Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 İyul 2026 / 10:44

Avtomobil bazarında baş alıb gedən kələkbazlıq – alıcıların bilməli olduğu məqamlar (VİDEO)

Amerikadan gətirilən avtomobillərin VİN kodu silinir.

ABŞ hərraclarından idxal edilən avtomobillər son illərdə Azərbaycan bazarında geniş yayılıb. Lakin mütəxəssislər deyirlər ki, bəzi avtomobillər satışa çıxarılmazdan əvvəl onların VİN kodları üzərində dəyişiklik edilir və ya məlumatlar silinir. Nəticədə avtomobilin real tarixçəsini müəyyənləşdirmək çətinləşir.

Usta Renat Süleymanovun sözlərinə görə, xüsusi proqramlar və beynəlxalq məlumat bazaları vasitəsilə bəzi hallarda avtomobilin əvvəlki tarixçəsini bərpa etmək mümkün olur. Yoxlama zamanı ABŞ-dəki yürüş göstəricisi ilə Azərbaycandakı göstərici arasında on minlərlə kilometr fərq aşkar edilir. Bundan başqa, ağır qəzaya düşmüş avtomobillərin təmir edilərək heç bir məlumat verilmədən satışa çıxarıldığı da müəyyən olunur.

Mütəxəssislər alıcılara avtomobil almazdan əvvəl VIN kodunu beynəlxalq bazalarda yoxlatmağı, texniki ekspertiza keçirməyi və tarixçəni təsdiqləyən sənədləri tələb etməyi tövsiyə edirlər. Çünki gizlədilmiş yürüş və ya qəza keçmişi sonradan həm əlavə maliyyə xərclərinə, həm də yol hərəkəti zamanı təhlükəsizlik risklərinə səbəb ola bilər.

Qeyd edək ki, bu günlərdə  Tezadlar.az  Azərbaycana xaricdən idxal edilən nasaz avtomobillər ilə bağlı faktlara əsaslanan yazı dərc etmişdi.

http://youtube.com/watch?v=rXYwhHsVndM&source_ve_path=OTY3MTQ&embeds_referring_euri=https%3A%2F%2Ffed.az%2F

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!