Təkzibolunmaz həqiqət: özlərini «erməni» adlandıran aramənilər! -5-Cİ YAZI

Oxunma sayı: 26

(Əvvəli 12 mart 2025-ci il tarixli buraxılışda)

…XIX əsrin 2-ci yarısında Tiflisdə yaşamış və özünü “erməni” filosofu kimi təqdim edən «Mşaq» qəzetinin redaktoru qozbel hiyləgər Arsruni adlı bir “erməni” «Daşnaqsütyun» partiyasının yaradılmasının təşəbbüskarı olmuşdur. Bu partiya yaradıldıqdan sonra Arsruni «Böyük Erməni çarlığı» yaradılması barədə proqram layihəsi yazıb hazırladı və bu layihəni bütün “erməni”lər üçün sistemli xarakter daşıyan həyat tərzinə və fəaliyyət növünə çevirdi. O, Kutuli adlı bir fransız jurnalisti ilə görüşür. Görüş zamanı Arsruni fransız jurnalistinə Qafqazın ümumiyyətlə “erməni” torpaqları olduğunu bildirir (çox ehtimal ki, bu üzdəniraq filosofun ərəb xilafəti tərəfindən aparılan işğalçılıq siyasətinin nəticəsi olaraq cənubi Qafqazda yaşayan müasir azərbaycanlıların qədim əcdadları olan albanları «erməni» adı ilə siyahıya alındıqlarından, ya məlumatı yox idi, ya da ki, bu “erməni” riyakarlığının təzahürü idi). O, həmçinin bildirib ki, Cənubi Qafqaz yenə “erməni”lərin olacaq. Burada onlar əhalisi 30 milyon nəfər olan «Böyük Erməni çarlığı» yaradacaqlar.

Bu müsahibə 1877-ci ildə «Temps» qəzetində çap olunmuşdu.

1890-cı ilin iyun ayında Tiflis şəhərində “erməni” icmalarının dəstəyi ilə yaradılmış «Daşnaksutyun» partiyası Arsruninin bu ideyasını demək olar ki, bütünlüklə özünün fəaliyyət proqramında əks etdirmişdir.

«Böyük “Erməni”stan» yaradılması ideyasına «Daşnaksutyun» partiyasının bütün üzvləri və XX əsrin sonunadək üzdə «kommunist» (S.G.Şaumyan, A.İ.Mikoyan və s. kimi), şüurlarında isə daşnak ideyasının daşıyıcıları olan bütün “erməni”lər sədaqətlə xidmət etmişlər.

1918-ci ilin may ayının 27-də Müsəlman Milli Şurasının (MMŞ) müşavirəsində Nəsib bəy Yusifbəyov çıxış edərək bildirib ki, Batum konfransında Türkiyənin nümayəndə heyəti Cənubi Qafqazda «birliyi və müstəqilliyi» qorumaq məqsədilə “erməni”lərə ərazi (yeni yaradılacaq ADR-nın ərazisi hesabına?!) güzəşt edilməsini təklif etmişdir. Bununla əlaqədar MMŞ 28 may 1918-ci il tarixli müşavirəsində İrəvan şəhərini öz müstəqilliyini elan etmiş “erməni”lərin siyasi mərkəzi qismində “erməni” tərəfə güzəşt edilməsi barədə səs çoxluğu ilə: (qeyd edək ki, MMŞ-nın üzvlərinin sayı cəmi 28 nəfərdən ibarət idi. 16 nəfər «hə», 3 nəfər bitərəf qalmaqla, 1 nəfər «yox» deməklə qəbul edilmişdi). Qeyd edək ki, İrəvanda olan, lakin, qeyri-müəyyən səbəblərdən müşavirədə iştirak etməyən MMŞ-nın digər 8 nəfər üzvü bu qərara dərhal yazılı surətdə öz etirazlarını bildirmişlər. Lakin, artıq gec idi, qərar qəbul edilmişdi.

