“CAVANŞİR FEYZİYEV CƏZASINI ALMALIDIR” – SALEH MƏMMƏDOV

“London məhkəməsi Azərbaycanın hansısa təmiz imicə malik insanı barəsində belə bir qərar çıxara bilər?” Bu fikirləri London məhkəməsinin deputat Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus 5,6 milyon funt sterlinq məbləğində vəsaiti müsadirə etməsindən sonra bu çərçivədə proseslərin mümkün inkişafını dəyərləndirən keçmiş maliyyə naziri, professor Saleh Məmmədov deyib. Onun fikrincə, London məhkəməsinin Cavanşir Feyziyevin ailə üzvlərinə aid […]

“OMİKRON AĞCİYƏRLƏRİ ZƏDƏLƏMİR” – PROFESSOR ƏLİZAMİN SADIQOV

Azərbaycanda hazırda 30 mindən çox aktiv kovid xəstəsi var. Yoluxma statistikasında hər gün rəqəmlər sürətlə artdıqca, biz gündəlik rəqəmə daha çox diqqət edib, faktiki xəstə sayına baxmırıq. 30 min aktiv xəstə 7 gün boyunca təcriddə qalır, amma 30 minin qısa müddətdə minlərlə insanı yoluxdurmaq ehtimalı da çoxdur. Azərbaycanda yoluxma yaxın günlərdə 20-25 minə çata bilərmi? […]

BU ÖLKƏLƏRDƏN DİRİ QUŞ VƏ YUMURTA İDXALINA MƏHDUDİYYƏT QOYULDU

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Tunisin Tunis və Kasserine Sud inzibati ərazi vahidlərində dabaq, Niger Respublikasının Niamey inzibati ərazi vahidində, İngiltərənin Şimal-Şərq İngiltərə regionunda və Nepalın Şərq əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

QAZ SAYĞACLARINA NƏZARƏTDƏ YENİ QAYDA

Sayğaclara nəzarət üçün vahid informasiya sisteminin formalaşdırılması əvəzinə sayğacdan qanunsuz istifadə üçün cinayət məsuliyyəti müəyyən edilir…

BÜTÜN AİLƏ ÜZVLƏRİ NİYƏ EYNİ ANDA COVID-19-A YOLUXMUR? – AÇIQLAMA

“İnsanlar koronavirusa yoluxmuş ailə üzvü, eləcə də qohumları ilə eyni mənzildə yaşaya bilər. İnterferonların (orqanizm tərəfindən virusun təsirinə qarşı sintez olunan qoruyucu zülal – red.) yüksək səviyyəsi, həmçinin, selikli qişaların və tənəffüs orqanlarının xüsusi mühafizəsi səbəbindən onlar biri digərini yoluxdurmazlar”.

HƏFTƏBECƏR

Tanınan olmasa da, aktrisa kimi təqdim edilən Aysel İbrahimova, ikinci dəfə ailə qurub. İkinci əri ilə olan və sosial şəbəkə hesabında paylaşdığı şəkilin altında belə yazıb: “Hər kəsdən deyil, dünənkindən daha yaxşı ol!” P.S. Əlbəttə, dünənkindən indiki yaxşı olar. Amma sabahkını da unutma. Ömrün hələ qabaqdadır. Özün də hələ gəncsən, nə yaşın var ki? Bir […]

BİR ELİN QƏHRƏMANI

Cəbrayıl, Füzuli, Xocavən rayonlarının yaşayış məntəqələrinin və bir sıra strateji yüksəkliklərin azad olunmasında böyük şücaət göstərib, ermənilərə qan udduraraq şəhid olan Şərurun igid oğlu Əmrah İsmayılov daima qəlblərdə yaşayacaq… 44 günlük Vətən döyüşlərində şəhidlik zirvəsinə ucalan hər bir döyüşçü, təbii ki, təkcə ata-anasının yox, qəlbi vətən eşqi ilə döyünən hər kəsin övladıdır. Təbii ki, həmin […]

O, RİYAZİYYATÇI, İXTİRAÇI OLMAQ İSTƏYİRDİ, AMMA…

Natiq ASLAN – 60 (Portret cizgiləri) …Natiq Aslan (Fərzəliyev). Bu ad Azərbaycan tamaşaçılarına həm teatr tamaşalarından, həm televiziya seriallarından və həm də kinofilmlərdən yaxşı tanışdır. O, özünün balaca boyu ilə səhnədə, ekranda elə maraqlı obrazlar yaradır ki, onun ətrafında olan uca boylu aktyorlar çox vaxt kölgədə qalırlar. Küçədə Natiq Aslanı görən tamaşaçılar ona böyük hörmətlə […]

AZƏRTAC-IN «ŞUŞA MİLLİ MÜKAFATI» REPORTAJI…

Sən demə, elə bütün bu qalmaqalın müəlliflərindən biri də AzərTAC imiş: agentlik bu təsisatın hüquqi statusuna aydınlıq gətirmədən mükafatlandırma mərasimini geniş işıqlandırıbmış…

NATO BIRGə TəLIM MəRKəZININ KOMANDANı GüRCüSTANA GəLIB KI…

…İndi həm də Gürcüstan Rusiyanın əsəblərini sınaqdan keçirir. Belə ki, NATO Birgə Təlim Mərkəzinin (JFTC) komandanının müavini, Baş Qərargah rəisi, briqada generalı Cozef Spişak Gürcüstana səfəri çərçivəsində Vazianidəki Döyüş Təlim Mərkəzində olub.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, NATO generalını, NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzi (JTEC) və Döyüş Təlim Mərkəzinin (CTC) rəhbərləri qəbul […]

DAYI, MƏN ŞUŞALIYAM!!!

Məmmədxan Əzizxanlı 08.11.2020-ci, Qələbə ili. Ellikcə ayaqda olduğumuz 44 günlük üçüncü (birinci mart 1920, ikinci fevral 1988-1994 may və üçüncü 27 sentyabr-10 noyabr 2020-ci illər) Qarabağ Savaşının 42-ci günü-06.11.2020-ci il tarixdə, saat 17-00-da, xatunumla mən Bakının Meyvəli Bazarında, göyərti aldığımız oğlana zəng gəldi… oğlan ucadan qışqırdı: – Şuşa alındı, qardaşımdır, deyir Şuşada oturub çay içirik…

NARKOMANİYAYA QARŞI MÜBARİZƏDƏ POLİSİN ROLU ƏVƏZSİZDİR

Dövrümüzdə bütün dünyanı narahat edən ən böyük bəlalardan biri də narkomaniyadır. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada hazırda 250 milyondan çox insan bu dəhşətli bəlanın qurbanına çevrilib. Bu statistika düşünmək üçün yetərli qədər ciddidir. Təəssüflər olsun ki, bu bəla ölkəmizdə də geniş yayılıb və bu statistikanın içində bizim də vətəndaşların payı var.

KİM YATMIŞ, KİM OYAQ?

Nizami Süleymanoğlu Dünya Türkləri söndürülmüş beyinlərinə aktivləşdirilmə ehtiyacı sərgiləyir

SEVİN GİYANI! – QİYMƏT MƏHƏRRƏMLİ YAZIR

Sənin doğum gününü bu kiçik şeirimlə təbrik etməyə qərar verdim, mənim biricik ağ Qunduzum! Ömrün uzun, canın sağ olsun! Sizi həmişə sağlam və xoşbəxt görüm, əzizlərim Giya və Xatirə!

ŞƏHİD VƏ DÖYÜŞÇÜ AİLƏSİNƏ BEYLƏQANDA HAKİM HÜCUMU

Hakim Ramiz Nurullayev Bir ailədən üş qardaşın döyüşlərdə iştirakı, birinin şəhid, birinin qazi, digərinin veteran olması niyə ləğv edilmiş “Dəmir Bank” ASC rəhbərliyini, Beyləqan Rayon Məhkəməsinin hakimi Ramiz Nurullayevi insafa gətirməyib və kobud  qanun pozuntularına yol veriblər?

