“Krokus” terror aktı işində müttəhim kamera yoldaşını “Quran” oxumağa məcbur edib

“Crocus City Hall” konsert zalında 149 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə bağlı cinayət işində təqsirləndirilən şəxs mütəmadi olaraq “Quran” oxuyur, istintaq təcridxanasında namaz qılır, həmçinin başqa bir iş üzrə terror cinayətlərində ittiham olunan kamera yoldaşını da aqressiv şəkildə buna inandırır. Tezadlar.az bildirir ki, bu barədə TASS-a kamera yoldaşının müdafiəsinin nümayəndəsi məlumat verib. “Müvəkkilim […]

Şəhid ailələrini aldatdı, amma qanundan qaça bilmədi…

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşları aldadaraq onlayn yolla onların maddi vəsaitini ələ keçirən, əvvəllər də analoji əmələ görə dəfələrlə məhkum edilmiş Nəzakət Məhərrəmova saxlanılıb. DİN-in Mətbuat Xidmətinin məlumatında deyilir kiş Məhərrəmova  “Tiktok”dakı “qemgin_20” adlı saxta hesabında canlı yayım açaraq şəhid ailələrinə, qazilərə, eləcə də aztəminatlı şəxslərə özünü humanitar yardım təşkilatlarından birinin nümayəndəsi […]

Tramp baş ağrıdır, Putin isə öz bildiyini edir…

Nəhayət, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukraynadakı müharibəni dayandırmayacağı təqdirdə onu sanksiyalarla hədələyib. Tezadlar.az Reuters- ə istinadla bildirir ki, ABŞ liderinin bu barədə çıxışı Ağ Evin sosial şəbəkələrdəki səhifələrində də yayımlanıb. Tramp deyib ki, iki həftə ərzində Ukraynadakı müharibənin həlli ilə bağlı çox mühüm qərar qəbul edəcək. Onun sözlərinə görə, belə bir […]

Ali məktəblərə bu ilki qəbulda sensasion nəticə: 600 bal toplayan 10 abituriyent “kəsildi”

“Keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur…”? Tezadlar.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Məlum olur  ki, ixtisas seçimindən öncə müsabiqə vəziyyəti təhlil olunarkən xüsusilə IV ixtisas qrupunda tibb ixtisasını seçmək istəyən abituriyentlərə öz istəkləri ilə yanaşı, […]

Bu da ali təhsil ocaqlarına bu ilki qəbulun nəticələri…

Dövlət İmtahan Mərkəzi 2025/2026-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib. Tezadlar.az xəbər verir ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından,həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə […]

Yayda qiymətlər sərt: ikinci əl bazarında ən sərfəli dövr qışdır

Yay ikinci əl avtomobil almaq üçün ən pis vaxtdır. 2023–2024-cü illərdə 40 milyondan çox müqaviləni təhlil edən analitik şirkət bildirir ki, isti mövsümdə sərfəli təklif tapmaq ehtimalı üçdə birdən çox azalır. Tezadlar.az xəbər verir ki, xüsusilə iyun ayında avtomobili bazar qiymətindən 5% ucuz almaq şansı ilin orta göstəricisi ilə müqayisədə 30,4% azalır. May və iyulda vəziyyət […]

FTB Con Boltonun evində və ofisində axtarış apardı

Fedetal Təhqiqat Bürosunun (FTB) əməkdaşları ABŞ Prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun işlədiyi Vaşinqtondakı ofisə gəlib. “Tezadlar”ın xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumata görə, Boltonun hazırda ofisdə olduğu ehtimal edilir. 16.24 Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri Con Boltonun evində axtarış aparıblar. “Tezadlar”ın məlumatına […]

Müğənni Əlican Həmid ata olacağı xəbərini aldı – duyğusal anlar

Xəbər verdiyimiz kimi, bu il azərbaycanlı müğənni Əlican Həmidin toyu baş tutub. Tezadlar.az xəbər verir ki, gənc ailə artıq dünyaya gələcək övladlarının yolunu gözləyir. Bu barədə video sosial şəbəkədə yayılıb. İfaçının sevib-seçdiyi xanım sözügedən müjdəni həyat yoldaşına verib. Ata olacağını öyrənən sənətçi sevincdən özünə yer tapa bilməyib. Gözləri dolub, kövrələn Əlican xanımına bərk-bərk sarılıb və bir-birilərini təbrik […]

Kolumbiyada terror hücumları: partlayış və hücumlarda 17 nəfər öldü

Kolumbiyada bomba yüklü avtomobilin partladılması və polis helikopterinə hücum nəticəsində azı 17 nəfər ölüb. “Tezadlar” xəbər verir ki, bu barədə Qərb mətbuatı məlumat yayıb. Qeyd olunur ki, ölkə Prezidenti Qustavo Petro hər iki hücuma görə Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) ləğv edilmiş dissidentlərinin məsuliyyət daşıdığını bildirib. Səlahiyyətlilərin məlumatına görə, kokain istehsalı üçün xammal olan koka plantasiyalarını […]

Türkmənistandan İlham Əliyevə hədiyyə edilən “Axaltəkə” – 3000 illik tarixi olan əfsanəvi at cinsi

Xəbər verdiyimiz kimi, avqustun 22-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından Prezident İlham Əliyevə “Taus” ləqəbli “Axaltəkə” atını hədiyyə edib. “Tezadlar”ın məlumatına görə, “Axaltəkə” cinsi özünəməxsus gözəlliyi, çevikliyi və türk etnoslarının zəngin tarixini özündə cəmləşdirməsi ilə seçilir. Türkmənistan mənşəli bu nadir at cinsi təkcə Orta Asiyanın deyil, […]

Estoniya Ukraynada sülhməramlı əməliyyata qoşulmağa hazırdır

Estoniya Ukraynada sülhməramlı əməliyyatda iştirak etməyə hazırdır. “Tezadlar” xəbər verir ki, bu barədə “Reuters” agentliyi ölkənin Baş naziri Kristen Mixalın bəyanatına istinadən xəbər verir. Onun sözlərinə görə, əməliyyatda bir bölüyə ekvivalent qüvvə iştirak edə bilər, lakin siyasətçi hərbçilərin dəqiq sayını açıqlamayıb. Qeyd edək ki, daha əvvəl Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir […]

Monronun 4,6–5,6 milyon dollarlıq ağ donu

Bunlar artıq bir dövrün simvoluna çevrilmiş əfsanəvi libaslardır və bu gün milyonlarla dollara satılsalar da, əslində onlar qiymətsiz mədəni irs nümunələridir. Tezadlar.az hərraclarda rekord qırmış üç libası təqdim edir. “Happy Birthday, Mr. President” — Merilin Monronun 4,8 milyon dollarlıq donu Bu sadəcə bir don deyil, əsl xəzinədir. Aktrisa Merilin Monro onu 1962-ci ildə geyinərək “Madison Square […]

“Tramp: Putin-Zelenski görüşünə qatılmaq istəmirəm

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasındakı mümkün görüşdə iştirak etməməyə üstünlük verəcəyini bildirib. “Tezadlar” xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib. “Baxarıq, görək Putin və Zelenskinin birlikdə işlədiyini görəcəyikmi?… Bilirsiniz, onlar bir az yağ və sirkəyə bənzəyirlər. Məlum səbəblərə görə bir-biri ilə çox da yaxşı anlaşmırlar, amma […]

Bağlama qapaqları: ağ qapaq, yoxsa sarı qapaq – hansı daha etibarlıdır?

Evdar qadınlar illərlə bağlamaların daha uzun müddət saxlanılması üçün hansı qapaqların daha etibarlı olduğu barədə mübahisə edirlər. Tezadlar.az xarici mediaya istinadən bu barədə xəbər verir. Həm ağ, həm sarı qapağın öz üstünlüyü var, lakin məhsulun növündən asılı olaraq seçim dəyişir. Sarı metal qapaqlar ən çox yayılmış və münasib qiymətədir. Qalay və lakla örtüldüyü üçün duz, şəkər, eləcə […]

Erməni separatçılarının məhkəmə prosesi: zərərçəkmişlərin ifadələri dinlənildi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David […]

Ayxan Cavadov U-20 dünya çempionu oldu

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir. Tezadlar.az apasport.az saytına istinadla xəbər verir ki, mundialda bu gün yunan-Roma güləşçiləri arasında ilk medalçılar bəlli olub. 60 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Cavadov finalda ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib.12:5 hesabı ilə qalib gələn idmançımız dünya çempionu olub. Yığmamız bununla turnirdə ilk qızıl medalını qazanıb. […]

idarəsinin rəhbəri Kaya Kallas

İranın ABŞ ilə qarşılıqlı fəaliyyətə hazır olması “snapback” mexanizminin müddətinin yaxınlaşması fonunda həlledici əhəmiyyətə malikdir. “Tezadlar” xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas “X” hesabında yazıb. Onun sözlərinə görə, İran həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) də tam şəkildə əməkdaşlıq etməlidir. “Avropa nüvə probleminin diplomatik həllinə sadiqdir. “Snapback” mexanizminin müddətinin […]

Baş Muğan kanalında batan şəxsin meyiti tapıldı

Baş Muğan kanalının İmişli rayonu ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb. “Tezadlar”ın Muğan bürosunun məlumatına görə, bir neçə gün əvvəl kanalda boğulduğu ehtimal olunan Nurəddin Məmmədovun meyiti aparılan axtarışlar nəticəsində kanalının İmişli rayonu Qulubəyli kəndindən keçən hissəsində aşkarlanıb. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. 14.47 İmişli rayonunun Göhərli […]

İran və Avropa ölkələri arasında nüvə danışıqları avqustun 26-da keçiriləcək

İran diplomatlarının Britaniya, Almaniya və Fransa nümayəndələri ilə nüvə proqramı məsələsinə dair danışıqları avqustun 26-na planlaşdırılıb. “Tezadlar” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı İran Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb. “İranın üç Avropa ölkəsi və Avropa İttifaqı ilə danışıqlarının gələn çərşənbə axşamı xarici işlər nazirlərinin müavinləri səviyyəsində davam etdirilməsi qərara alınıb”, – məlumatda […]

Bakıda sərxoş şəxs açarı üzərində qalan avtomobili qaçırdı

Bakıda sərxoş şəxs avtomobil oğurlayıb. Tezadlar.az-ın məlumatına görə, hadisə Səbail rayonu Bayıl qəsəbəsində qeydə alınıb. Tural Quliyev (ad və soyad şərtidir) Instagram-da qızla tanış olub və onunla Bayıl qəsəbəsində yerləşən supermarketin qarşısında görüş təyin edib. Xeyli gözləsə də, qız görüşə gəlməyib və Tural marketdən “Go” spirtli içkisi alaraq, içib. Daha sonra ərazidə gəzərkən dayanmış avtomobilləri […]

Nigar Fərhadın verilişində ər-arvad kulisdə dava saldı

Teleaparıcı Nigar Fərhadın verilişində daha bir gərgin anlar yaşanıb. Tezadlar.az xəbər verir ki, efirə üz tutan şikayətçi ər-arvad kulisdə qırğına çıxıblar. Sözügedən anlar sosial şəbəkələrdə müzakirələrə və narazılığa səbəb olub. Həmin görüntüləri təqdim edirik:

Lizbet Ovalye qadın futbolunda transfer rekordunu yenilədi

Meksika yığmasının 25 yaşlı futbolçusu Lizbet Jaklin Ovalye artıq ABŞ-ın Qadınlar Milli Futbol Liqasında (NWSL) çıxış edəcək. Tezadlar.az xəbər verir ki, onu Meksikanın “Tigres” klubundan ABŞ-ın “Orlando Pride” klubuna rekord məbləğə, 1,5 milyon dollara transfer ediblər. Meksikalı futbolçu ilə müqavilə yaxın iki mövsüm üçün bağlanıb və daha bir il uzadılma imkanı nəzərdə tutulub. Ovalye dünya qadın […]

Xalqın İlqarı- İLQAR HƏSƏNOV- 66!