Beləliklə, MMŞ-nın Batum konfransı Türkiyə nümayəndə heyətinin təkidli tövsiyəsinə əsaslanaraq Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına “erməni”lərə sonralar «Ermənistan» adlanacaq Ararat respublikası adlı dövlətlərini yaratmaq üçün ərazi güzəşt edilməsi barədə qərar qəbul etdi.

Azərbaycan öz növbəsində 28 may 1918-ci il tarixdə müstəqilliyini elan etməklə Azərbaycan Demokratik Respublikasının yaradılmasını bəyan etdi və eyni zamanda Yuxarı Qarabağda məskunlaşmış yerli azərbaycanlı əhalisinə nisbətdə azlıq təçkil edən “erməni”lərə də «Dağlıq Qarabağ quberniyası» adı ilə mədəni muxtariyyət verilməsini elan etdi. Bununla əlaqədar Dağlıq Qarabağda məskunlaşmiş «erməniləri» təmsil edən 10 nəfər «erməni» Azerbaycan Demokratik Respublikasının parlamentində deputat qismində, «Daşnaksutyun» partiyasının iki nəfər üzvü isə Azərbaycan hökümətində nazir vəzifəsində təmsil olunmuşdular.

1918-ci ilin mayında Azərbaycan Demokratik Respublikasının tərkibində Dağlıq Qarabağ quberniyası adı ilə mədəni-muxtariyyət əldə etmiş “erməni” icması XI-ci Qırmızı Ordunun Azərbaycanı işğal etməsinə bir başa dəstək verərək bu ərazidə Azərbaycan hakimiyyəti əleyhinə 1920-ci ilin fevral-mart aylarında əvvəlcədən planlaşdırılmış qiyam qaldırdı. Nəticədə 28 aprel 1920-ci il tarixdə Azərbaycan Demokratik Respublikasında dövlət çevrilişi baş verdi. Bu qiyamın dəstəyi ilə 1920-ci ilin 28 aprelində hərbi çevriliş nəticəsində hakimiyyətə gəlmiş N.Nərimanov və Ko (N.Nərimanov özü Bakıya yalnız həmin ilin may ayının 16-da gəlmişdi) “erməni”lərlə əvvəlcədən razılaşdırılmış sövdələşməyə əsasən minnətdarlıq əlaməti olaraq Azərbaycanın Zəngəzur qəzasını Az. K(b) Partiya Bürosunun 30 noyabr 1920-ci il tarixli qərarı ilə «…“Erməni”standa sovet hakimiyyəti qurulması şərəfinə» “erməni”lərə hədiyyə etmişdir. Üstəlik həmin Büronun eyni tarixli qərarı ilə 1918-ci ildə ADR-nın hökuməti tərəfindən mədəni muxtariyyət verilmiş Qarabağın dağlıq hissəsinə öz müqəddaratını həll etmək hüququ verilmişdi (sanki Qarabağın dağlıq hissəsi Azərbaycanın ərazisi deyildi, ayrıca bir mübahisəli coğrafi məkan idi?).

Nəticə isə göz qarşısındadır, xalqımızın əleyhinə işləyən düşmən dəyirmanın ahəngdar səsi bu günə kimi pozulmayıb.

Rus çarizmi tərəfindən «Erməni vilayəti»nin yaradılması

XIX əsrin birinci rübündə rus imperiyasının Cənubi Qafqazda işğalçılıq siyasəti ilə öz ərazisini genişləndirmək istəyi Rusiya ilə İran arasında iki dəfə müharibəyə səbəb olmuşdur. Bu müharibələr Rusiya imperiyasının Azərbaycanın şimal ərazisində yerləşən Naxçıvan (iyun 1827-ci il) və İrəvan xanlıqlarını (oktyabr 1827-ci il) anneksiya edərək öz ərazisinə qatması ilə nəticələnmişdir.