ŞƏXSİYYƏTİN UCALIĞI

…Çoxlarından eşitdiyim fikir olmasın, bu əzəmətli kişinin ölümünə inana bilmirəm… Halbuki Goradil kənd qəbirstanlığında olmuşam, sədaqətli ömür-gün yoldaşı Kəlimət xanımın məzarı yanındakı qəbrini də görmüşəm, kövrəlmişəm, xəyalən keçən əsrin 60-70-ci illərinə qayıtmışam, doğma bir duyğu ilə bu yazını yazmağı qərara almışam… Ən başlıcası, bənzərsiz, maraqlı-səmimi, istedadlı, yaradıcı insan barədə nəsə demək, yazmaq məsuliyyətini boynuma götürməyə […]

HƏBSDƏ OLAN SABİQ TSEK SƏDRİNİN CƏZASI AZALDILDI

Rüşvət almaqda təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının (TSEK) sədri vəzifəsində işləmiş Katib Məmmədov barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

SABİQ İCRA BAŞÇISI 4 İL AZADLIQDAN MƏHRUM EDİLDİ

Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Əli Rüstəmov və Razin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ABU-NUN MOSKVA FİLİALI ÜZƏRİNDƏN HAVAYA SOVRULAN 10 MİLYON DOLLAR

Təqribən 15 sot torpaq üzərində inşa edilən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU-nun sabiq rektoru Elşad Abdullayev bir neçə maddə ilə Azərbaycan tərəfindən axtarışa verilib) Moskva filialı ilə bağlı aparılan məhkəmə işinə son qərarı Rusiya Federasiyasının Saratov Mülki və İnzibati İşlər üzrə məhkəməsinin Kassasiya instansiyası verəcək.Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Moskva […]

MAHİR EMRELİNİ BİABIR ETDİ- SƏRT TƏNQİD

Polşa “Legiya”sının sabiq baş məşqçisi Çeslav Mixneviçin 2021-ci ilin oktyabrında istefa verməmişdən öncə komandanın futbolçuları ilə keçirdiyi son iclasının görüntüləri yayılıb.

ŞUŞA ADINI QORUYAQ- AKİF ƏLİ YAZIR

      …Adətən “pula səcdə edən” nadan işbazlar xalqın müqəddəs dəyərlərini zaman-zaman mövsümə uyğun özlərinin şit məqsədlərinə istifadəyə yönəldib

BAKIYA BALLİSTİK RAKET KİMİN ƏMRİ İLƏ ATILMIŞDIR?- ŞOK İDDİA

..2020-ci ilin oktyabr ayı… Ermənistanın 30 illik işğalına son verəcək Zəfər müharibəmizin ən qızğın vaxtında Bakıya Rusiya istehsalı olan ballistik raket atılmışdı. Pirəküşkül ərazisində partlamadan, “kefli” halda yerə düşən raket trayektoriyasından kənara çıxmışdı və… *** Bu hadisədən 1 il 3 ay ötür… Bakıya “İsgəndər” ballistik raketinin atılması faktı ilə bağlı amerikalı siyasi icmalçının Azərbaycan Diplomatik […]

“ROSSİYA 24” AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNƏ HƏSR OLUNMUŞ VERİLİŞ YAYIMLAYIB

Yanvarın 30-da “Rossiya 24” telekanalında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycan Prezidenti İlham Əliyevin 60 illiyinə həsr olunmuş “Hakimiyyət formulu” verilişi yayımlanıb. Tezadlar.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Hakimiyyət formulu” verilişinin daimi aparıcısı, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman verilişi Prezident İlham Əliyevin Azərbaycanın inkişaf planlarını bölüşdüyü on il əvvələ aid […]

ŞƏRQŞÜNAS ALİM BƏXTİYAR VAHABZADƏ HAQQINDA MARAQLI XATİRƏSİNİ PAYLAŞIB

Şərqşünas alim, tərcüməçi Nəriman Qasımzadə indiki və gələcək nəslə keçmişini unutdurmayacaq olduqca maraqlı xatirəsini paylaşıb… Alim yazır: -İndiki nəsil bilməz, sovet dövründə bütün çap materialları “Qlavlit” (Главное управление по делам литературы и издательств) adı ilə məşhur bir dövlət idarəsinin icazəsindən keçməli idi. O idarə çapa göndərilən yazıların senzurasını həyata keçirir, cümlə, söz, ifadə, mətn və […]