…O, 1959-cu ilin avqust ayının 24-də Gəncə şəhərində dünyaya gəlib. Orta təhsilini orada başa vuraraq Bakıya üz tutub. Burada BDU-nun jurnalistika fakültəsinə qəbul olunub. 1981-ci ildə həmin fakültəni bitirərək ali təhsilə yiyələnib. Əmək fəaliyyətinə isə, 1981-ci ildə “Bakı- Baku axşam qəzeti”ndə müxbir kimi başlayıb. Bir müddət burada çalışdıqdan sonra, 1987-ci ildən bir neçə il “Azərittifaq”da […]

Sergey Markov Rusiyada “xarici agent” elan edildi

Rusiya Ədliyyə Nazirliyi politoloq Sergey Markovu xarici agentlərin reyestrinə daxil edib. “Tezadlar” xəbər verir ki, bu barədə idarənin saytında yer alan məlumatda deyilir. “S. A. Markov qeyri-məhdud sayda insana xarici agentlərin mesajlarının və materiallarının yaradılmasında və yayılmasında, həmçinin Rusiya Federasiyasının ərazisində fəaliyyəti arzuolunmaz olaraq tanınan xarici və beynəlxalq təşkilatların siyahısına daxil edilmiş təşkilatların mesajlarının və […]

Qatığı yeməkdən əvvəl və ya yemək zamanı qəbul etmək daha faydalıdır

Qatığın günün düzgün vaxtında qəbulu bağırsaq mikroflorasını dəstəkləyir və həzmi yaxşılaşdırır. Tezadlar.az bu barədə xarici mediaya istinadən məlumat verir. Araşdırmalara görə, qatığın tərkibindəki probiotiklər, laktobakteriyalar, streptokoklar və bifidobakteriyalar mədədə daha yaxşı sağ qalaraq bağırsağa çatır, əgər məhsul yemək zamanı və ya yeməkdən 30 dəqiqə əvvəl qəbul edilirsə. Ən uğursuz vaxt isə yeməkdən yarım saat sonradır. Mütəmadi […]

Azərbaycan – Ukrayna oyunu Krakovda keçiriləcək

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri dəyişdirilib. “Tezadlar” xəbər verir ki, bu barədə məlumatı AFFA yayıb. AFFA-dan  verilən məlumata görə, UEFA D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də baş tutacaq görüşü Krakov şəhərinin “Krakoviya” stadionuna təyin edib. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Qeyd edək ki, […]

Oteldə Hollandiyadan gələn iki qardaş ölü tapıldı

Hollandiyadan atası ilə Türkiyəyə gələn iki oğulun meyiti tapılıb. Tezadlar.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhəri Fateh qəsəbəsi Bəyazid küçəsində yerləşən “Grand Sami” otelində qeydə alınıb. Hollandiyadan İstanbula gələn ata 57 yaşlı Rashid Mohammed Ajoeb, iki oğlu, 17 yaşlı Mohammed Jamil Yusuf və 15 yaşlı Mohammed Yazdani ilə birgə Taksim meydanında yemək yeyiblər. Bundan […]

Yaşıllıqlara böyük ziyan dəydi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Neftçala və Tovuz rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub. “Tezadlar”a verilən məlumata görə, araşdırma zamanı Neftçala rayonunun Aşağı Surra kəndi və Tovuz rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 28210 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Bildirilir ki, […]

“Qarabağ” – “Ferentsvaroş” matçının biletlərinə rekord tələbat

“Nə Tarkan, nə də Castin Timberleykin konsertində oxşar bilet izdihamı yaşanıb. Məncə bilet satışında ölkə tarixində yeni rekord qeydə alınacaq. Yəqin sabaha biletlər tamamilə bitəcək”.  “Tezadlar” xəbər verir ki, bu haqda idman jurnalisti Sənan Şəfizadə avqustun 27-də baş tutacaq “Qarabağ” – “Ferentsvaroş” matçının bu gün satışa çıxarılan biletləri ilə bağlı paylaşımında bildirib. O qeyd edib […]

Zelenski: Ukraynanın dron istehsalı maliyyə imkanlarını üstələyir

Ukrayna Prezidenti Volodimir Zelenski dron istehsalı proqramlarına kifayət qədər maliyyə vəsaitinin ayrılmasının son dərəcə vacibliyini vurğulayıb. “Tezadlar” xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb. Prezidentin sözlərinə görə, Ukraynanın dron istehsalı potensialı ölkənin hazırkı maliyyə imkanlarını əhəmiyyətli dərəcədə üstələyir. “Bu gün NATO-nun baş katibi ilə yalnız daxili istehsalı müzakirə etdik. Bizim dronlarımız həqiqətən də bir […]

Ebru Gündeşin həyat yoldaşı Murat Özdemir həbs olundu

Türkiyənin tanınmış müğənnisi Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb.  “Tezadlar” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özdemir Səlahəddin Yılmazın rəhbərlik etdiyi cinayət təşkilatına üzv olmaqda ittiham edilir. Müxtəlif istiqamətlərdə aparılan istintaq hərəkətlərinin təfərrüatlarının yaxın günlərdə ictimaiyyətə açıqlanacağı bildirilib. Xatırladaq ki, Ebru Gündeşin keçmiş əri olan iş adamı Rza Zərrab da 2016-cı ildə ABŞ-də çirkli pulların […]

ABŞ Rusiya-Ukrayna sülh danışıqları barədə ‘Beş göz’ alyansına məlumat verməyəcək

Vaşinqton Rusiya-Ukrayna arasında mümkün sülh danışıqları ilə bağlı “Beş göz” alyansı üzvləri ilə məlumat paylaşmamaq qərarı verib. Tezadlar.az xəbər verir ki, ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Tulsi Qabbard bu barədə kəşfiyyat qurumlarına göstəriş verib. Məlumatların Avstraliya, Böyük Britaniya, Kanada və Yeni Zelandiyaya ötürülməsi qadağan olunub. Qərarın səbəbi açıqlanmayıb, lakin bu addım alyans daxilində etimad məsələlərini […]

Marko Veşoviç Zaqreb ‘Lokomotiv’i ilə anlaşdı

Bu yay “Qarabağ”dan ayrılan Marko Veşoviç karyerasını Zaqreb “Lokomotiv”ində davam etdirəcək. “Tezadlar” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı müdafiəçi ilə bağlanan müqavilənin müddəti hələlik açıqlanmayıb. Qeyd edək ki, M.Veşoviç 2021-ci ildən “Qarabağ”da çıxış edirdi. Monteneqrolu futbolçu Ağdam təmsilçisində 134 oyuna çıxıb, 5 qol vurub və 16 məhsuldar ötürmə verib.

Bahadır Əhmədov Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin edildi

Astara Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.  “Tezadlar” xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, Əhmədov Bahadır Allahverdi oğlu sözügedən vəzifəyə təyin olunub.  Qeyd edək ki, Bahadır Əhmədov N saylı hərbi hissənin tibbi xidmət rəisi vəzifəsində çalışıb. Zərdabın Qoruqbağı kəndindən olan tibb […]

Mütəxəssislər: Telefonu 100 faizə qədər şarj etmək batareyanı sıradan çıxarır

Mütəxəssislər xəbərdarlıq edirlər ki, smartfonları tam olaraq 100 faizədək şarj etmək düzgün deyil. Onların sözlərinə görə, bu vərdiş batareyanın ömrünü xeyli azaldır. Tezadlar.az xarici mediaya xəbər verir ki, texniki kontent direktoru Mark Patrikin açıqlamasına əsasən, əksər telefon batareyaları 500–800 tam şarj dövrünə tab gətirə bilir. Əgər cihaz hər gün tam doldurularsa, bu resurs iki ildən az […]

Prezident: SOCAR Özbəkistanda neft yatağının işlənməsinə başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanda neft yatağının işlənilməsinə başlayıb, kontrakt imzalanıb. “Tezadlar” xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında keçirilən yüksək səviyyəli görüşdə bildirib. Dövlət başçısı qeyd edib ki, energetika sahəsində əməkdaşlıq üçün gözəl imkanlar var: “Bizim Türkmənistanla ənənəvi energetika əməkdaşlığımız vardır. Biz Özbəkistanla da bu sahəyə artıq qədəm qoymuşuq. […]

Ukrayna dəniz dronu Novorossiysk yaxınlığında beş elit rus dalğıcını məhv etdi

Rusiyanın təcavüzkar dövləti olduğu qeyd edilən Nоvорossiysk yaxınlığında, Qara dənizdə Rusiya Hərbi Dəniz Qüvvələrinin elit bölməsinə məxsus beş dalğıc Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə (QUR) məxsus dəniz dronu tərəfindən məhv edilib.  Tezadlar.az xəbər verir ki, bu barədə 22 avqustda QUR Telegram-da məlumat yayıb. “Müxtəlif zərbə dəniz dronlarından biri Novorossiysk buxtasına doğru irəlilədi, burada təcavüzkar […]

Aİ nümayəndəliyi səfir Peter Mixalko ilə vidalaşdı

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ölkədə dörd illik diplomatik fəaliyyətini başa vuran səfir Peter Mixalko ilə vidalaşıb. “TEZADLAR” xəbər verir ki, bu barədə nümayəndəliyin feysbuk hesabında paylaşım edilib. “Aİ Nümayəndəliyi dörd illik dəyərli diplomatik xidmətini Azərbaycanda başa vurmuş səfir cənab Peter Mixalko ilə vidalaşdı. Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın möhkəmləndirilməsi yolunda göstərdiyi fədakarlıq və […]

Azərbaycan və Türkmənistan şəhərləri arasında yeni əməkdaşlıq mərhələsi

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb. “Tezadlar” xəbər verir ki, bununla bağlı sənəd avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə imzalanıb. Məlumata görə, “Füzuli şəhəri (Azərbaycan Respublikası) ilə Arxadağ şəhəri (Türkmənistan) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”u Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov […]

Aİ Ukraynanın bərpası və inkişafı üçün 4 milyard avro ayırdı

Avropa İttifaqı (Aİ) Ukraynanın dəstəklənməsi üçün 4 milyard avrodan çox vəsait ayıraraq Kiyevlə həmrəyliyini yenidən təsdiqləyib. “Tezadlar” xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen “X” hesabında yazıb. Onun sözlərinə görə, bu maliyyə yardımı təkcə Ukraynanın dağıdılmış infrastrukturunun və iqtisadiyyatının bərpasına deyil, həm də suveren və demokratik dövlət kimi uzunmüddətli inkişafının […]

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Türkiyədə AK partiyanın qəsəbə gənclər təşkilatının sədri qətlə yetirilib. Tezadlar.az yerli mediaya istinadla bildirir ki, hadisə Düzce rayonu Cumayeri qəsəbəsində baş verib. AK partiyanın qəsəbə üzrə gənclər təşkilatının sədri 23 yaşlı Eren Tunçel dostu Çingizxan T. ilə bağ evinə gedib. Bu zaman Çingizxan T. nasaz tapançadan havaya atəş açıb. Nəticədə güllə Tunçelin sinəsinə dəyib. Xəstəxanaya aparılan […]

“Xudatyan: Ermənistan Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlığa hazırdır”

Ermənistan avqustun 8-də imzalanmış Vaşinqton Bəyannaməsinə uyğun olaraq Azərbaycanla nəqliyyat kommunikasiyalarının açılmasına fəal şəkildə hazırlaşır. “Tezadlar” xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan “Armenpress”ə bildirib. Onun sözlərinə görə, Ermənistan təkcə maraq göstərmir, həm də Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlığın qurulmasına hazırdır. “Türkiyə, Ermənistan və Azərbaycan arasında iqtisadi əməkdaşlığa gəlincə, […]

“Azərbaycan güləşçiləri U-20 dünya çempionatında 3 bürünc medalla dördüncü oldular”

Azərbaycanın sərbət güləşçilərinin Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında göstərdikləri nəticə qənaətbəxşdir. “Tezadlar” Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu 20 yaşadək sərbəst güləşçilərdən ibarət yığmanın böyük məşqçisi Arif Abdullayev deyib. O, milli üzvlərinin mundialdakı çıxışını şərh edib: “Ümumilikdə 71 xal toplayaraq, komanda hesabında dünya dördüncüsü olduq. Avropa ölkələri arasında ən yaxşı […]

Azərbaycan, Türkmənistan və Özbəkistan əlaqələri yüksəlişdə

Avqustun 22-də Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksək səviyyəli görüş keçirilib. “Tezadlar” xəbər verir ki, Azərbaycan Respublikasının İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev birgə foto çəkdiriblər. Sonra Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxışı edib. Görüşdə daha sonra […]

Pilot xəbərdarlıq etdi: Əşyalarınızı oturacaq arxa cibinə qoymayın

Təyyarə pilotu sərnişinlərə bəzi əşyalarını oturacaqların arxa cibində saxlamağı tövsiyə etmədiyini bildirib. Tətil mövsümü ərəfəsində aviaşirkət pilotlarından biri TikTok-da uçuş zamanı sərnişinləri potensial problemlərdən qoruyacaq faydalı məsləhət paylaşıb. Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, səyahət məsləhətləri ilə tanınan kapitan Stiv bildirib ki, sərnişinlərin oturacaq arxa ciblərində qoyub unutduqları əşyalar demək olar ki, həmişə itib gedir. […]

Qadın əmisi haqqında böhtan iddiası qaldırdı, amma qərar onun əleyhinə oldu

Efirdə qardaşı qızını ittiham edən şəxslə bağlı qərar verilib. Tezadlar.az xəbər verir ki, Səbail rayon Məhkəməsi vətəndaş Zoya Əhmədovanın əmisi Buludxan Əhmədov haqqında xüsusi ittiham qaydasında şikayətinə baxıb. Şikayətdə göstərilir ki, Zoya Əhmədova paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində anası ilə birgə yaşayıb. Anasının ayağı Sabunçu Tibb Mərkəzində amputasiya olunan zaman 45 gün həmin xəstəxanada valideyninə qulluq […]

Astarada oğul anasını qətlə yetirdi

Astarada qətl hadisəsi baş verib. Tezadlar.az bildirir ki, Astara şəhərində qeydiyatda olan 26 yaşlı Murad Kazım oğlu Kazımzadə aralarında yaranmış mübahisə zəminində anası, 47 yaşlı Məhəbbət Nurəddin qızı Qasımovaya 4 bıçaq zərbəsi yetirərək onu qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma […]

İraqa ziyarət adı ilə dələduzluq edən Masallı sakini həbs olundu

Bakı şəhəri ərazisində, eləcə də bölgələrdə çoxsaylı vətəndaşları İraq Respublikasında yerləşən ziyarətgahlara aparmaq adı ilə aldadaraq pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. DİN-in Mətbuat Xidmətindən Tezadlar.az-ə verilən məlumata görə, 43 yaşlı Masallı rayon sakini Rasim Şahbazov “Instagram” sosial şəbəkəsində “Risalət Travel” adlı səhifə yaradaraq insanları ziyarətə aparmaq üçün turlar […]

Türkiyəli aktyor subaylığa vida etdi

Tanınmış türkiyəli aktyor subaylığın daşını atıb. Tezadlar.az xəbər verir ki, rol aldığı “Deha” serialında “Karga” obrazı ilə yadda qalan aktyor özünə toy çaldırıb. O, 13 ildir eşq yaşadığı olduğu Ceyda Aşıkla nişanlanıb.