Naxçıvan xanının oğlanları – Ehsan xan və Şıxəli bəy rus ordusunun yüksək rütbəli zabitləri olduqları ilə əlaqədar Naxçıvan xanlığının Rusiya ərazisinə qatılması əsasən dinc yol ilə həyata keçirilmişdi və bu səbəbdən Naxçıvan xanlığına Rusiya imperiyası daxilində müəyyən imtiyazlar verilmişdi.

Əvvəlcədən nəzərdə tutulmuş şəkildə etnik tərkibinin dəyişdirilməsi ilə əlaqədar İrəvan xanlığı (bu xanlıqda Osmanlı Türkiyəsindən və İrandan minlərlə “erməni” ailəsinin yerləşdirilməsi planlaşdırılmışdı) ümumiyyətlə ləğv edilmişdir.

1827-ci ilin oktyabr ayının 6-da İrəvan xanlığının zəbt edilməsindən dərhal sonra rus ordusunun komandanı İ.F.Paskeviç şəhərin idarə olunması üzrə tərkibi üç nəfərdən: general-leytenant Krasovski (sədr), podpolkovnik Borodin (qalanın komendantı) və «erməni» yepiskopu Nerses Astarakesidən ibarət Müvəqqəti İdarəetmə Komitəsi yaratdı. Qeyd edək ki, İrəvan şəhər əhalisinin əksəriyyəti azərbaycanlı olmasına baxmayaraq yaradılmış bu Müvəqqəti İdarəetmə Komitəsinə üzv qismində azərbaycanlı daxil edilməmişdi.

Müvəqqəti İdarəetmə Komitəsinin qarşısında aşağıdakı vəzifələr qoyulmuşdu:

  1. Xanlığın idarəçiliyini Rusiyanın mənafeyinə cavab verən qaydalar əsasında qurmaq;
  2. Xanlığın sərhədlərinin, həmçinin İrəvan və Sərdarabad qalalarının mühafizəsini təmin etmək, burada yerləşdirilmiş rus hərbi qarnizonunun təchizat məsələlərini həll etmək;
  3. Xanlıqda təhlükəsizliyin təmin edilməsi baxımından qarovul xidməti çəkmək üçün «erməni»lərdən ibarət piyada və süvari drujinalar yaratmaq;
  4. Dilican və Aparan vasitəsilə Gürcüstan ilə əlaqələr yaratmaq;
  5. Gürcüstan ilə ticarəti bərpa etmək, xanlıqda pambıqçılığı inkişaf etdirmək, duz istehsalını artırmaq;
  6. İrəvan xanın şəxsi mülkiyyətini qeydiyyata alaraq Rusiyanın xeyrinə müsadirə etmək.

Naxçıvan və İrəvan xanlıqlarının Rusiya imperiyası tərəfindən anneksiya edilməsi «erməni» rəhbərliyinə Cənubi Qafqazda Rusiyanın tərkibində inzibati ərazi vahidi kimi «erməni» dövləti yaratmaq barədə çoxdankı planlarının həyata keçirilməsi üçün real şans yaratmış oldu.

Rusiya imperiyası tərəfindən zəbt edilmiş Şimali Azərbaycan torpaqlarına Osmanlı Türkiyəsindən və İrandan «erməni»lərin kütləvi köçürülməsini təşkil edən rus hakimiyyəti bu ərazini «Erməni Vilayəti» elan etməsinə (21 mart 1828-ci il) baxmayaraq bu vilayətin yerli idarəçiliyini «erməni»lərə həvalə etməyə tələsmirdi.

Naxçıvan və İrəvan xanlıqları «Erməni Vilayəti» adı ilə birləşdirildikdən sonra İrəvan Müvəqqəti İdarəetmə Komitəsi ləğv edildi.

Azərbaycan ərazisində yaradılmış «Erməni Vilayəti» əlbəttə ki, dövlət deyildi, lakin, bu Vilayət «erməni»lərin Azərbaycanın digər ərazilərinə iddiaçı qismində fəaliyyətlərini xeyli asanlaşdıran bir körpü rolunu oynadı.

