5 Aprel 2025 / 10:13

Rusiya hərbçiləri Kursk bölgəsində şiddətli döyüşlər getdiyini bildiriblər

Kursk vilayətinin Oleşnya kəndinin kənarında şiddətli döyüşlər gedir; Rusiya Silahlı Qüvvələrinin döyüşçüləri Ukrayna Silahlı Qüvvələrini (USQ) sıxışdırır.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a Rusiya təhlükəsizlik qüvvələri məlumat verib.

“Oleşnya kəndinin kənarında şiddətli döyüşlər gedir. Düşmən zirehli texnikadan fəal istifadə edir”, – agentliyin həmsöhbəti bildirib.

Həmsöhbətin sözlərinə görə, hücum qrupları ukraynalı döyüşçüləri məskunlaşan ərazidən sıxışdırıb çıxarır, pilotsuz uçuş aparatlarının operatorları və artilleriyaçılar ukraynalı döyüşçülərin döyüş maşınlarını yandırır.

Aprelin 2-də Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski BMT Təhlükəsizlik Şurasının (TŞ) Arria Formulasına dair qeyri-rəsmi iclasında deyib ki, Rusiya qoşunlarının əməliyyatı nəticəsində Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindən tələsik qaçması Kiyevdən cinayətlərinin izini gizlətmək üçün vaxt buraxmayıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!