XOCALI ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLDİ- FOTO

Bu gün Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi ictimai birliyinin təşkilatçılıgı ilə “XOCALI genosidi-30” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə təşkilatın sədri Mehriban Abdullayeva açıb. Sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. M.Abdullayeva Xocalı faciəsi haqqında ətraflı məlumat verib. Daha sonra Tofiq Əlizadə Xocalı genosidi haqqında araşdırmalarını təqdim edib. Tədbirin sonunda bir qrup təşkilat üzvü “Vətənpərvərliyə görə” […]

KƏLBƏCƏRDƏ İTKİN DÜŞMÜŞ HƏRBÇİMİZİN AXTARIŞI DAVAM EDİR

qarabaq-aticma

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçumuzun itkin düşməsi ilə bağlı brifinq keçirib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Anar Eyvazov bildirib ki, çovğun nəticəsində itkin düşən 4 nəfər hərbi qulluqçunun üçü tapılaraq hospitala yerləşdirilib. “Baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf […]

“KƏLBƏCƏR VƏ LAÇINDA YOLLARIN İŞLƏK SAXLANILMASI ÜÇÜN BÜTÜN TƏDBİRLƏR GÖRÜLÜR”

“Kəlbəcər və Laçın rayonları çətin relyefli, əsasən, dağlıq və meşə sahələrindən ibarətdir. Bu rayonlarda qış ayları çox sərt keçir və havanın temperaturu gecələr 15-20 dərəcə arasında dəyişir, bəzən bu temperatur 30-a qədər düşür”. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov brifinqdə deyib. Onun sözlərinə görə, Kəlbəcər və Laçın rayonlarında infrastrukturun və şəraitin […]

Aİ-92 BENZİNİ GÖMRÜK RÜSUMUNDAN AZAD EDİLDİ

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib.

RUSİYA GÜRCÜSTANA NOTA VERİB

Rusiya Federasiyası İsveçrənin Gürcüstandakı səfirliyinin Rusiya maraqları bölməsində baş vermiş insidentlə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə nota göndərib.

ERMƏNİSTAN ORDUSU TOVUZU İSTİQAMƏTİNDƏKİ MÖVQELƏRİMİZİ ATƏŞƏ TUTDU

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 27-si saat 20:58-dən 23:00-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

NƏZİR QUTULARINA NƏZARƏT EDƏCƏK QURUM MƏLUM OLDU

“Dini qurumlara ianə edilmiş pul vəsaitlərinin hər hansı bir formada təşkili və həyata keçirilməsini dövlət müəyyən edəcək. Yəni, bunu müvafiq icra hakimiyyəti orqanı kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tənzimləyəcək”.

YUNUS OğUZUN “UçURUM” ROMANıNıN TəQDIMATı OLDU

Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı- publisist, “Olaylar” İnformasiya Agentliyinin və eyni adlı qəzetin baş redaktoru Yunus Oğuzun “Uçurum” adlı  romanının təqdimatı keçirilib.

BUAK DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNDƏN NİYƏ NARAZIDIR?

“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 23 il tarixi olan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin fəaliyyətini görməzdən gəlir, diaspora siyasətinin təməl prinsiplərini kobud şəkildə pozur. Komitənin məsul şəxslərinin yarıtmaz fəaliyyəti onu deməyə əsas verir ki, bu gün milli və dövlət maraqları şəxsi və korporativ maraqlara qurban verilir”.

