24 Noyabr 2025 / 18:49

Meşə yanğına 200 yanğınsöndürən 3 helikopter cəlb olunub

Gürcüstanın Bağdati rayonunda səhər saatlarından etibarən meşə yanğını başlayıb. Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, ölkənin Fövqəladə İdarəetmə Xidməti Bağdatinin Xani kəndi yaxınlığında qarışıq meşə massivində başlayan yanğının hələ də davam etdiyini bildirib. Qurumun məlumatına görə, alovun söndürülməsinə 200-ə yaxın yanğınsöndürən və müxtəlif növ xüsusi texnika cəlb olunub. Ərazidə hazırda intensiv yanğınsöndürmə işləri aparılır. Məlumata əsasən, əməliyyata Sərhəd Polisinin üç helikopteri də qoşulub. Hadisə yerində vəziyyətə operativ nəzarət üçün təcili qərargah yaradılıb. Rəsmi açıqlamada qeyd olunur ki, yanğının yaşayış məntəqələrinə keçməsi ilə bağlı həıəki hər hansı təhlükə yoxdur. Lakin ətrafda yaşayan sakinlər bu qorxunu hiss edərək lazımi ehtiyat tədbirləri görürlər. 

Yanğın bu dəqiqələrədək davam edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!