Rusiya XİN rəhbəri: Sammit gündəliyi hazır deyil

Yaxın vaxtlarda Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin görüşü nəzərdə tutulmur. “Tezadlar” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-nin “NBC News” telekanalına bildirib. “Putin Zelenski ilə sammit gündəliyi hazır olduqda görüşməyə hazırdır, lakin bu gündəlik ümumiyyətlə hazır deyil”, – o qeyd edib. S.Lavrovun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp […]

Abşeronda fabrikdə yanğın: 6 nəfər tüstüdən zəhərləndi

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fabrikdə baş verən yanğında 6 kişi tüstüdən zəhərlənib. Bu barədə “Tezadlar”ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, 6 kişi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi yardım göstərildikdən sonra amulator müalicə üçün evə buraxılıblar. Onlardan birinə sağ əlin yanığı, birinə isə özünü pis hiss […]

Bakının nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi müzakirə olundu

zərbaycanın Baş naziri Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti Vanq Lijun ilə görüşüb. “Tezadlar” xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə Azərbaycanda son illərdə yol-nəqliyyat infrastrukturu sahəsində görülən işlər, xüsusilə Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, şəhərdaxili sıxlığın azaldılması və geniş nəqliyyat şəbəkəsinin qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə […]

Mark Rütte və Zelenski Avropanın təhlükəsizliyi ilə bağlı birgə addımları razılaşdırdılar

NATO-nun Baş katibi Mark Rütte və Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada və bütün Avropada təhlükəsizliyin təmin edilməsi ilə bağlı növbəti birgə addımları müzakirə ediblər. “Tezadlar” xəbər verir ki, bu barədə Zelenski “X” hesabında yazıb. Onun sözlərinə görə, tərəflər diplomatik səyləri, təhlükəsizlik zəmanətlərini və Ukraynaya hərbi yardımı müzakirə ediblər. “Artıq tərəfdaş maliyyələşdirməsi hesabına ABŞ silahlarının alınmasına imkan […]

“Vilyarreal” Renatu Veyqa ilə 2032-ci ilədək müqavilə imzaladı

İspaniya La Liqası təmsilçisi “Vilyarreal” “Çelsi”nin (İngiltərə) müdafiəçisi Renatu Veyqanı transfer edib. “Tezadlar” xəbər verir ki, bu barədə “sarı sualtı qayıqlar”ın mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı oyunçu ilə 2032-ci ilə qədər müqavilə imzalanıb. Qeyd edək ki, Renatu Veyqa ötən mövsümün ikinci yarısını icarə əsasında “Yuventus”un (İtaliya) heyətində keçirib. O, bütün yarışlarda 33 oyuna çıxıb, 2 qol […]

Xocalı və Ağdərəyə 770 ailə köçürülüb, ilin sonunadək daha 800 ailə məskunlaşdırılacaq

Bu günədək Xocalı və Ağdərədə 770 ailə məskunlaşıb, ilin sonunadək isə daha 800 ailənin köçürülməsi planlaşdırılır. “Report”un Qarabağ bürosuna Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu fikirlər avqustun 22-də Xankəndidə səfərdə olan Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian Auqustin Nikulesku Tsıqırlasın başçılıq etdiyi nümayəndə […]

Alkaras son ildə 48,3 milyon dollar qazanıb

“Forbes” jurnalı son bir ildə ən çox qazanan tennisçilərin siyahısını açıqlayıb. “Tezadlar” xəbər verir ki, siyahıya ardıcıl ikinci il “Böyük Dəbilqə” turnirlərinin beşqat qalibi və dünyanın 2 nömrəli tennisçisi Karlos Alkaras (İspaniya) başçılıq edir. Nəşrin məlumatına görə, ispaniyalı idmançı 48,3 milyon dollar (35 milyon dollar kortdan kənarda) qazanır. Son bir ildə ən çox qazanan 10 tennisçinin […]

Tramp: Bu, çətin bir savaşdır, Zelenski əlindən gələni edir

ABŞ-in keçmiş prezidenti Donald Tramp bildirib ki, qarşıdakı iki həftədə Rusiya-Ukrayna müharibəsinin bitib-bitməyəcəyi aydınlaşacaq. Tezadlar.az xəbər verir ki, Tramp tərəfləri danışıqlara cəlb etmək üçün fərqli taktikalardan istifadə ediləcəyini də qeyd edib. O, Ukrayna Prezidenti Zelenski barədə də danışaraq onun var gücü ilə mübarizə apardığını və bunun çətin bir savaş olduğunu bildirib.

PTX zabiti Erkin Ələkbərov ürəktutmadan vəfat etdi

Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) mayoru Erkin Ələkbərov vəfat edib.  “Tezadlar” xəbər verir ki, 36 yaşlı mayor xidməti vəzifəsini yerinə yetirərkən ürəktutmadan ölüb. Məlum olub ki, E.Ələkbərovun atası da 48 yaşında eyni səbəbdən dünyasını dəyişib. O da həmçinin XDMX-nin (indiki PTX) polkovnik-leytenantı olub.  Erkin Ələkbərov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına […]

Beton hasar uçdu, qadın dağıntı altında qaldı

Lənkəran şəhərində qadının üzərinə beton aşıb. “Tezadlar” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaş – 1964-cü il təvəllüdlü Babayeva Brilyant Davud qızının fərdi yaşayış evinin beton piltədən ibarət hasarının uçması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında köməksiz vəziyyətdə qaldığı müəyyən olunub. […]

Özbəkistan Prezidenti: Azərbaycan xalqı igid və mətanətlidir

“Vaşinqtonda Azərbaycanla Ermənistan arasında Birgə Bəyannamənin imzalanması igid və mətanətli Azərbaycan xalqının ümdə səylərinin həyata keçirilməsinin parlaq təzahürüdür”. “Tezadlar” xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunlarına dair bəyanatında səsləndirib. O bildirib ki, Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin bərqərar olması iqtisadiyyat, nəqliyyat, energetika, humanitar sahələrdə əməkdaşlığın […]

Türkmənistan Azərbaycanın dövlət başçısına nadir “Taus” ləqəbli at bağışladı

Avqustun 22-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənbaşı şəhərində “Axaltəkə” atlarına və milli “Galkynysh” atlı qrupunun çıxışına baxıblar. “Tezadlar” xəbər verir ki, sonda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlətimizin başçısına “Taus” ləqəbli “Axaltəkə” atını hədiyyə edib.

“Rosaviasiya” və Türkiyənin aşağı büdcəli aviaşirkəti Rusiyaya uçuşların artırılmasını müzakirə ediblər

“Rosaviasiya” və Türkiyənin aşağı büdcəli aviaşirkəti “Corendon Airlines” Rusiyaya uçuşların artırılması və aviaşirkətin marşrut şəbəkəsinin genişləndirilməsini müzakirə ediblər. Tezadlar.az bildirir ki, bu barədə agentliyin saytında məlumat verilib. Hazırda “Corendon Airlines” Rusiyaya yeddi marşrut üzrə müntəzəm uçuşlar həyata keçirir: Antalyadan Moskva, Sankt-Peterburq, Kazan, Nijnekamsk, Ufa, Yekaterinburq və Samara. Həmçinin avqustun 12-dən Antalyadan Nijni Novqorod, Orenburq və […]

Rumıniya şəhəri Kişinyovla qardaşlığı pozur

Rumıniyanın Yassı şəhərinin meri Mixay Kirika Moldovanın paytaxtı Kişinyovla qardaşlığı pozub, çünki onun rəhbəri İon Çebanın Rusiya ilə “mürəkkəb əlaqələri” var. Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. “Cənab Çeban məsələsində Rusiya Federasiyasının nümayəndələri ilə mürəkkəb əlaqələr çoxdan sənədləşdirilib. Rumıniyanın ərazimizə bu cür təsirini məhdudlaşdırması son dərəcə vacibdir”, – Kirika bildirib. Qeyd […]

Əliyev və Putin bir tədbirdə iştirak edəcəklər

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin avqustun 31-dən sentyabrın 1-dək Çin Xalq Respublikasında (ÇXR) Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcəklər. Tezadlar.az bildirir ki, bu barədə Çinin xarici işlər naziri Liu Bin məlumat verib. O bildirib ki, Çin sədri Si Cinpin tədbirdə iştirak edəcək dövlətlərin liderləri ilə görüşəcək. “Azərbaycan prezidenti İlham Əliyev, […]

Oğrular saxlanılıblar

Abşeron rayonunda oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxs ayrı-ayrı vaxtlarda rayon ərazisində iki vətəndaşa məxsus avtomobildən mobil telefonlar və məişət əşyaları oğurlayıb. Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməllərini törətməkdə şübhəli bilinən 22 yaşlı S.Rəcov müəyyən olunaraq saxlanılıb. Nizami Rayon […]

Bank kartlarından silsilə oğurluqlar edənlər yaxalanıblar

Paytaxtın Səbail və Sabunçu rayonlarında altı nəfərə məxsus bank kartlarından ümumilikdə 3 min 502 manat pul oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə müraciət ediblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 40 yaşlı E.Fəttahov, 32 yaşlı O.Abdurəhimli, 21 yaşlı R.Rəhimov və […]

33 kiloqram narkotik vasitə aşkarlanıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda və Mingəçevir şəhərində keçirilən əməliyyatlar zamanı əvvəllər məhkum olunan Bəhruz Mustafayev, Neyman Əmirov və Nadiq Abbasov saxlanılıblar. Onlardan 33 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş […]

Ukraynanın nəzarətində olan bir ərazidən bir neçə min insan təxliyə edilib

Ukrayna Daxili İşlər Nazirliyi Donetsk Xalq Respublikasının (DXR) Ukrayna Silahlı Qüvvələrinin (USQ) nəzarətində olan hissəsindən 3 mindən çox insanın təxliyə edildiyini bildirib. Tezadlar.az bildirir ki, bu barədə Rada telekanalının efirində departamentin nazir müavini Aleksey Sergeyev məlumat verib. “Təkcə son 24 saat ərzində Milli Polisin iştirakı ilə 3649 nəfər, o cümlədən 137 uşaq təxliyə edilib”, – […]

İsrail onun ölkəyə girişinə niyə icazə vermədi?

İsrailin Əhali və Miqrasiya İdarəsi Barselona meri Jaume Kolboninin avqustun 22-də axşam gəlməsi planlaşdırılan ölkəyə girişinə icazə vermədi. Tezadlar.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb. “İmtina İsrailə giriş haqqında qanuna uyğun olaraq həyata keçirilir və Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik Şurası ilə razılaşdırılır”, – İsrail Daxili İşlər Nazirliyinin bəyanatında deyilir. Bildirilir […]

Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri ilə təkbətək görüşü olub – YENİLƏNİB

Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Tezadlar.az xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı və Türkmənistan Xalq Məsləhətinin sədri birgə foto çəkdirdilər. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov dedi: Əziz dostum, Azərbaycan Respublikasının Prezidenti. Sizi bu gün ölkəmizdə görməyimə çox şadam. Bizi Xəzər […]

Çin ABŞ-ı tənqid etdi və…

Çin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 2025-ci il avqustun 31-dən sentyabrın 1-dək Tianjin şəhərində keçiriləcək sammiti öncəsi ABŞ-ı tənqid edib. Pekin Vaşinqtonu qlobal sabitliyi təhdid edən eqoist yanaşmada ittiham edib. Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. “Bloomberg”-in məlumatına görə, Pekində keçirilən diplomatik tədbir zamanı qeyd olunub ki, “müəyyən ölkə” öz maraqlarını digər dövlətlərin […]

Sabahın havası: 29-34 dərəcə isti olacaq

Azərbaycanda avqustun 23-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 21-25, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 755 millimetr […]

Qərb Trampın Ukrayna ilə bağlı səylərinin dalana dirəndiyini elan edib

ABŞ prezidenti Donald Trampın Ukraynada sülhə nail olmaq səyləri dörd gün ərzində dalana dirənib. Tezadlar.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb. “Trampın sülh sazişi hazırlamaq üçün Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski ilə görüşə ümidləri özünü doğrultmadı. Onun Putin və Zelenski arasında müharibənin dayandırılmasını müzakirə etmək […]

