Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı çərçivəsində sakinlərlə növbəti görüşlər keçirib.
Tezadlar.az xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.
Zəngilan rayonuna yeni köç etmiş sakinlərlə görüşlərdə onların peşə bacarıq və təcrübələri, eləcə də maraq dairələrinə uyğun fəaliyyət istiqamətləri müəyyən edilib, məşğulluq imkanları qiymətləndirilib. Həyata keçirilən aktiv məşğulluq tədbirləri, o cümlədən, işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları barədə ətraflı məlumat verilib, bu tədbirlərə cəlb edilmələri üçün onların ilkin qeydiyyatı aparılıb.
Cəbrayılda isə 25 vətəndaş və bir işəgötürənin iştirakı ilə görüşlər keçirilib. Rayon mərkəzində, həmçinin Horovlu və Şükürbəyli kəndlərində baş tutmuş görüşlərdə vətəndaşların peşə bacarıqları qiymətləndirilib, onların məşğulluqlarının təminatı istiqamətində müvafiq işlər aparılıb.