbəsinin bildirdiyinə görə, terror aktını törədənlərdən biri Şəmsidin Fəriduninin Türkiyədən olan tacik ekstremist təşkilatları ilə əlaqəsi olub. Mənbənin sözlərinə görə, həmin şəxs İstanbulda terror aktı törətmək üçün təlim keçib.

Aprelin əvvəlində məlum olub ki, Tacikistan vətəndaşı və Qırğızıstan vətəndaşı İstanbulda terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb. İstintaqın məlumatına görə, həmin şəxs İslam Dövlətinin (terrorçu kimi tanınan və Rusiya Federasiyasında fəaliyyəti qadağan edilmiş təşkilat) üzvüdür və o, həbs edilib. Qırğızıstan vətəndaşı isə deportasiya edilib (kommersant).

 https://www.resmigazete.gov.tr/eskiler/2024/04/20240406-5.pdf

p

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN