PAŞİNYANDAN SÜLH SAZİŞİ BƏYANATI GƏLDİ

Ermənistanın siyasi rəhbərliyi, nəhayət ki, bölgədə sülhün bərqərar olunmasından kənar adam balası kimi yaşamağın mümkünsüzlüyünü anlayır. Elə bunu nəzərə alan Paşinyan “İrəvan “səmimiyyətlə” Ankara ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyir”, -deyə bəyanatla çıxış edib. O, onlayn mətbuat konfransında deyib ki, əvvəllər bu mümkün olmayıb və İrəvan həmin təcrübədən istifadə etməlidir. “Bu il […]

BAŞ PROKURORLUQDA İLLİK HESABAT- TAM MƏTN

Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2021-ci ildə fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilmişdir…

AKTRİSA AYNUR NAZ: “KİŞİ XƏYANƏTİ ELƏ ETMƏLİDİR Kİ…”

“Bir qadının özgüvəni olmalıdır. Bu gözəlliklə bağlı deyil. Qadın var gözəldir amma özgüvəni yoxdur. Həyatındakı insanı qısqanır, izləyir yorur ki, bu da inamsızlıqla bağlıdır”. Bu açıqlamanı Bakı Bələdiyyə Teatrının aktrisası Aynur Naz edib. Aktrisa kişilərin xəyanət etməsi məsələsinə də toxunaraq bildirib ki, xəyanət etməyən kişi yoxdur, varsa da onun xəbəri yoxdur: “Əgər kişi xəyanət etsə də, onu […]

JURNALİST QADIN MƏHKƏMƏDƏ “UDMAĞININ” QURBANI OLDU?..

Meksikada keçmiş qubernatora qarşı məhkəmədə qalib gələn jurnalist güllələnib. “Sol de Tijuana” qəzetinin məlumatına görə,  Aşağı Kaliforniya ştatının keçmiş qubernatoruna qarşı məhkəmədə qalib gəldiyini elan edən meksikalı jurnalist Lurdes Maldonado Tixuanadakı evinin yaxınlığında güllələnib. Bazar günü jurnalist qadının cansız bədəni aşkarlanıb. İlkin məlumata görə, qadına silahlı hücum edilib. Belə ki, o, avtomobillə evinə gələndə naməlum […]

ŞƏMKİRDƏ UŞAQ BAĞÇASINDA KÖRPƏLƏR SOYUQDAN DONUR

Şəmkirin Çinarlı qəsəbəsində uşaq bağçasında istilik sisteminin olmaması valideynlərin narahatlığına səbəb olub. Mətbuata müraciət edən valideynlər bildirilir ki, rayonun böyük yaşayış məntəqələrindən biri olan Çinarlı qəsəbəsinin qaz və elektrik təchizatı qaydasında olsa da, burada olan uşaq bağçaları istiliklə təmin olunmayıb. Ona görə də qrup otaqları maye yanacaqla və odunla qızdırılır.

FACEBOOK İSTİFADƏÇİLƏRİNDƏN 5-NƏ XƏBƏRDARLIQ, 1-NƏ HƏBS

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən internet informasiya ehtiyatlarına qanunvericiliklə qadağan edilmiş məlumatların yerləşdirilməsinin qarşısının alınması və infromasiya təhükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

EVLƏNƏN VƏ BOŞANAN AZƏRBAYCAN- ARAŞDIRMA

Azərbaycanda ən çox nikah sayı 2011-ci ildə 88145 nəfər, ən az nikah isə 1942-ci ildə- 10840 nəfər, ən çox boşanma 2019-cu ildə- 17148 fakt, ən az boşanma isə 1945-ci ildə olub- 310 fakt…

HƏRBİ VƏZİFƏLİLƏRLƏ TƏLİM TOPLANIŞI DAVAM EDİR

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirməsi məqsədilə N nömrəli hərbi hissədə keçirilən təlim toplanışı davam edir.

DÖVLƏT TƏRƏFİNDƏN SÜNİ QİYMƏT ARTIMININ QARŞISI NECƏ ALINIR?

Hazırda dünyanı narahat edən məsələlərdən biri inflyasiya və qiymət artımlarıdır. Bu məsələ dünya ölkələri qarşısında mühüm bir çağırışa çevrilib və hökumətlər öz iqtisadiyyatlarını qlobal mənfi təsirlərdən qorumaq üçün müxtəlif tədbirlər həyata keçirirlər. Əlbəttə ki, qlobal infilyasiya və qiymət artımları Azərbaycana da mənfi təsirsiz ötüşmədi. Bəs Azərbaycan iqtisadiyyatına mənfi təsirlərin neytrallaşdırılması, insanlarımızın bu təsirləri daha az […]

OĞUZDA QAZ PROBLEMİ – SAKİNLƏRİN HARAYI SOCAR-A ÇATMIR

Oğuzun Baş Daşağıl kəndi Azərbaycanın turizm imkanları geniş olan məkanlarından biri olsa da, burada problemlər də bitmir. Yayı cənnət, qışı isə olduqca şiddətli soyuq, şaxtalı, daim qarlı kəndin ən başlıca problemlərindən biri də mavi qaz problemidir. Təəssüflər olsun ki, qonşu ölkələrə mavi yanacaq ixrac edən ölkənin bir sıra bölgələri kimi, Oğuz da diqqətdən kənarda qalıb. Məsələn, […]

“YENİ AİLƏ”DƏN YENİ BİR SOYQIRIM – TƏBİƏTƏ 34860 MANAT MƏBLƏĞİNDƏ ZİYAN DƏYİB

Prezident İlham Əliyev bütün dövlət məmurlarına, özəl qurumlara, iş adamlarına dəfələrlə xəbərdarlıq edib ki, yaşıllıqları məhv etmək, ağacları kəsmək olmaz. Ancaq bəzi özəl tikinti şirkətləri, iş adamları bu xəbərdarlıqlara, sərt tədbirlərə rəğmən yenə də öz bildiklərini edirlər. Belə hadisələrdən biri də bu günlərdə Nəsimi rayonunda baş verib.

AMNİSTİYA AKTI NEÇƏ MƏHKUMU ƏHATƏ EDİB?

…Bu yaxınlarda “Təzadlar”da dərc edilmiş bir araşdırma yazısında ölkədə təkrar cinayət törətmişlərin ümumi məhkumlar arasındakı xüsusi çəkisi ortaya qoyulmuşdu…

1 068 NƏFƏR COVID-19-A YOLUXUB, 17 NƏFƏR VƏFAT EDİB

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 068 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 630 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 611 156 nəfər müalicə olunaraq sağalıb, 8 […]

“OMİCRON” BİZİ BƏLADAN QURTARACAQ?..

Son illər dünyanı cənginə alan koronavirus insanların bütün yaşam tərzini dəyişib, yəni artıq hər kəs öz istəyi ilə deyil, koronavirusun “diqtəsi” ilə həyatını sürdürür: maska taxır, peyvənd vurdurur, toy və yas məclislərini daha dar çərçivədə qeyd edir və sair və ilaxır: bütün günü əlləri yumaq, dezinfeksiyalamaq – spirtləmək də öz yerində…

BU DƏFƏ DƏ 4 TONDAN ÇOX ƏRZAQ ZİBİLXANALIQ OLDU…

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

RUSİYA QAZAXISTANDAN NƏ İSTƏYİR?- ARAŞDIRMA-2-Cİ YAZI

…Rusiya Zəngəzur dəhlizinin açılmamasında maraqlıdır. Əgər Rusiyanın Gürcüstanı işğal və ilhaq etmək imkanı olsa o heç vaxt və heç bir şərtlər daxilində Azərbaycanın müstəqilliyi halında Zəngəzur dəhlizinin açılmasına razılıq verməz.

BU ŞƏXSLƏR 500 MANAT CƏRİMƏ OLUNA BİLƏR

Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbir görülür. Bununla bağlı Hərbi polis bölmələri reydlərə başlayıb. Bəzən görürsən ki, vətəndaşlar hərbi geyim formasını daşımaq hüququna malik olmadığı halda bu geyimlərdən istifadə edirlər.

ELDAR HƏSƏNOV AZƏRBAYCANIN BİR PARÇASIDIR!

…Bu gün qanlı 20 yanvarımızın günüdür! Rus qoşunlarının Azərbaycana qarşı haqsızlıq və ədalətsizlik davranışı günü! 32 ildir bu haqsız və ədalətsiz davranışı qınayırıq, yüz illər də keçsə qınayacayıq… *** …Sözümün mətləbi var: düşünürəm ki, Eldar Həsənov Azərbaycanın bir parçasıdır. Ona qarşı ədalətsizlik və haqsız davranış var, bunlar mütləq incələnməli, ədalətli qərar qəbul edilməlidir. Ortada elə […]

TARİX İNSTİTUTUNUN BAŞ DİREKTORU NİYƏ İSTEFA VERİB?

“Sabah, 21 yanvarda bir tərəfdən AMEA prezidentinin Tarix İnstitutu və onun rəhbəri kimi mənim haqqımdakı qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğum vəzifədən, o cümlədən Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərimdən istefa haqqında ərizəmi təqdim edəcəyəm”.

TEYMUR ƏMRAH TƏLTİF EDİLİB

Yanvarın 19-da mədəniyyət naziri Anar Kərimovun əməkdar artist, tanınmış müğənni Teymur Əmrahın 50 illik yubileyi münasibətilə imzaladığı Fəxri Fərman sənətkara təqdim olunub.

