Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk vilayətinin sərhədyanı ərazilərində itkiləri 64 min hərçini ötüb.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ümumilikdə, Kursk istiqamətində aparılan hərbi əməliyyatlar zamanı düşmən 64 075-dən çox hərbçisi, 382 tankı və 290 piyada döyüş maşını itirib”, – məlumatda deyilir.
Ukrayna həmçinin 248 zirehli transportyorunu, 52 reaktiv yaylım atəş sistemini və 495 artilleriya qurğusunu itirib.
Rusiya Silahlı Qüvvələri bölgə ərazisində Ukrayna hərbi birləşmələrini darmadağın etməkdə davam edir. Belə ki, son 24 saat ərzində Şimal qüvvələri qrupunun bölmələri Novaya Soroçina qəsəbəsini azad edib, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin 12 briqadası və iki alayından ibarət birləşmələri darmadağın edib, yaraqlıların dörd əks-hücumunu dəf ediblər.
Operativ-taktiki və ordu aviasiyasının zərbələri və artilleriya atəşləri nəticəsində bir sıra əhalinin məskunlaşdığı ərazilərdə, o cümlədən Viktorovka, Qornal, Kazaçya Loknya, Staraya Soroçina, həmçinin Sumı vilayətinin Alekseyevka, Basovka, Belovodı, Sumı və Yunakovka rayonlarında düşmənin canlı qüvvəsi və texnikası zərər görüb. Bir sutka ərzində Ukrayna Silahlı Qüvvələri 240-dan çox hərbçisini, bir zirehli transportyorunu və 12 zirehli texnikasını itirib.
ELBAR