90 NƏFƏRƏ ZİYAN VURMUŞ İŞ ADAMI MƏHKƏMƏ QARŞISINDA

Bir müddət sosial şəbəkələrdə özünü zərərçəkmiş kimi təqdim edən, Azərbaycanın siyasi hakimiyyətini, hüquq mühafizə orqanlarını təhqir edən, günahlandıran iş adamının 90 nəfərə ziyan vurduğu bəlli olub…

HƏFTƏBECƏR

Müğənni Damla “Fatehin divanı” verlişində qonaq olarkən söylədiyi fikirlərin təhrif olunduğunu bildirib: “Müsahibəni dinləmədən, görmədən, paylaşılan xəbərin altını oxumadan haqqımda fikir bildirirlər. Haqqıma girin, hesabım məşhərə qalsın. Bir az vicdan, çox yox, bir az”. P.S. Nə? Vicdan? Rəhmətliyin qızı, şou əhli hara, vicdan hara? Sən mənim canım güldürmə bizi. Hələ “Tarixi- Nadir”i yarıya qədər oxumuş […]

QAZAXISTAN İNQİLABININ “RƏNG”İ

…Qazaxıstanda baş verən məlum hadisələrdən belə görünür ki, ölkənin qurucusu Nazarbayev, işlər belə getsə, Qazax xalqının nəzərindən yavaş-yavaş deyil, deyəsən, lap elə sürətlə düşəsi olacaq. Hazırki dövlət başçısı Nursultanın əziz xələfi, cənab Tokayevə qarşı Qazax xalqının münasibəti heç də yaxşı deyil. Deyərdim ki, Tokayevi “elektrik kreslosunda” “toka versələr” belə, xalqın durmadan artan qəzəbinin azalacağını gözləmək […]

ERMƏNİ HƏKİMLƏR HABİL ƏLİYEVİ NECƏ ÖLDÜRMƏK İSTƏYİRDİ?

Yaxud, kaman ustadının qan şırımları arasından baxan gözləri… (Xalq artisti Habil Əliyevin həyatı ilə bağlı sensasion faktlar) …9 may 1975-ci il. Təqvimdə qırmızıya alınıb faşist Almaniyası üzərində 30 illik qələbəmizin təntənəli yad edildiyi gün! O gün əksər Dövlət müəssisələri işləməsə də, o zamankı Stepan Şaumyan adına (indiki Əfəndiyev) 2 saylı Bakı şəhər klinik xəstəxanasının  cərrahiyyə şöbəsinin […]

XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

(Zaur Ustacın yeni kitabı haqqında) Dilin gözəlliyi onun ilkinliyində, təravətində, kökündədir. Bu gün yazılan ədəbi mətnlərdə (istər poeziya, istər nəsr nümunələrində) sanki yad cisimlər dolaşır, dilin substansionallığı qondarma, hibrid sözlərə qurban verilir. İnsan əşyaları sözlər vasitəsilə tanıyır, özünü sözün batinindəki mənalarla formalaşdırır. Söz həm də arxetiplərin övladıdır. Bədii mətnlər arxetiplərdən sızan elementlərlə yaranır. Mən Zaur […]

MÜŞFİQ ABBASOVUN ERMƏNİ QOHUMLUĞU ÜZƏ ÇIXDI…

Komandanın prodüsseri və bədii rəhbəri Müşfiq Abbasovun ermənilərin tələbi ilə “Şuşa” adını dəyişdirib “Buta” qoyması böyük bir rəzalətdir… …Soçidə keçirilən beynəlxalq “KVN” yarışmasında baş verənlər nəinki gündəmi zəbt edib, hətta böyük, utanc verici bir qalmaqal yaradıb. “Bu şəhərdə” teatrının prodüsseri və bədii rəhbəri, eyni zamanda Azərbaycanın “Şuşa” adlı “KVN” komandasının prodüsseri Müşfiq Abbasovun olduqca biabırçı addımı […]

PAŞİNYANDAN SÜLH SAZİŞİ BƏYANATI GƏLDİ

Ermənistanın siyasi rəhbərliyi, nəhayət ki, bölgədə sülhün bərqərar olunmasından kənar adam balası kimi yaşamağın mümkünsüzlüyünü anlayır. Elə bunu nəzərə alan Paşinyan “İrəvan “səmimiyyətlə” Ankara ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyir”, -deyə bəyanatla çıxış edib. O, onlayn mətbuat konfransında deyib ki, əvvəllər bu mümkün olmayıb və İrəvan həmin təcrübədən istifadə etməlidir. “Bu il […]

BAŞ PROKURORLUQDA İLLİK HESABAT- TAM MƏTN

Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2021-ci ildə fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilmişdir…