Əsas məzmuna keç

TÜRKİYƏDƏKİ AVTOQƏZA QURBANLARININ SAYI 10-A ÇATDI- 39 YARALI VAR

Ötən gün Türkiyənin Mərsin şəhərinin Tarsus rayonunda baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində yaralananların sayı 39-a yüksəlib, 10 nəfər ölüb.

Tszadlar.az “Anadolu”ya istinadla bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya özünün x səhifəsində məlumat verib. Sitat: “Diyarbəkirdən İstanbula gedən sərnişin avtobusu Mərsin şəhərinin Tarsus rayonu, Yenice qovşağı ərazisində magistral yolda 2 minik avtomobili və 1 yük maşını ilə toqquşub. Təəssüf ki, qəzada, ilkin məlumatlara görə, 10 vətəndaşımız həyatını itirib, 39 vətəndaşımız isə yaralanıb”. Zəncirvari qəzanın günahkarının kimliyi və səbəbləri araşdırılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…