“AZƏRBAYCAN” NƏŞRİYYATI KOMMERSİYA QURUMUNA ÇEVRİLDİ

Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixliq qərarında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, “Azərbaycan” Nəşriyyatının təşkilati-hüquqi forması “Azərbaycan Nəşriyyatı” MMC-yə dəyişdirilib. E.ŞİRİNOV

HƏFTƏBECƏR

Xəbər verilir ki, Almaniyalı super model, aktrisa və teleaparıcı, 48 yaşlı Haydi Klum açıq-saçıq şəkillərini paylaşıb və bu şəklə gələn 50 minə yaxın rəyin əksəriyyəti tənqidlər olub. Məsələn belə: “Bu yaşda olan xanımlar belə davranmağı dayandırmalıdır”, “48 yaşlı xanım alt paltarı geyinmir”, “İyrənc görünür” və s. P.S. Sən öləsən mən bu almanları heç belə geri […]

AĞDAM MİNALARDAN TƏMİZLƏNİB-RƏSMİ

“Bərdə-Ağdam dəmir və Bərdə-Ağdam avtomobil yolları, Xındırıstan-Ağdam elektrik xətti keçəcək ərazilərin partlamamış hərbi sursatlardan təmizlənməsi işləri artıq yekunlaşıb”

KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏN SENSASİON QƏRAR: ALİ MƏHKƏMƏNİN ÇOXSAYLI QƏRARLARI RƏDD EDİLDİ

 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin və Bakı İnzibati Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin… 7 ildir “Cənnət Park” MTK-nın “Biləcəri Təmir Quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinə  və 16 №-li İnşaat İstehsalat Təsərrüfat Trestinə (bundan sonra – Trest), üçüncü şəxs Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı iddiası üzrə çıxardıqları saxta qərarların hamısını rədd edən qərar qəbul edib… 

ÇOX MARAQLI VƏ XEYİRXAH İNSAN- QƏNBƏR ŞƏMŞİROĞLU

  … 1987-ci ildən yaxından tanıdığım, dəyərli ziyalı, istedadlı şair, nasir, daramtuq, publisist, ictimai xadim Qənbər Şəmşiroğlunun haqq dünyasına qovuşmasını eşidəndə bu, mənə  çox pis təsir elədi.

PETROSYAN KOÇARYANLA SARKİSYANIN İÇ ÜZÜNÜ AÇDI

“Nikol Paşinyan rejimi nəyin bahasına olursa olsun hakimiyyəti əldə saxlamağa çalışır, Köçəryan və Sarkisyan isə onu ələ keçirməyə çalışır”. Bunu “Sputnik Armeniya” yazır. Müsahibəsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

QAZAXISTANDA 225 NƏFƏR ÖLDÜRÜLÜB-BAŞ PROKURORLUQ

…Qazaxıstanda baş vermiş iğtişaşlarda ölənlərin sayı dəqiqləşdirilib-225 nəfər! “Ria Novosti”  xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb. Ölənlərin 175 nəfəri tibb müəssisələrində dünyasını dəyişib. Onlar arasında 19 polis və hərbçi var. Məlumatda, həmçinin 4 578 insanın yaralandığı deyilir. Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri […]

ÖTƏN İL 752 MİN ŞƏXSƏ SOSİAL MÜAVİNƏT VƏ TƏQAÜD ÖDƏNİLİB

2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 752 min şəxsə sosial müavinət və təqaüd ödənilib. Nazirlikdən bildirilib ki, onlardan 466 min nəfəri sosial müavinətlə, 286 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub. Keçən il əhaliyə sosial müavinətlər üzrə 588 milyon manat, təqaüdlər üzrə əvvəlki ilə nisbətən 28% çox […]

“HƏRBİ-SİYASİ GÜCÜN ARXASINDA GÜCLÜ İQTİSADİYYATIN OLMASI ƏSAS ŞƏRTLƏRDƏNDİR, ONA GÖRƏ DƏ…”

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev “Təzadlar”ın suallarını cavablandırır. – Son zamanlar KİV-lər, o cümlədən siyasi ekspertlər tərəfindən belə bir fikir səsləndirilir ki, Rusiya prezindenti son çıxışlarında dolayısı ilə SSRİ-ni bərpa edir. Sizcə, bu ideya reallaşa bilərmi? – Əvvəla, qeyd edim ki, SSRİ ideoloji əsaslarla formalaşmışdı, ali məqsəd isə kommunizm qurmaq idi. İqtisadiyyatı […]

ŞİKAYƏTÇİ HƏMİŞƏ HAQLI OLURMU?- JURNALİST ARAŞDIRMASI

 Əliyeva Afaq Bədrəddin qızı: «Cənab nazir, Yasamal Rayon Polis İdarəsinin müstəntiqi qanunsuz bank fəaliyyəti ilə məşğul olan və adsız lombardın müdiri Dilarə adlı qadın və əməkdaşı Nailə Qaragözovanın saxta şikayəti ilə mənə təzyiq edir, istintaq sirrini yaymaqla məşğuldur…»