10 Aprel 2025 / 10:06

Gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 184-ə çatıb

Dominikan Respublikasında gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb.

Tezadlar.az bildirir ki, bu barədə aprelin 9-da Fövqəladə Hallar Mərkəzinin rəhbəri Xuan Manuel Mendes məlumat verib.

“İndiyədək 184 nəfərin şəxsiyyəti müəyyən edilib”, – Mendes deyib.

Dominikanın səhiyyə naziri Viktor Atallah klubun damının uçması nəticəsində ölənlərin əksəriyyətinin anında dünyasını dəyişdiyini bildirib.

“Ölənlərin əksəriyyəti anında ölüb. Çoxları oturubmuş, tavan başlarına və sinələrinə uçub”, – Dominikan Respublikasının Səhiyyə naziri bildirib.

Bundan əvvəl Dominikan Respublikasında gecə klubunun damının uçması nəticəsində 113 nəfərin öldüyü bildirilirdi.

Dominikan Respublikasında faciə aprelin 7-də baş verib. Müğənni Rubi Peresin çıxışı zamanı “Jet Set” gecə klubunun damı əylənənlərin üzərinə uçub.

Faciə yerində axtarış-xilasetmə işləri davam edir.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!