Əsas məzmuna keç

İndiyədək QHT-lərin 2214 layihəsi maliyyələşdirilib – milyonlarla manat vəsait xərclənib

Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi fəaliyyət göstərdiyi dövr ərzində keçirdiyi qrant müsabiqələri üzrə QHT-lərdən daxil olan 3965 layihə təklifinə baxılıb, onlardan 2214-ü maliyyələşdirilib.

Tezadlar.az  xəbər verir k, bunu Agentliyin icraçı direktoru Aygün Əliyeva agentliyin 4 illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, ötən 4 il ərzində Agentliyin donorluğu ilə Azərbaycan QHT-ləri 36 ölkədə 80 dəfə beynəlxalq tədbirlərə qatılıb, konfranslar təşkil edib və bu müddət ərzində  QHT-lərinin təşəbbüslərinin dəstəklənməsinə Agentlik tərəfindən ümumilikdə, 22 milyon manata yaxın vəsait ayrılıb.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…