Bu «Vilayətin» yaradılması Rusiya İmperiyasının Şimali Azərbaycanı “erməni”ləşdirməklə xristianlaşdırmaq siyasətinin bir mərhələsi idi. Nəhayət, 1830-cu ildə «Erməni Vilayəti»nin idarəçiliyi rus ordusunun generalı “erməni” mənşəli V.O.Bebutova həvalə edildi. V.O.Bebutov «Vilayətin» idarəçilik strukturunda təxirəsalınmaz dəyişikliklər edərək azərbaycanlıları sıxışdırmağa, onları idarəçilikdə tutduqları kiçik məmur vəzifələrindən çıxararaq idarəçilik sistemindən kənarlaşdırdı.

Bununla da, «Vilayətin» tam «erməni»ləşdirilməsi siyasəti geniş vüsətlə həyata keçirilməyə başlanıldı.

Hətta «erməni»lərin təkidi ilə «Erməni Vilayəti»nin gerbi də hazırlanaraq qəbul edildi. Bu gerbdə Ararat (Ağrıdağ) dağı önündə tac və Eçmiədzin monastırı, yuxarı hissəsində isə Rusiyanın ikibaşlı qartalı təsvir olunmuşdu. «Erməni Vilayəti»nin gerbi Rusiya imperatorunun 27 fevral 1833-cü il tarixli fərmanı ilə bu ərazinin «erməni»lərə məxsus olması adı ilə təsdiq edildi. Rusiya çarizmi tərəfindən «Erməni Vilayəti»nə «erməni»lərin Osmanlı Türkiyəsindən və İrandan köçürülərək gətirilməsi və eyni zamanda (çox ehtimal ki, Türkmənçay müqaviləsinə əsasən) yerli azərbaycanlıların da öz növbəsində Osmanlı Türkiyəsinə və İrana köçürülməsi nəticəsində bölgənin etnik tərkibi süni olaraq «erməni»lərin xeyrinə dəyişdi.

Azərbaycan ərazisində yaradılmış “Erməni Vilayəti”nin

(21.03.1828-ci il) 1833-cü ilin 27 fevralında “erməni”lərin təkidi ilə

Rusiya çarı I Nikolay tərəfindən təsdiq edilmiş gerbi.

Vətənimiz Azərbaycanın zaman-zaman düşmənlərə güzəşt edilərək itirilmiş torpaqlarının nəticəsində yaranmış mövcud vəziyyəti əks etdirən xatirələrə diqqətlə nəzər salın (səh. 50-54).

Dünyanın müxtəlif ölkələrinin ərazilərində məskunlaşmış müasir “erməni”lərin (əslində aramənilərin) linqvistika, dil baxımından bir-birlərini anlamaması, adət-ənənələrində qismən oxşarlıq olmasına baxmayaraq müxtəlifliyinin səbəbi onların əcdadlarının Kiçik Asiyanın Böyük Ara məni sıra dağları vadisinin müxtəlif ərazilərində məskunlaşmış müxtəlif tayfaların törəmələri olduqları və yalnız məskunlaşdıqları coğrafi məkanın adı ilə “erməni” (araməni) adlandırıldıqlarını sübut edir.

Osmanlı Türkiyəsi, İran və Rusiya imperiyasının heç bir əyalətində “erməni” etnosu çoxluq təşkil etməyib. Osmanlı Türkiyəsinin şərqində XX əsrin əvvəllərində rus çarizminin bir başa hərbi yardımı ilə özlərinə «dövlət» yaratmaq istəyində olan “erməni”lər burada yerli əhalinin yalnız 3/1 hissəsini təşkil edirdilər.

