Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Sentyabr 2021 / 10:57

ŞAGİRDLƏRİN DİQQƏTİNƏ: TƏNƏFFÜSDƏ BUNA İCAZƏ VERİLMƏYƏCƏK

“Məktəblərdə tənəffüs zamanı şagirdlərin bir yerə toplanmasına icazə verilməyəcək”.

Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin əməkdaşı Elçin Kərimov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə deyib.

Onun sözlərinə görə, bununla bağlı yeni təlimatlar hazırlanır və yaxın günlərdə ictimaiyyətə təqdim olunması planlaşdırılır: “Şagird sıxlığı müşahidə olunan məktəblərdə mövcud problemlərin aradan qaldırılması ilə bağlı təhlillər aparılır. Nəzərdə tutulur ki, şagird sayı çox olan siniflər daha böyük ölçülü siniflərə keçirilsin. Bir partada bir yox, iki uşağın da oturması məsələsi var”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!