Yermak Zelenskinin ofisində islahatların aparılmasını təklif edib

Ukrayna lideri Vladimir Zelenski döyüş təcrübəsi olan daha çox işçini daxil etməklə ofisində islahatlar aparmalıdır. Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak öz Telegram-kanalında bildirib. “Bu gün mən Ukrayna prezidentinə prezident aparatında islahatların aparılmasını təklif etdim. İdeya ondan ibarətdir ki, idarənin əməkdaşlarının əhəmiyyətli bir hissəsi tammiqyaslı döyüş təcrübəsi olan hərbi […]

Ötən gün 99 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 21-də ümumi çəkisi 98,5 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 2,4 tondan artıq çəkidə 5 min 355 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. RÖVŞANƏ

Abşeronda boya istehsalı zavodunda yanğın

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə […]

Ukrayna Silahlı Qüvvələri Rusiyanın yanacaq infrastrukturu obyektinə hücuma keçib

Bryansk qubernatoru Boqomaz: Ukrayna Silahlı Qüvvələri yanacaq infrastrukturu obyektinə zərbə endirib Bu gün, avqustun 22-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri (USQ) Bryansk vilayətinin Uneça rayonunda yanacaq infrastrukturu obyektinə birgə hücuma keçib. Tezadlar.az bildirir ki, bu barədə Rusiya vilayətinin qubernatoru Aleksandr Boqomaz öz Telegram kanalında məlumat verib. “Himars MLRS raketləri və pilotsuz uçuş aparatları tərəfindən həyata […]

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb

Avqustun 21-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqədar 34, qanunsuz […]

BDYPİ piyadalara çağırış edib

Yol hərəkəti qaydalarına laqeyd yanaşmanın nəticəsi növbəti dəfə faciə ilə yekunlaşıb. Müəyyən olunmamış yerdən yolu keçməyə cəhd edən piyada və düzgün ara məsafəsi saxlamayan sürücünün məsuliyyətsiz davranışı insan həyatının itirilməsi ilə nəticələnib. Tezadlar.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bununla bağlı piyadalara çağırış edib. Bildirilib ki, hər bir hərəkət iştirakçısı unutmamalıdır ki, […]

Bərdədə pendir sexində nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Seyid Yusifli kəndində Sahib Müzəffər oğlu Qasımova məxsus pendir sexində plandankənar yoxlama aparıblar. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisənin südün bişirilmə sahəsinin döşəməsinin təmirsiz olduğu, təmizlik işlərinin həyata keçirilmədiyi, südün bişirilməsi sahəsindən mayalanma sahəsinə daşınmasında istifadə edilən boruların tələblərə uyğun […]

Tovuzda “Valeh” yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Tovuz rayonunun Əlimərdanlı kəndində yerləşən “Valeh” MMC-yə məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. FHN-in mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb. Belə ki, yanacaqdoldurma məntəqəsində istismar olunan iki […]

Tramp bu gün axşam bəyanatla çıxış edəcək

ABŞ prezidenti Donald Tramp Bakı vaxtı ilə saat 20:00-da Ağ Evin Oval kabinetində bəyanatla çıxış edəcək. Tezadlar.az xəbər verir ki, bu barədə “Roll Call” qəzeti Ağ Evin cədvəlinə istinadən məlumat yayıb. “Saat 12-də (Bakı vaxtı ilə 20:00 – RED.) prezident bəyanatla çıxış edəcək”, – məlumatda deyilir. Bəyanatın mövzusu dəqiqləşdirilməyib. Avqustun 21-də Tramp bildirib ki, iki […]

Ukrayna uzaqmənzilli pilotsuz təyyarələri artıq Rusiyanın “Şahed”ləri ilə eyni miqdarda istehsal edir

Eyni zamanda, Ukrayna pilotsuz təyyarəsi Rusiyadan xeyli ucuzdur Ukraynanın FP-1 uzaqmənzilli dronlarının istehsalının həcmi Rusiyadakı “Şahedlər”in istehsalının həcminə bərabər olub. Tezadlar.az xəbər verir ki, bu, “Defence Express”in müvafiq rəqəmləri təhlil etdikdən sonra gəldiyi qənaətdir. Mütəxəssislər qeyd edir ki, “Associated Press”-in bu yaxınlarda yaydığı xəbərdə Ukraynanın FP-1 uzun mənzilli pilotsuz təyyarəsinin ayda 3000 ədəd istehsal edildiyi […]

Laçında prokurorların beynəlxalq konfransı

Baş Prokurorluq Laçında “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans keçirir. Baş Prokurorluğun Mətbuat Xidmətindən “Təzadlar”a bildirilib ki, konfransda Baş prokuror Kamran Əliyev, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov və onun müavini Abduraxmon Xotambekov, Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa […]

Daha bir ölkə ABŞ-dan olan miqrantları qəbul etməyə razılıq verib

Uqanda ABŞ-dan deportasiya edilən qeyri-qanuni miqrantları müvəqqəti qəbul etməyə razılaşıb. Tezadlar.az bildirir ki, bu barədə Uqanda Xarici İşlər Nazirliyinin daimi katibi Vinsent Bajira sosial şəbəkədə məlumat verib. Diplomatın sözlərinə görə, Vaşinqtonla müvəqqəti razılaşma “Birləşmiş Ştatlarda sığınacaq tələb oluna bilməyən, lakin mənşə ölkələrinə qayıtmaq istəməyən və ya bununla bağlı narahatlığı olan üçüncü ölkə vətəndaşlarına” şamil ediləcək. […]

Sabirabadda yanğın törədən məsuliyyətə cəlb olunub

Avqustun 21-də Sabirabad rayonu Axıska kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Tezadlar.az-a bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Orxan Yordanidze tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb. Əməli törədən O.Yordanidze barəsində məsuliyyət tədbiri görülüb. RÖVŞANƏ

Şəkidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlanıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyasına qarşı əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Tezadlar.az-a bildirilib ki, tədbirlərlə Ağdam rayon sakini, 32 yaşlı Pərvin Məhərrəmzadə saxlanılıb. Onun rayonun Çolaqlı kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən çəkisi 50 kiloqram olan 33 ədəd […]

DİQQƏT! Bakının bu yollarında nəqliyyatın hərəkətində sıxlıq var

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Tezadlar.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir: Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində.

Qarabağ” “Ferensvaroş” oyununun biletləri artıq satışda!

 UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Ferensvaroş” (Macarıstan) oyununun biletləri avqustun 22-i saat 14:30-dan etibarən satışa çıxarılacaq. Tezadlar.az xatırladır ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 50, 100 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge […]

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfərə gəlib. Tezadlar.az xəbər verir ki, Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin ticarət üzrə müavini Nökərqulu Ataqulıyev və digər rəsmi şəxslər qarşıladılar.

Qərb Rusiya ilə danışıqlarda Trampın taktiki səhvini üzə çıxarıb

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün Rusiya ilə danışıqlarda dərhal atəşkəs əldə etməli idi. Tezadlar.az xəbər verir ki, bu sözləri “Politico” jurnalına müsahibəsində ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi və Amerika Xarici Əlaqələr Şurasının (CFR) fəxri prezidenti Riçard Haas deyib. “Mən hesab edirəm ki, atəşkəsi istisna etmək və birbaşa yekun statusa keçmək böyük taktiki […]

“Biz hər an müharibəyə hazır olmalıyıq, çünki…”

Prezident İlham Əliyev Kəlbəcərdə sakinlərlə götüşündə dedi: -Ölkəmizə ən müasir pilotsuz uçuş aparatları, yeni artilleriya sistemləri gətirilib. Yeni döyüş təyyarələrinin alınması ilə bağlı müqavilələr imzalanıb, mövcud olanlar tamamilə modernləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq, çünki dünyada hadisələrin gedişatı elədir ki, sabah nə olacağını proqnozlaşdırmaq mümkün deyil. Təhlükəsizliyimizin qarantı özümüz, dövlətimiz, xalqımız və Silahlı Qüvvələrimizdir. […]

Rusiya regionunda güclü zəlzələ baş verib

Kamçatkada güclü zəlzələ baş verib. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin Kamçatka bölməsi öz Telegram kanalında məlumat yayıb. Yeraltı təkanlar avqustun 22-də yerli vaxtla saat 9:37-də (Bakı vaxtı ilə 01:37) qeydə alınıb. Yeraltı təkanların maqnitudası 5,3-ə çatıb – seysmoloqlar bunu güclü zəlzələ hesab edirlər. Yeraltı təkanların […]

Çin Zelenskinin neytral təhlükəsizlik qarantlarından imtina etməsinin səbəbini belə açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenskinin Qərbi Avropa ölkələrinin xeyrinə neytral təhlükəsizlik qarantlarından imtina etməsi Zelenskinin Kiyevi alyans sisteminin bir hissəsi etmək istəməsi ilə bağlıdır. Tezadlar.az xəbər verir ki, bu səbəbi TASS-a müsahibəsində çinli siyasi ekspert Van Tsayban deyib. “Zelenskinin bu açıqlaması çox gülməli görünür. Sadəcə, bu, Zelenskinin müharibəni dərhal dayandırmaq və davamlı sülh yaratmaq istəmədiyini bildirir. […]

ABŞ Ukrayna danışıqlarına dair gizli məlumatların yayılmasını qadağan etdi

Vaşinqton administrasiyası ABŞ-nin kəşfiyyat dairələrinə Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı Moskva və Kiyevlə aparılan danışıqlarla bağlı “Beş Ggz” qərb alyansının üzvlərinə heç bir məlumat verməməyi əmr edib. Tezadlar.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb. Amerika rəsmiləri arasındakı mənbələrin məlumatına görə, ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Amerika kəşfiyyat agentliklərinə bu alyansın üzvlərinə […]

32 ildən sonra Xıdırlı kəndində…

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Tezadlar.az xəbər verir ki, bu gün Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb. Dövlət Qaçqınkom- dan “Təzadlar”a bildirilib ki, bu gün köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Sitat: “Bu mərhələdə Xıdırlı kəndinə […]

Ermənilərin daha bir vəhşiliyi məhkəmədə söylənildi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David […]

Keçmiş müdafiə nazirinin müavininin məhkəməsi təxirə salındı

Məhkəmə keçmiş müdafiə nazirinin müavini Timur İvanovun harada olması barədə məlumat verilmədiyi üçün onun iflas işi üzrə məhkəməni təxirə salıb. Tezadlar.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb. Agentliyin məlumatına görə, İvanovun vəkili Denis Baluev bildirib ki, onun müvəkkili Moskvanın “Lefortovo” SİZO-2-də saxlanılır. Lakin hakim təcridxanadan bu məlumatın təsdiqini gözləmək qərarına gəlib. İndi işə […]

Prezident Kəlbəcər sakinlərinə mənzillərin açarlarını təqdim etdi

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər. Tezadlar.az xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış etdi. Prezident İlham Əliyevin çıxışı -Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz! Bu gün sizin həyatınızda tarixi bir gündür. […]

ABŞ, Aİ və Ukrayna sülh danışıqlarını dəstəkləmək üçün “hərbi variantlar” hazırlayıb

ABŞ, NATO-nun bir neçə Avropa üzvü və Ukraynanın Baş Qərargah Rəisləri Avropada sülh danışıqlarını dəstəkləmək üçün “hərbi variantlar” hazırlayıblar. “Biz Avropada davamlı sülhün bərqərar edilməsinə yönəlmiş danışıqları dəstəkləmək üçün hərbi variantlar hazırlamışıq. Bu variantlar müvafiq baxılmaq üçün hər bir ölkənin milli təhlükəsizlik müşavirlərinə təqdim olunacaq”, – Tezadlar.az xəbər verir ki, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin […]

Elon Mask məhkəməyə çağırılıb

Texas məhkəməsi SpaceX və Tesla şirkətlərinin sahibi texnoloji maqnat İlon Maska prezident lotereyası ilə bağlı iş üzrə məhkəmə qarşısına çıxmağı əmr edib. Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Hakim Robert Pitmanın dediyinə görə, seçici Jaklin Makaferti iddiasında Mask və onun siyasi fəaliyyət komitəsi America PAC-ın 2024-cü il prezidentlik kampaniyasının sonunda “hədiyyə”nin bir […]

İsrail zolağına nəzarəti ələ keçirdikdən sonra Qəzza müharibəsi bitəcək – Netanyahu

Qəzzada hərbi əməliyyat İsrail Müdafiə Qüvvələrinin Fələstin anklavına nəzarəti ələ keçirməsindən sonra tezliklə başa çatacaq. Tezadlar.az xəbər verir ki, bunu “Sky News” telekanalına müsahibəsində İsrailin baş naziri Binyamin Netanyahu deyib. “Biz müharibənin sonuna yaxınlaşırıq – İran və onun etibarlı qüvvələrinin iştirak etdiyi yeddi cəbhədə müharibə”, – o deyib. Onun sözlərinə görə, HƏMAS hərəkatı ilə razılıq […]

Regionda həyata keçirilən layihələr Azərbaycanın mövqeyindən necə asılıdır?

“…Cənubi Qafqazı regional yox, beynəlxalq geosiyasi kontekstdə təhlil etmək daha məqsədəuyğundur. Çünki bu region qlobal siyasətin ayrılmaz hissəsidir və dünyada baş verən hadisələr birbaşa təsir göstərir. Hazırda beynəlxalq sistemdə supergüclərin – başda ABŞ olmaqla NATO bloku ilə Rusiyanın – qarşıdurması müşahidə olunur. Onun birinci episentri Ukrayna, ikinci episentri isə Cənubi Qafqazdır. 44 günlük Vətən müharibəsindən […]

Azərbaycan, Qazaxıstan və Gürcüstan birləşir

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) rəqəmsal həllərin tətbiqi ilə bağlı işlər aparılır. “Tezadlar” xəbər verir ki, bunu “Middle Corridor Multimodal Ltd.”nin İdarə heyətinin sədri Aybek Bijanov bildirib. Onun sözlərinə görə, “Middle Corridor Multimodal Ltd.” Orta Dəhlizdə vahid operator kimi çıxış etməyi planlaşdırır: “Bizim səhmdarlarımız Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəmir yollarıdır. Biz bütün marşrut […]

Prezident və birinci xanım Kəlbəcərdə yeni mənzil kompleksinin təməlqoyma mərasimində iştirak etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. “Tezadlar” xəbər verir ki, Azərbaycan Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev kompleksdə yaradılacaq şərait barədə dövlət başçısına və birinci xanıma məlumat verib. Bildirilib ki, bu yaşayış kompleksinin ərazisi 10 hektara yaxın olacaq. Buraya ümumilikdə […]

ABŞ-AB ticarət razılaşması: tərəflər əhəmiyyətli addım atır

Avropa İttifaqı ABŞ-dan 750 milyard dollar dəyərində mayeləşdirilmiş təbii qaz, neft və nüvə enerjisi məhsulları alacaq Avqustun 21-də Avropa İttifaqı və ABŞ qarşılıqlı, ədalətli və balanslaşdırılmış ticarət haqqında çərçivə sazişi üzrə razılığa gəldiklərini açıqlayıblar. Tezadlar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, Vaşinqton və Brüssel bu çərçivə sazişini […]

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda işlərin 87 faizi tamamlanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar. “Tezadlar” xəbər verir ki, dövlət başçısı bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına və birinci […]

Kəlbəcərdə 11 hektarlıq yeni park kompleksi inşa ediləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhər parkının təməlini qoyub. “Tezadlar” xəbər verir ki, şəhərin müfəssəl Baş planına uyğun olaraq layihələndiriləcək yeni park kompleksi təxminən 11 hektar ərazini əhatə edəcək. Bu sahənin təxminən 9 hektarında yaşıllıqlar salınacaq. Parkda rayonun ictimai və mədəni həyatında baş verən tədbirlərin təşkili üçün xüsusi zonalar, idman və sağlamlıq […]

İranda 409 kq zənginləşdirilmiş uranın yeri məlum deyil

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndələri gələn həftə Vaşinqtonda ABŞ rəsmiləri ilə İranda zənginləşdirilmiş uran məsələsi ilə bağlı danışıqlar aparacaq. “Tezadlar” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Danışıqların aparılmasına ehtiyac İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə zərbə endirməsindən sonra agentliyin İranda zənginləşdirilmiş uran ehtiyatlarını qiymətləndirə bilməməsi səbəbindən yaranıb. İsrail və ABŞ-nin bu […]

AYNA 36 müntəzəm avtobus marşrutunu tenderə çıxardı

Azərbaycanda 36 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır. Bu barədə “Tezadlar”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, Bakı-Gəncə, Bakı-Ağdaş, Bakı-Göyçay, Bakı-Qəbələ, Sumqayıt-Göyçay, Sumqayıt-Beyləqan, Gəncə-Saatlı, Mingəçevir-Salyan, Mingəçevir-Qəbələ, Mingəçevir-Bərdə və əks istiqamətə, Şəki-Qəbələ, İmişli-Sumqayıt, Gəncə-Qazax və əks istiqamətə, Gəncə-Şəmkir və əks istiqamətə, Gəncə-Goranboy və əks istiqamətə, Qarasuçu (Goranboy)-Gəncə, Səmədabad […]

Rusiya rəsmisi Qarabağ vandallığını unudub, Bakıya böhtan atır

Rusiyada Azərbaycana qarşı çirkin təbliğat maşının önündə gedənlər isterik formada yalan, dezinformasiya yaymaqda davam edir. Televiziya kanallarında, çap və onlayn mediada ölkəmizə qarşı böhtan və hədyanlar səngimir. Növbəti dəfə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy “dövriyyəyə” buraxılıb. Kreml onun dili ilə Azərbaycana qarşı hədyanlar yağdırıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, Şuşada […]

Rusiya PUA istehsalçısı iflas ərəfəsindədir

Son üç ayda Rusiyanın əsas pilotsuz uçuş aparatları istehsalçısı Kronstadt ASC borcun ödənilməsi ilə bağlı onlarla məhkəmə iddiası ilə üzləşib. Tezadlar.az-ın məlumatına görə, bu barədə “Cnews” Arbitraj Məhkəmələrinin məlumatlarına istinadən xəbər verir. Məbləğ baxımından ən böyük şikayətlər “İnnovativ Texnologiyalar və Materiallar” MMC (151,1 milyon rubl) və Müasir Telekommunikasiya Texnologiyaları Elmi-Tədqiqat İnstitutu ASC-dən (220,6 milyon rubl) […]

В Екатеринбурге дети мигрантов массово завалили тест по русскому. Им грозит депортация?

В Свердловской области дети мигрантов массово не могут поступить в школу — новое тестирование по русскому языку для многих оказалось непосильным. Что будет, если завалить экзамен несколько раз? Разбираемся в этом вопросе. Как сообщает по tezadlar.az со ссылкой e1.ru, данным спикера Госдумы Вячеслава Володина, в Свердловской области не справились с испытанием 53 из 66 детей, […]

Azərbaycanda internetə hücum: hardandır, bilən yoxdur…

Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub. Tezadlar.az bildirir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu barədə məlumat yayıb.  Məlumata görə, ölkəyə internet trafiki təqdim edən əsas “backbone” operatorlardan biri olan “Delta Telekom”a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ölkəmizdə internet xidmətlərinin […]

Məhkəmə restoran müğənnisi olan Rəqsanə ilə bağlı son qərarını verdi

Bu gün restoran və ya toy müğənnisi sayılan Rəqsanə İsmayılovanın barəsində olan həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib. Məhkəmə prosesində iştirak edən “Təzadlar” qəzetinin əməkdaşı Elçin Məmmədli xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Rəqsanənin şikayəti təmin edilməyib. R.İsmayılova barəsində birinci instansiya məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qüvvədə saxlanılıb. Qeyd […]

“Laçın şəhərində kanat yolu gələn il hazır olacaq…”

“Laçın şəhərində kanat yolu yəqin ki, gələn il hazır olacaq…” Tezadlar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə bildirib. “İkinci kanat yolu Xankəndi-Şuşadır, onun da təməlini qoyduq. Üçüncü kanat yolu isə Kəlbəcərdə olacaq”, – deyə dövlətimizin başçısı əlavə edib.

“Ermənilər həyat yoldaşımın başını kəsdilər”

Avqustun 21-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Rəhilə Hacıyeva ifadə verərək, 1992-ci ilin fevral ayında Xocalı soyqırımı zamanı ailə üzvləri ilə birlikdə girov götürüldüyünü deyib. Tezadlar.az xəbər verir ki, Rəhilə Hacıyeva əvvəllər Xankəndidə yaşadıqlarını bildirib. Qeyd edib ki, 1988-ci ildə Xankəndidə azərbaycanlılara qarşı təzyiqlər başlayanda məcbur olub Şuşaya, oradan da Xocalıya köçüblər. […]

Cennifer Lopez Brodveyin sehrini qaytarır: “Hörümçək qadının öpüşü” musiqili filminin treyleri yayımlandı

Filmin premyerası bu payızda olacaq “Roadside Attraksions” istehsal şirkəti “Hörümçək qadının öpüşü” adlı yeni musiqili filmin treylerini yayımlayıb. Filmdə əsas rolları Cennifer Lopez və Dieqo Luna ifa ediblər. Tezadlar.az xəbər verir ki, “People”-ın məlumatına görə, 56 yaşlı Lopez üçün bu, onun kino-muzikli janrında ilk rolu olacaq. O, eyni anda iki obrazı canlandıracaq: İnqrid Luna və […]

Moskva-Soçi reysi ilə uçan sərnişin təyyarənin göyərtəsində ölüb

56 yaşlı kişi Moskvadan Soçiyə uçarkən ölüb. Tezadlar.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb. Hadisə Ural Hava Yollarına məxsus təyyarənin göyərtəsində baş verib. Kişi özünü pis hiss edəndə ekipaj ona kömək etməyə başlayıb. Lakin sərnişin huşunu itirib və kapitan Mineralnıye Vodıya təcili eniş etmək qərarına gəlib. Yerli hava limanında təyyarəni təcili […]

Polşa Rusiyaya nota göndərəcək

Polşa Xarici İşlər Nazirliyi cümə axşamı günü Polşa ərazisində qəzaya uğrayan və partlayan pilotsuz təyyarə ilə bağlı Rusiyaya nota göndərəcək. Tezadlar.az RİA Novosti-yə xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyi cümə axşamı Polşa ərazisində qəzaya uğrayan və partlayan pilotsuz təyyarə ilə bağlı Rusiyaya rəsmi nota göndərəcək. Bunu RMF FM radiostansiyasının efirində xarici işlər nazirinin müavini […]

Ali Rada Bezuqlanı “işdən” çıxara bilmədi

Ukrayna Ali Radası fraksiya olmayan deputat Maryana Bezuqlanı sessiyadan kənarlaşdıra bilməyib. Tezadlar.az bildirir ki, bu barədə özünün Telegram kanalında “Səs”dən olan deputat Yaroslav Jeleznyak məlumat verib və Bezuqlanın niyə cəzalandırılacağını xatırladıb. “Parlament sessiyanın sonuna kimi Maryana Bezuqlanı sessiyadan kənarlaşdıra bilmədi. Nəzərinizə çatdırım ki, bu, onun açıq-aşkar antisosial davranışına və prosedur qaydalarını sistematik şəkildə pozmasına reaksiya […]

Kişinyov müxalifətin fəaliyyətini məhdudlaşdırmaq cəhdlərindən əl çəkmir

Qarşıdan gələn parlament seçkiləri fonunda Kişinyov müxalifət qüvvələrinin fəaliyyətini məhdudlaşdırmaq cəhdlərindən əl çəkmir. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova departamentin saytında dərc olunan şərhində bildirib. Diplomat qeyd edib ki, Moldova hakimiyyəti öz hakimiyyətlərini saxlamaq üçün istənilən antidemokratik addımlar atmağa hazırdır. Bunun üçün təkcə inzibati resurslardan deyil, həm […]

Zelenski Budapeştdə Putinlə görüş ehtimalını belə dəyərləndirib

Ukrayna prezidenti qeyd edib ki, Orbanın siyasəti Ukraynanı dəstəkləməyə qarşı yönəlib Ukrayna və Rusiya Federasiyası prezidentlərinin görüşünün yeri kimi neytral Avropa ölkələrindən birinin seçilməsi ədalətli olardı. Tezadlar.az xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı Ukrayna prezidenti Vladimir Zelenski deyib. “Çünki Ukraynada və Avropa qitəsində müharibə gedir. Dedim ki, razıyıq. İsveçrə, Avstriya – razıyıq. Türkiyə? Bizim […]

“Mənfur Minsk Qrupu son günlərini yaşayır…”

“Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir”. Tezadlar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə deyib. Dövlət başçısı vurğulayıb: “Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. […]

Qərb Putinin Zelenski ilə görüşünə münasibət öyrənib

Rusiya prezidenti Vladimir Putin çətin ki, Kiyevin başçısı Vladimir Zelenski ilə görüşə razılaşsın. Tezadlar.az xəbər verir ki, bu barədə “Washington Post” (WP) mənbələrə istinadən yazır. Yüksək rütbəli rus diplomatlarına yaxın rus aliminin fikrincə, Putin çətin qarşıdakı görüşə razılaşsın, çünki bu, Moskva tərəfindən Ukrayna hakimiyyətinin müəyyən qədər legitimləşdirilməsini təmin edəcək və bu, problemlər yaradacaq, – nəşrin […]

Hövsanda qətl törədən tutuldu

Avqustun 20-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Rasim Lariyonovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Suraxanı Rayon Prokurorluğundan Tezadlar.az-a verilən məlumata görə, ilkin araşdırmalarla 1975-ci il təvəllüdlü Emil Hüseynovun aralarında baş vermiş mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rasim Lariyonovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət […]

“Abşirin” su müəssisənin fəaliyyəti dayandırıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Abşeron rayonunun Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Sevda Nofel qızı Zeynalovaya məxsus içməli su istehsalı müəssisəsində 19 litrlik sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, bununla əlaqədar müəssisədə keçirilmiş plandankənar yoxlama zamanı temperaturun monitorinqi […]

Zelenski Ukraynanın “Flamingo” raketlərinin kütləvi istehsalını açıqlayıb

Prezident qeyd edir ki, bu raket proqramının maliyyələşdirilməsi vacibdir Ukraynanın “Flamingo” raketlərinin kütləvi istehsalına 2026-cı ilin əvvəlində başlanmalıdır. Tezadlar.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərin Ukraynanın “Flamingo” raket proqramının gedişi ilə bağlı suallarını cavablandırarkən deyib. O qeyd edib ki, artıq bu raketin uğurlu sınaqları olub. “Və indiyə qədər raket bizdə olan ən […]