XIX əsrin birinci yarısına kimi “erməni”lərin ümumi ədəbi dilləri olmayıb və onlar bir-birlərini tam anlamırdılar. Məskunlaşdıqları ərazilərdən kənarda yaşayan tayfalara qarşı daim kin, nifrət, paxıllıq hissi bəsləyən, övladlarını da qəddarlıq ruhunda tərbiyə edən, köçəri həyat tərzi sürən onlarla müxtəlif qəbilələrin qarışığından yaranmış “erməni” etnosunun mənəvi dayağı olan Eçmiədzin kilsə xadimlərinin uydurduqları əfsanəvi «Böyük Ermənistan» dövləti xam xəyal təfəkkürünün məhsulu olaraq qalır. Çünki, bu sahədə müvafiq araşdırmalar aparan dünya alimləri, tarixçiləri, etnoqrafları və arxeoloqları bu «dövlətin» nə ərazisini, nə pul vahidini, nə ümumi danışıq dili olan dövlət dilini, nə bu «dövlətin» etnik tərkibini aşkar edə bilməyiblər. Dövlət idarəçiliyini tənzimləyən «Qanunlar məcəlləsi» belə olmayıb. Həmçinin maddi-mədəniyyət abidələrinin izi belə tapılmayıb.

Maraq üçün qeyd edək ki, “erməni” alimlərinin “erməni” mənşəli kimi qələmə verdikləri «Qanunlar məcəlləsi»nin müəllifi monax-alim Mxitar Qoş mənşəcə “erməni” yox alban olub.

«Samvel» adlı “erməni” «tarixi» romanında (Yerevan 1982-ci il) müəllifi Raffi (Akop Melik-Akopyan) göstərilir ki, «qədim Ermənistan Ani və Kilikiya adlı yarım müstəqil vassal dövlətlərin ərazisində yerləşirdi və 620-dən 900-ə qədər olan knyazlıqların mövcudluğundan ibarət idi. Lakin, araşdırmalar sübut edir ki, Kilikiyanın ərazisində bu sayda knyazlıqların yerləşməsi mümkün deyildi, bu sayda yalnız müxtəlif mənşəli tayfalar və qəbilələr ola bilərdi. Belə ki, Raffi (A.M.Akopyan) Yunanıstandan sıxışdırılaraq qovulmuş və tədricən Anadolu yarımadasında yerləşən Böyük Ara məni sıra dağları vadisində məskunlaşan bu tayfaları məskunlaşdıqları coğrafi məkanın adını təhrif edilmiş şəkildə “Böyük Ermənistan” dövləti kimi qələmə vermişdir.

Bu məsələ ilə bağlı daha bir fakt məlumdur, belə ki, müasir dövrdə «erməni etnosu» arasında mədəniyyəti, tarixi, adət-ənənələri müxtəlif olan və müxtəlif dini təriqətlərə – qriqorianlığa, pravoslavlığa, katolikliyə, protestantlığa, lüteranlığa və hətta islam dininə etiqad edənlər vardır.

Diqqəti cəlb edən amillərdən biri də budur ki, Şimali Qafqazda yaşayan və özlərini “erməni” adlandıran çerkesoqay-“erməni”ləri, Adıgeyada yaşayan və adıgey dilində danışan özlərini “erməni” hesab edən əhali vardır. Krasnodar diyarında yerləşən Armavir şəhərində Şapsuq – dağlı dilində danışan, buranın adət-ənənəsinə riayət edən və özlərini “erməni” adlandıran əhali yaşayır.

XX əsrin əvvəllərində Kiçik Asiyanın şərqində özlərini “erməni” adlandıran ximsil-“erməni” müsəlman tayfası da qeydə alınıb.

“Erməni”lər yunanlar tərəfindən sıxışdırılıb qovularaq Kiçik Asiyanın şərqində yerləşən Ara məni dağlarının vadisində məskunlaşmaqla bir növ sığınacaq tapmış çoxsaylı tayfaların qarşılıqlı birləşməsindən meydana gələn və məskunlaşdıqları coğrafi məkanın adı ilə aramənilər adlandırılan bir etnosdur.

Beləliklə aydın olur ki, tarixdə “erməni” adlı bir mono-tayfa olmayıb!!!

NURMƏHƏMMƏD AZƏRİ

(Davamı var)

(Xüsusi olaraq “Təzadlar” üçün)

Xəbəri paylaş

22 Aprel