Əsas məzmuna keç

Tacikistanda 6,1 bal gücündə zəlzələ baş verib

Tacikistanda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Xucənd şəhərindən 170 km cənubda yerləşib. Mənbə 15 km dərinlikdə olub.

Eyni zamanda, Mərkəzi Asiyada baş verən zəlzələləri izləyən Özbəkistan Fövqəladə Hallar Nazirliyinin seysmik proqnozlaşdırma mərkəzinin məlumatına görə, maqnituda 5,8 olub. Məlumata görə, Düşənbənin mərkəzində bir neçə saniyə ərzində zəif təkanlar hiss olunub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…