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi sahəsində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Bu barədə Tezadlar.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, avqustun 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 qumbara, 1 alışdırıcı, 9 tüfəng, 1 patron darağı və 193 […]

ABŞ Ukraynanın təhlükəsizliyinin təmin edilməsində minimal rol oynamağa qərar verib

ABŞ Ukraynanın təhlükəsizliyinin təmin edilməsində minimal rol oynayacaq. Tezadlar.az “Politico”-ya istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Elbridge Kolbi deyib. “Böyük Britaniya, Fransa, Almaniya və Finlandiyanın müdafiə nazirliklərinin rəhbərləri ABŞ tərəfindən Ukraynaya Rusiya ilə sülh sazişinin əldə edilməsinə kömək etmək üçün hansı qoşun və təyyarələri təqdim etməyə hazır olduğu barədə […]

“Kahı” aparan nəqliyyat vasitəsindən külli miqdarda narkotik vasitə aşkar edildi

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, “Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına yenə də “kahı” yükü aparan nəqliyyat […]

Lvova hücum nəticəsində qurbanların sayı artıb

Bir nəfərin öldüyü, daha üç nəfərin yaralandığı təsdiqlənib Xəbər verdiyimiz kimi, avqustun 21-nə keçən gecə rus ordusu Lvova kütləvi hücum həyata keçirib. Ölənlər və yaralananlar var. Fövqəladə Hallar Dövlət Xidməti düşmənin zərbələrinin nəticələrini göstərib. Tezadlar.az UNİAN-a istinadən xəbər verir ki, hücumlar şəhərin bir neçə bölgəsində eyni anda bir neçə yerdə qeydə alınıb. Hücum nəticəsində fərdi […]

Fələstin Netanyahunu müharibəni uzatmaqda ittiham edir

Fələstin hakimiyyəti hesab edir ki, Benyamin Netanyahu bölgəni qəsdən müharibə vəziyyətində saxlayır, onun siyasi karyerası bitdikdən sonra qorxur. Fələstin prezidentinin müşaviri Mahmud Əl-Həbaş deyib ki, İsrailin baş naziri Binyamin Netanyahunun siyasi karyerası üçün nəticələrindən ehtiyat edərək, müharibəni qəsdən uzadır. Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Əl-Həbaş qeyd edib: “Mən Netanyahunun atəşkəs […]

AQTA Şəmkirdə baş verən hadisə ilə əlaqədar araşdırmalara başlayıb

Şəmkir rayonunda baş verən hadisə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “1003-Çağrı Mərkəzi”nə daxil olan məlumat əsasında agentliyin regional bölməsi tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, ilkin araşdırmalar nəticəsində hadisəyə Şəmkir-Qazax magistralında fəaliyyət göstərən, Bəxtiyar Abbas oğlu Əhmədova məxsus “Almalı” kafedən alınan dönər […]

Bu gün maqnit fırtınaları: 21 avqustda tufan olacaqmı?

Avqustun 19 və 20-də Yer kürəsində 6 ballıq maqnit qasırğası müşahidə olunub Bu gün, avqustun 21-də Yer kürəsində geomaqnit vəziyyəti normallaşıb. Avqustun 19 və 20-də müşahidə olunan iki günlük zəif maqnit qasırğasından sonra günəş küləyinin aktivliyi azalıb, maqnit sahəsi sabitləşib. Tezadlar.az xəbər verir ki, beynəlxalq proqnozlara görə, Kp-indeksi bu gün 2-3 səviyyəsində qalacaq və bu […]

FHN gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq avqustun 22-dək ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişərək güclü külək əsəcəyi, bəzi rayonlarda leysan xarakterli yağış yağacağı və şimşək çaxacağı proqnozlaşdırılır. Tezadlar.az xəbər verir ki, qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət […]

Tbilisi küçələrində tezliklə tramvay görünəcək: BƏS BAKIDA?

Tbilisidə yeni istifadəyə veriləcək müasir, Avropa standartlarına uyğun tramvay xətti Didi Diğomi yaşayış massivini “Didube” metro stansiyası ilə birləşdirəcək. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında qeyd edib. Merin sözlərinə görə, layihənin məqsədi Didi Diğomi yaşayış massivini yeni tramvay xətti vasitəsilə şəhərin müxtəlif rayonları ilə ən […]

Zəlimxan Yaqubun 75 illik yubileyi doğulduğu Kəpənəkçi kəndində qeyd ediləcək

…2025- ci ilin 23 avqust tarixində Kəpənəkçi kəndində Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, tədbir “Kəpənəkçi Xeyriyyə Cəmiyyəti”nin təşkilatçılığı ilə baş tutacaq. Məlumatda bildirilir ki, yubiley tədbiri 23 avqust saat 15:00-da Kəpənəkçi kəndində yerləşən “Tural” şadlıq sarayında keçiriləcək. Tədbirdı Azərbaycandan […]

Prezident Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış oldu

Bu gün avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar. Dövlətimizin başçısı bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma görülmüş […]

Meloni Ukrayna üçün “yüngül NATO” təklif edir – “Bloomberg”

Avropa liderləri İtaliyanın baş naziri Giorgia Meloni tərəfindən irəli sürülən Ukrayna üçün yeni təhlükəsizlik mexanizmini müzakirə edirlər. Plan Kiyevin müttəfiqlərinin Rusiyanın yenidən təcavüzü halında Ukraynaya hərbi və ya iqtisadi dəstək barədə 24 saat ərzində qərar verməli olmasını nəzərdə tutur. Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır. Təklif Alyansın kollektiv müdafiəsi prinsipinə bənzədiyi üçün “yüngül […]

Rusiyanın Lvova endirdiyi zərbə nəticəsində bir nəfər ölüb (foto)

Avqustun 21-nə keçən gecə ruslar Lvov şəhərinə raketlər və “Şahed”lərlə hücum edib. İlkin məlumata görə, zərbələr nəticəsində insanlar xəsarət alıb. Tezadlar.az bildirir ki, bu barədə mer Andrey Sadovıy Telegram kanalında məlumat verib. “Lvovda səs-küylü gecə. Düşmən “Şahed”lər və raketlərlə birgə hücum həyata keçirib. Yenə də bir ay əvvəl olduğu kimi, Olena Stepanovna küçəsinə hücum edilib. […]

Dönər Şəmkirdə 20 nəfəri xəstəxanalıq etdi

Ötən gün saat 18:30 radələrindən başlayaraq zəhərlənmə şübhəsilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb.  Bu barədə tezadlar.az- a TƏBİB-dən məlumat verilib. Zəhərlənənlərin 9-u azyaşlıdır. Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. 15 nəfər ambulator müalicə üçün evə buraxılıb. 5 nəfərin müalicəsi xəstəxanada davam etdirilir. […]

Rusiya bölgələri üzərində Ukraynanın 49 pilotsuz təyyarəsi vurulub

Hava Hücumundan Müdafiə Qoşunları bir gecədə Rusiya regionları və Qara dəniz üzərində Ukraynaya məxsus 49 pilotsuz uçan aparatı məhv edib. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus təyyarə tipli 49 pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib: Rostov vilayəti ərazisi üzərində […]

Rusiya və Ukrayna danışıqlarındakı şok detallar…

Rusiya və Ukraynanın danışıqlardakı konkret detallarla bağlı ABŞ administrasiyası ciddi təhlillərə başlayıb. Tezadlar.az Reuters- ə istinadla bildirir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində belə deyib: “Nəhayət, detalları əldə etdik. Onların üzərində işləyirik, amma hələ hər şeyi sonadək qərarlaşdırmamışıq. Çünki tərəflər son varianta razılaşdırılmalıdır. Məsələ belədir: Ukrayna əmi olmaq istəyir ki, Rusiya […]

Qadın güləşçikiz Ruzanna Məmmədova dünya çempionatının finalında

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında finala yüksəlib. “Tezadlar” xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilir ki, 62 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda türkiyəli Büşra Efeyə tam üstünlüklə qalib gəlib. R. Məmmədova həlledici qarşılaşmada çinli Yanqjen Yanqjenlə üz-üzə gələcək. Görüş sabah keçiriləcək.

5 ay əvvəl itkin düşən gəncin qətlinin təfərrüatları

Ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədilə Baş Prokurorluq tərəfindən kompleks tədbirləri həyata keçirilir. Baş Prokurorluğun Mətbuat Xidmətindən “Tezadlar”a bildirilib ki, həyata keçirilən tədbirlərin davamı olaraq, 5 ay əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi faktı müəyyən olunub. Belə ki, Qazax rayonunun Aşağı Salahlı kənd sakini, 2000-ci […]

“Mançester Siti” Riko Luislə müqaviləni 2030-cu ilə qədər uzadır

İngiltərənin “Mançester Siti” klubu müdafiəçisi Riko Luislə müqavilə müddətini uzadacaq. “Tezadlar” xəbər verir ki, 20 yaşlı futbolçunun yeni sözləşməsi 2030-cu ilə qədər nəzərdə tutulub. Mənbənin məlumatına görə, hazırkı müqaviləsi 2028-ci ilə qədər olan oyunçu “şəhərlilər”dən ayrılmaq istəmədiyini bildirib. Qeyd edək ki, Riko Luis “Mançester Siti”nin yetirməsidir və 2022-ci ildən bu klubda çıxış edir. O, ötən […]

Olimpiya çempionlarının imzalı açıqcaları da hərraca çıxarıldı

Azərbaycanda 3 medal satışa çıxarılıb. “Tezadlar” xəbər verir ki, “Antik Hərrac” səhifəsində materialı latun və metaldan olan 3 ədəd – 94.73, 94.71 və 104.90 qramlıq medallar hərraca qoyulub. Hərracın ilkin qiyməti kimi 10 manat müəyyən edilib. Dünən hərraca çıxarılan medalları almaq istəyənlər üçün bu gün saat 23:00-da vaxt başa çatır. Məsələni araşdırmaq qərarına gəldik. Məlum […]

“CBC Sport” “Fənərbaxça” – “Benfika” oyununu yayımlamayacaq

“CBC Sport” kanalı bu gün keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsində baş tutacaq “Fənərbaxça” – “Benfika” görüşünün ilk matçını yayımlamayacaq. “Tezadlar” xəbər verir ki, bu barədə telekanal məlumat yayıb. “Yayımın baş tutmaması bizdən asılı olmayan texniki səbəblərlə bağlıdır. Oyunun yayımlanması üçün maksimum səylər göstərilsə də, təəssüf ki, mümkün olmadı. Anlayışınıza görə təşəkkür edirik!”, – deyə […]

Zəngəzur dəhlizinin yeni adı açıqlandı

SSRİ-nin dağılmasından bəri andlı düşmən olan iki keçmiş sovet respublikası – Azərbaycan və Ermənistan gözlənilmədən barışmaq ərəfəsindədir. Tezadlar.az xəbər verir ki, bu barədə “The Washington Diplomat” yazıb. ABŞ nəşri bildirib ki, iki ölkə uzun sürən müharibədən sonra qan tökülməsinə birdəfəlik son qoymaq qərarına gəlib: “Həm Ermənistan, həm də Azərbaycan daha işıqlı gələcək naminə keçmiş faciələrinə […]

Selçuk Bayraktar 2,7 milyard lirə vergi ödəyərək reytinqin zirvəsinə yüksəldi

2024-cü il üçün Türkiyənin ən böyük gəlir vergi ödəyiciləri siyahısına “Baykar” şirkətinin baş direktoru Selçuk Bayraktar başçılıq edir. “Tezadlar” xəbər verir ki, S.Bayraktar ötən il dövlət xəzinəsinə 2 milyard 767 milyon 587 min lirə vergi ödəyib. Reytinqdə ikinci yerdə dövlətə 2 milyard 528 milyon 619 min lirə vergi köçürən “Baykar”ın digər təmsilçisi, şirkətin baş direktoru […]

Pentaqon Çinlə münaqişə ehtimalına qarşı dəniz dronları hazırlayır

Pentaqon Çinlə silahlı münaqişə baş verəcəyi təqdirdə istifadə etməyi düşündüyü dəniz pilotsuz vasitələrinin donanmasının hazırlığını görür. “Tezadlar” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Prototiplər Kaliforniya sahillərində Sakit Okeanda sınaqdan keçirilib. Sınaqlar zamanı gəmilərdən biri proqram təminatındakı xəta ucbatından dayanaraq drift edib, bundan sonra digər pilotsuz qayıq yüksək sürətlə ona çırpılıb. Pilotsuz suüstü gəmilərin […]

Arvadını zorlayan kişi 13 manat cərimələndi

Ukraynanın Xarkov vilayətində arvadını cinsi əlaqəyə məcbur edən kişi 340 qrivna (təxminən 13 manat) cərimə olunub. Tezadlar.az yerli mediaya istinadla bildirir ki, bu barədə Lozova şəhər-rayon məhkəməsinin qərarında bildirilir. Məhkəmənin məlumatına görə, kişi 2025-ci il avqustun 6-da arvadı istəməsə də, onu məcbur edərək cinsi əlaqədə olub.   Zərərçəkmiş polisə müraciət edib və hüquq-mühafizə orqanları müvafiq protokol […]

Polis kanalın saxta rəhbərini inzibati qaydada cəzalandırdı

İnstaqramda özünü “Hülya” TV-nin rəhbəri kimi təqdim edən Səxavət Hüseynov polisin həyata keçirdiyi tədbirlər nəticəsində saxlanılıb. Tezadlar.az-ın əldə etdiyi məlumata görə, məhkəmənin qərarı ilə S.Hüseynova inzibati qaydada 20 sutka həbs cəzası təyin edilib. Qeyd edək ki, Səxavət Hüseynov barəsində Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmmədin şikayəti əsasında Nəsimi Polis İdarəsində araşdırma aparılıb. R.Məmməd bu […]

Makron atəşkəs və humanitar yardım çağırışı etdi

Fransa prezidenti Emmanuel Makron bildirib ki, İsrailin Qəzza zolağına hərbi hücumu fəlakətlə nəticələnə və bölgəni daimi müharibəyə sürükləyə bilər. “Tezadlar”ın xəbərinə görə, bu barədə o, “X” sosial şəbəkəsində bildirib. “Mən indicə İordaniya Kralı II Abdulla, sonra isə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə danışdım. Biz eyni qənaətdəyik: İsrail tərəfdən hazırlığı gedən Qəzzaya hərbi hücum yalnız iki […]

Evdə zərərvericiləri cəlb edən gündəlik əşyalar – siyahı

Payız yaxınlaşdıqca gəmiricilər qışı keçirmək üçün isti yer axtarırlar. Evinizi arzuolunmaz qonaqlardan qorumaq üçün onları cəlb edə biləcək hər şeyi əvvəlcədən təmizləmək lazımdır. Tezadlar.az-ın məlumatına görə, mütəxəssislər qeyd edirlər ki, insanlar gündəlik istifadə əşyalarının zərərvericilər üçün necə “maqnitə” çevrilə biləcəyini çox vaxt dərk etmirlər. Onların sözlərinə görə, siçanlar və siçovullar əsasən üç şey axtarırlar: •   […]

Bir neçə rayonda qaz verilişi müvəqqəti dayandırılır

20:02 Ordubad rayonunun bəzi kəndlərində yeni qaz tənzimləyici quraşdırılması ilə bağlı qaz təchizatı dayandırılacaq. Tezadlar.az xəbər verir ki, Ordubad şəhərinin Üçtürləngə küçəsində, Ordubad rayonunun Anabat, Gənzə, Aşağı Əndəmic, Yuxarı Əndəmic və Nüs-Nüs kəndlərində( 917 abonent) 21.08.2025 tarixdə saat 11:00-dən saat 12:00-dək, Ordubad şəhərinin C.Hüseynov küçəsində (85 abonent) saat 11:00-dən saat 13:00-dək qaz təchizatında müvəqqəti fasilə […]

Ən həssas yaş qrupu 30–39 yaşlılardır – risk 5 dəfə artır

Danimarkalı kardioloqlar müəyyən ediblər ki, antidepressantların uzunmüddətli qəbulu qəfil ürək dayanması riskini xeyli artırır. Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, EHRA 2025 konqresində təqdim edilən araşdırmaya görə, psixi xəstəlikləri olan insanlarda qəfil ölüm halları ümumi əhali ilə müqayisədə iki dəfə çox müşahidə olunur və çox vaxt simptomların başlamasından bir saat ərzində baş verir. Mütəxəssislər 2010-cu […]

Hollandiya Polşanın müdafiəsini gücləndirir

Niderland Polşanı hava hücumundan müdafiə (HHM) sistemləri ilə təmin edəcək və 300 hərbçisini ölkədə yerləşdirəcək. “Tezadlar” xəbər verir ki, bu barədə krallığın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans bildirib. “Niderland Polşanı HHM sistemləri ilə təmin edəcək. “Patriot” batareyaları, NASAMS, dron əleyhinə sistemlər və 300 hərbçi kontingenti ilə biz onlara NATO ərazisini qorumaq və Ukraynanı dəstəkləmək […]

Hansı tərəvəzlər dondurula bilər, hansılar olmaz?

Yay mövsümü təzə tərəvəzlərin ən bol və vitaminlərlə zəngin olduğu vaxtdır. Qışda da bu nemətlərdən faydalanmaq üçün evdar xanımlar indi dondurma üsuluna əl atırlar. Dondurmaq sadəcə məhsulu saxlama üsulu deyil, həm də vitaminləri, dadı və iyini qorumağın incə sənətidir.  Dondurma prosesində ilk addım tərəvəzlərin seçilməsidir. Yalnız təzə məhsullar istifadə edilməlidir. Çox yetişmiş tərəvəzlər dondurulduqdan sonra […]

Cəlilabadda evdən 21 yaşlı gəncin meyiti tapıldı

Cəlilabadda evdən gənc oğlanın meyiti tapılıb. Tezadlar.az-ın məlumatına görə, hadisə şəhərin Cavadxan küçəsində baş verib. 21 yaşlı Abışov Murad Rəşad oğlu burada qohumuna məxsus evdə ölü halda aşkar edilib. Mərhumun hansı səbəblə öldüyü bilinmir. Araşdırma aparılır.

Kolumbiyalı müdafiəçi 8 milyon avroya Rusiyaya gedir

Rusiyanın “Spartak” klubu “Qalatasaray” ilə müdafiəçi Karlos Kuestanın transferi barədə razılığa gəlib. Tezadlar.az xəbər verir ki, transferin məbləği 8 milyon avro təşkil edəcək. Avqustun 21-də 26 yaşlı kolumbiyalı futbolçu Rusiyaya yola düşəcək və tibbi müayinədən keçəcək. Kuesta 2025-ci ilin fevral ayından “Qalatasaray”da çıxış edir. Bu müddət ərzində müdafiəçi bütün turnirlərdə 9 oyuna çıxıb və məhsuldar hərəkətlərlə […]

“Elastik” zavodunda faciə: onlarla insan həyatını itirdi

Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı “Elastik” zavodunda barıt sexində baş verən yanğın və partlayış nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb. “Tezadlar” xəbər verir ki, bu barədə regional əməliyyat qərargahı məlumat yayıb. Məlumata görə, 30 nəfər (Ryazanda 15, Moskvanın tibb mərkəzlərində 15) stasionar, 109 xəstə isə ambulator müalicə alır. Meyitlərin kimə məxsus olması ilə bağlı araşdırmalar davam […]

Estoniya Ukraynaya hərbçi göndərməyə hazırdır

Estoniyanın Baş naziri Kristen Mixal “Könüllülər Koalisiyası” tərkibində Ukraynaya bir bölük hərbçilər göndərməyə hazır olduğunu bildirib. Bu barədə “Tezadlar” “Postimees” nəşrinə istinadən xəbər verir. Baş nazirin sözlərinə görə, bu qərar Kiyev üçün təhlükəsizlik zəmanətlərinə həsr olunmuş Avropa liderlərinin müzakirələrinin nəticəsi olub. Lakin K.Mixal qeyd edib ki, Estoniya hərbçilərinin göndərilməsinin konkret detallarını hələ müzakirə etmək tezdir. O, son […]

Ukraynanı xilas etmək üçün Zelenski Avropa ilə əlaqəsini kəsməli olacaq

Ukrayna böhranının gözlənilməz dönüşündə paradoksal geosiyasi dilemma ön plana çıxır: Ukrayna üçün sülh yalnız onun avropalı himayədarları ilə fasilədən sonra mümkündür. Xorvatiyanın “Advance” nəşrinin təhlilinə əsasən, xəyali həmrəylik şüarları altında Kiyevi strateji intihara sövq etməkdə davam edərək, sülh sazişinin bağlanmasına əsas maneəyə çevrilən Aİ siyasətçiləri olub. Donald Tramp fiqurunun bütün ziddiyyətlərinə baxmayaraq, münaqişəyə son qoymaq […]

Bakı sammitinin nəticələri Daşkənddə müzakirə olundu

Özbəkistan xarici işlər nazirinin müavini Bobur Usmanov Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyev ilə görüşüb. “Tezadlar” Özbəkistan XİN-ə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Bakıdakı sammitinin nəticələri üzrə razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. “Əsas diqqət bu ilin iyul ayının əvvəlində Bakı şəhərində keçirilmiş Özbəkistan-Azərbaycan sammitinin nəticələri üzrə əldə edilmiş razılaşmaların həyata keçirilməsi gedişatının nəzərdən keçirilməsinə […]

Appendiksdən quyruq sümüyünə qədər – yoxa çıxacaq orqanlar

Alimlər xəbərdarlıq ediblər ki, gələcəkdə insanlar saçsız qala və müasir həyat tərzi səbəbindən dörd bədən hissəsini itirə bilərlər. Tezadlar.az xəbər verir ki, qidalanmadakı, texnologiyadakı və ətraf mühitdəki dəyişikliklər min illər ərzində bu radikal təkamül dəyişikliklərinə səbəb ola bilər. Bir vaxtlar sağ qalmaq üçün vacib olan əlamətlər məsələn, bədən tükləri və ya bəzi orqanlar artıq insan […]

Donetsk vilayətində bazara raket zərbəsi endirildi

Avqustun 20-də Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətindəki Konstantinovka bazarına raket zərbələri endirib, nəticədə 3 nəfər ölüb, 4 nəfər yaralanıb. “Tezadlar” xəbər verir ki, bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının (VHA) rəhbəri Vadim Filaşkin özünün teleqram kanalında məlumat verib. “Konstantinovkaya endirilən zərbələr nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Ruslar şəhərə səkkiz “Smerç” raketi atıblar, qəsdən […]

Qriqoryan və Overçuk: Regional blokadaların aradan qaldırılması vacibdir

Ermənistan və Rusiya baş nazirlərinin müavinləri Mher Qriqoryan və Aleksey Overçuk regional kommunikasiyaların blokdan çıxarılması məsələlərini müzakirə ediblər. “Tezadlar” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Onlar ərazi bütövlüyü, suverenlik, ölkələrin yurisdiksiyası və qarşılıqlılıq prinsiplərinə tam əməl olunması çərçivəsində regional kommunikasiyaların blokdan çıxarılmasının vacibliyini vurğulayıblar. Qeyd olunur ki, baş nazirin müavinləri, Ermənistan […]

Paris-2024 qalibi idman həyatına nöqtə qoydu

Paris-2024 Yay Olimpiya Oyunlarında qadınlar arasında keçirilən boks yarışının qalibi olan əlcəzairli İman Xelif karyerasını başa vurub. “Tezadlar” xəbər verir ki, bu barədə “Nice Matin” portalına idmançının meneceri Nasser Yesfakh məlumat verib. O, Olimpiya çempionunun Əlcəzairdə fərdi məşqlər etdiyini, lakin boksla məşğul olmadığını deyib. Qeyd edək ki, Paris-2024-də keçirilən boks yarışında italiyalı idmançı Anjela Karin İman […]

Hövsanda münaqişə qanla bitdi – bir nəfər qətlə yetirildi

Suraxanı rayonunda qətl hadisəsi baş verib. “Tezadlar” xəbər verir ki, avqustun 20-də saat 18 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində 31 yaşlı Rasim Lariyonov münaqişə zəminində bıçaqla qətlə yetirilib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini 47 yaşlı Emil Hüseynov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Instagram ulduzu təsadüfi güllənin qurbanı oldu

ABŞ-ın Arizona ştatının Qlendeyl şəhərində 27 yaşlı bloger Yareli Eşli Ermosilyo qətlə yetirilib. O, təsadüfən iki sürücü arasında baş verən münaqişənin mərkəzində qalıb. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, hadisə onun əri və 4 yaşlı oğlunun gözü qarşısında baş verib. Məşhur bloger, Instagram-da 144 mindən çox izləyicisi olan Yareli Eşli Ermosilyo başından güllə yarası alaraq həlak […]

Xoşqədəm Hidayətqızı: “Yalanını tutduğum adam bitir”

Aparıcı Xoşqədəm Hidayətqızı işdən çıxartdığı əməkdaşından danışıb. Tezadlar.az xəbər verir ki, aparıcı bu haqda “Səni axtarıram”da danışıb. O, sözlərinə belə davam edib: “Qəzetdə çalışırdım. Bir nəfəri işdən çıxartdım. Hamı düşünür ki, Xoşqədəmin yanında çalışır, onun kimidir. Mənim üçün dürüst olacaqsan. Bunu itirən, yalanını tutduğum adam bitir. Onu çıxartmışam. Ən yaxın dostum düşünüb ki, Xoşqədəmin yanında […]

Yeni dəmiryolu Türkiyənin logistika gücünü artıracaq

Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi avqustun 22-də keçiriləcək. “Tezadlar” xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib. Nazirin sözlərinə əsasən, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Pekindən Londona qədər davam edən şərq-qərb xətti daha məhsuldar şəkildə fəaliyyət göstərəcək. A.Uraloğlu bu xəttin Türkiyənin logistika qabiliyyətini artıracağını və Asiyaya gedən ticarət marşrutlarında […]

“Ölüm, məni hədələmə ölümlə”

 Məmməd İsmayıl: “Vəzifədə işləyəndə dostlarım arasında yeganə adam Elçin idi ki,  gəlib demədi mənə də vəzifə ver, yeyək, dağıdaq, gəlib dedi ki, burada işləmə, istefa ver və gedib şairliyinlə məşğul ol”.  2025-ci ilin 19 avqust səhəri üzücü xəbərə başladı. Azərbaycan ədəbiyyatının canlı klassiklərindən biri, Türk dünyasının tanınmış şairi, milyonların sevimlisi, 40 ildir dostluq etdiyim, ustad […]

Bakıda müəmmalı ölüm: kişi həyətində ölü tapıldı

Bakıda evin həyətində kişi meyiti tapılıb. Tezadlar.az xəbər verir ki, hadisə Qaradağ rayonu Ələt qəsəbəsi, Şıxlar massivində qeydə alınıb. 59 yaşlı Niftaliyev Arif Qaraxan oğlu yaşadığı evin həyətində ölü halda tapılıb. Mərhumun hansı səbəblə öldüyü bilinmir. Araşdırma aparılır.

Dəniz kənarında özünü evdəki kimi hiss edən bürclər – 4 əlamət

Astroloqlar dəniz kənarında özünü evdəki kimi hiss edən bürcün dörd əlamətini açıqlayıblar.  Tezadlar.az-ın xəbərinə görə, günəş, çimərlik və dalğaların səsi onlara enerji və ilham verir. Məhz su kənarında tətildə olan bu insanlar öz xarakterini, cazibəsini və daxili harmoniyasını tam şəkildə ortaya qoyurlar. Buğa Buğa rahatlığı, estetikanı və həzzi yüksək qiymətləndirir – dənizkənarı tətilin nə verə […]

MİQ müsahibələrinin ilk gününə 872 namizəd dəvət olunub

Avqustun 20-də rus dili və ədəbiyyatı, ingilis dili, alman dili, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, biologiya, fizika və coğrafiya fənləri üzrə müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı müsahibələr təşkil olunub. Bu barədə “Tezadlar”a Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsahibələrin ilk gününə 872 nəfər dəvət olunub. Xatırladaq ki, namizədlər şəxsi səhifələrində qeyd […]

Özbəkistan lideri Əliyevi tarixi uğura görə təbrik etdi

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. “Tezadlar” xəbər verir ki, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu, dəyərli Qardaşım, Sizin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqton şəhərində imzaladığınız Birgə Bəyannamə barədə xəbəri böyük məmnuniyyətlə qarşıladım. Bu sənədi, ilk növbədə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və […]

Qənaəti vərdişə çevirmək üçün 10 effektiv üsul

Mütəxəssislər pul yığımına münasibəti dəyişə biləcək qaydaları açıqlayıblar. Tezadlar.az xəbər verir ki, müasir, sürətlə dəyişən dünyada kənara pul qoymaq həqiqətən də asan deyil. Lakin maliyyə vərdişlərimizin arxasında duran psixoloji mexanizmləri başa düşsək, elə bir davranış tərzi formalaşdırmaq olar ki, yığım prosesi təbii, rahat və hətta zövqverici olsun. Pul yığımına münasibəti dəyişə biləcək on psixoloji yanaşmadan ikisi belədir: 1. Mental mühasibatlıq Biz […]

MN USQ-nin təxribat əməliyyatı keçirmək cəhdinin qarşısının alınmasını nümayiş etdirib

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Krım sahilləri yaxınlığında təxribat əməliyyatı həyata keçirmək cəhdinin qarşısının alınmasının videosunu nümayiş etdirib. Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, yayımlanan görüntülərdə Ukraynaya məxsus desant gəmisi əks olunub. O, Zala kəşfiyyat pilotsuz uçuş aparatının ekipajı tərəfindən hədəfə alınıb. Sonra qayığa “Lancet” sursatı vurulur. Gəmi Krım sahillərindən 72 kilometr aralıda […]

Vətəndaşlara 1, 2 və 3 otaqlı yeni mənzillər təqdim olunur – aylıq ödənişlər açıqlandı

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən yaşayış kompleksində 256 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir. “Tezadlar” xəbər verir ki, bu barədə  İKZF-dən bildirilib. Məlumata görə, yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 597 manatdan başlayır. Yeni mənzillər seçim üçün 27.08.2025-ci il […]

“Bakı Metropoliteni” QSC-də rəhbərlik dəyişiklikləri edildi

“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurası yenidən formalaşdırılıb. “Tezadlar” xəbər verir ki, Şuraya sədrlik Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) icraçı direktoru Şahin Babayevə həvalə olunub. Şuranın üzvləri isə “AZCON Holding”in icraçı direktorunun müavini Vüqar Mirzəzadə və holdinqin baş maliyyə inzibatçısı – Maliyyə departamentinin direktoru Taylan Tekeli seçiliblər.

Fələstin ilk dəfə dünya gözəllik müsabiqəsinə qatılır

Fələstin ilk dəfə “Miss Universe 2025” müsabiqəsində təmsil olunacaq. “Tezadlar” xəbər verir ki, Fələstini təmsil edəcək ilk qadın 27 yaşlı Nadeen Ayoubdur. O bu barədə öz instaqram hesabında məlumat paylaşıb. 2022-ci ildə “Miss Palestine” seçilən Ayoub 130-dan çox ölkə təmsilçiləri ilə eyni səhnəni paylaşacaq. Qeyd edək ki, noyabrın 21-də Tailandın paytaxtı Banqkokda 74-cü “Miss Universe” müsabiqəsinin finalı […]

Vəkil Adəm Məmmədov 6 ay həbs cəzasına görə peşədən uzaqlaşdırıldı

Azərbaycanda bir vəkilin fəaliyyətinə xitam verilib, altısına xəbərdarlıq olunub. “Tezadlar” xəbər verir ki, bununla bağlı Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Yığıncaqda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə altı vəkilə xəbərdarlıq edilib, bir vəkilə töhmət verilib, beş vəkilə irad tutulub.Bundan başqa, məhkəmənin qanuni qüvvəyə […]

Гарантии безопасности Украины должны обеспечивать РФ, США, Британия, Франция и Китай

Глава МИД РФ Сергей Лавров заявил, Россия согласна с тем, что гарантии безопасности Украины должны на равной основе обеспечивать США, Великобритания, Франция и Китай. Как сообщает tezadlar.az, источник: Лавров, которого цитирует пропагандистское издание РФ “РИА “Новости” Детали: По мнению главы внешнеполитического ведомства, Россия также должна была бы обеспечивать эти гарантии. “Более того, обсуждать какие-либо вопросы […]

Merz az qala AB liderlərinin Trampla görüşünü pozmuşdu

Almaniya kansleri Fridrix Merz Aİ liderləri və ABŞ prezidenti Donald Trampın Vladimir Zelenski ilə görüşündə az qala diplomatik qalmaqala səbəb olub. Tezadlar.az xəbər verir ki, bu barədə çərşənbə axşamı “New York Times” öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Avropa liderləri Amerika lideri ilə fikir ayrılıqlarından qaçmağa çalışsalar da, Merz Rusiya prezidenti Vladimir Putin və […]

Rəqsanə İsmayılovanın işi üzrə yeni iddia: “Pulumuzu qaytarmadı” – VİDEO

1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılovanın işi üzrə zərərçəkmiş Məşədiəli Nağıyevin kürəkəni açıqlama yayıb. “Tezadlar” xəbər verir ki, Gündüz Məmmədov açıqlamasında Rəqsanəyə qardaşı ilə birgə pul verdiyini deyib. G.Məmmədovun sözlərinə görə, müğənnidən əlavə, bu məsələdə həyat yoldaşı Fazil Əmiraslanov da rol oynayıb: “2022-ci ildə qayınatamın vətəndaşlığının bərpası ilə bağlı problemi yaranmışdı. Rəqsanə və həyat […]

Россияне распространяют абсурдный фейк о “1,7 млн погибших и пропавших бойцов ВСУ”

Информация о якобы “1,7 миллиона погибших и пропавших украинских военных” за время полномасштабного вторжения России в Украину является фейком российской пропаганды. Как сообщает tezadlar.az, источник: Центр противодействия дезинформации при СНБО. Цитаты: “Подконтрольные Кремлю пропагандистские ресурсы распространяют заявления, якобы российские хакеры взломали базу данных Генштаба ВСУ и получили информацию о “1,7 миллиона погибших и пропавших украинских […]

49 yaşlı qadın döyülərək öldürülüb – şübhəli saxlanılıb

Rusiyanın Leninqrad vilayətində polis zorakılıq əlamətləri olan 49 yaşlı qadının cəsədini aşkarlayıb. Tezadlar.az bildirir ki, hadisə Qatçina rayonunun Novıy Svet qəsəbəsində baş verib. Qeyd olunur ki, meyit artıq çürümə mərhələsində olub. Hadisə barədə məlumat polisə avqustun 19-u səhər saatlarında yerli sakin tərəfindən verilib. O, qonşusunun arvadını öldürdüyünü bildirib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları mənzildə […]

Zelenski–Putin görüşü mümkün görünür

Ukrayna Prezidenti Zelenski ilə Rusiya Prezidenti Putin arasında Macarıstanda görüş keçirilə bilər. Tezadlar.az xəbər verir ki, Ağ Ev mənbələrinin bildirdiyinə görə, Kremlin rəsmi razılığı olmasa da, bu ehtimal mövcuddur. Almaniya kansleri Olaf Şolts görüşün növbəti iki həftə ərzində baş tutacağını deyib. ABŞ Prezidenti Tramp da Putinə zəng edərək görüşlə bağlı danışıqların başladığını açıqlayıb. Planlarda üçtərəfli […]

Gürcüstan parlamenti: Aİ Rusiyadan eskalasiya tələb etməməlidir

Avropa Birliyi Gürcüstandan sülh layihəsi olmaq istəyirsə, Rusiya ilə münasibətləri korlamasını tələb etməməlidir. Tezadlar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib. “Bir daha izah edəcəyəm. Əgər sülh layihəsi olmaq istəyirsinizsə, müharibənin ortasında üç müharibədən keçmiş ölkədən Rusiya ilə eskalasiya tələb etməməlisiniz, Brüssel də bunu etdi”, – Papuaşvili Facebook-da yazıb. Papuaşvili qeyd edib […]

XƏBƏRDARLIQ: Küləkli havaya hazır olun ki…

Avqustun 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bu barədə tezadlar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilir ki, Bakıda və Abşeron yarımadasında, Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Qobustan, Neftçala, Cəlilabad, Mingəçevir, Yevlax, Tərtər, […]

Prezident və xanımı Hacıkənddə -FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də “Hacıkənd” İstirahət Kompleksinin tikintisi ilə tanış olublar. Tezadlar.az xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına və birinci xanıma görülən, həmçinin həyata keçiriləcək işlər barədə məlumat verib. Bildirilib ki, Gəncə şəhərinin Hacıkənd qəsəbəsi və Göygöl rayonunun Bənövşəli kəndinin ərazisini əhatə edən Kompleksin […]

İngiltərə gözlənilmədən Alyaska sammitindən danışdı – SƏBƏB

Vladimir Putin və Donald Tramp arasında Alyaskada keçirilən sammit də daxil olmaqla, bir sıra beynəlxalq sammitlərdən sonra Ukraynada sülh daha da yaxınlaşıb. Tezadlar.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzetinə istinadən Böyük Britaniyanın təhlükəsizlik naziri Den Jarvis bildirib. “Düşünürəm ki, Alyaska sammiti işləri irəli aparmaq üçün çox faydalı oldu. Məncə, bu, əsas məqamdır. Biz […]

Roma Papası Ukraynada sülh üçün dua etməyə çağırıb

Roma Papası XIV Leo katoliklərdən və digər dindarlardan 22 avqustu oruc tutmaq və Ukraynada və müharibənin davam etdiyi digər ölkələrdə sülh üçün dua etməklə keçirməyi xahiş edib. Tezadlar.az bu barədə “The Guardian”a istinadən xəbər verir. “Müqəddəs Torpaqda, Ukraynada və bir çox başqa bölgələrdə torpaqlarımız müharibələrdən əziyyət çəkməyə davam etdiyi üçün… Mən bütün möminləri avqustun 22-ni […]

Rusiya Ukrayna ilə danışıqlarda nümayəndə heyətlərinin səviyyəsini yüksəltməyi təklif edib

Rusiya Ukrayna ilə danışıqlarda nümayəndə heyətlərinin başçılarının səviyyəsini yüksəltməyi təklif edib. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib. “Dünən prezident (ABŞ) Trampla telefon danışığından sonra bizim prezidentimiz (Vladimir Putin) nəinki bu danışıqları davam etdirməyi, həm də nümayəndə heyətlərinin rəhbərlərinin səviyyəsini yüksəltmək barədə düşünməyi təklif etdi. Bu da […]

Alyaska sammiti Rusiyanın siyasi qələbəsi adlandırılır

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında avqustun 15-də Alyaskada baş tutan sammit Qərbin Moskvanı təcrid etmək strategiyasının iflasa uğradığını sübut etdi. Tezadlar.az xəbər verir ki, bu barədə Britaniyanın “UnHerd” nəşrinə yazdığı məqalədə köşə yazarı Tomas Fazinin görüşü Rusiyanın siyasi qələbəsi adlandırılıb. “Alyaskadakı sammit Moskvanın siyasi qələbəsi idi. Trampın Putini qəbul etməsi […]