Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör

Qəzzada sülhün yeni mərhələsi başlayır

HƏMAS hərəkatı İsrail ilə davamlı atəşkəsin başladığını elan edib. “Təzadlar” xəbər verir ki, bu barədə hərəkatın danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Xəlil əl-Hayya “Al Jazeera”nin efirində danışıb. “Biz vasitəçi ölkələrdən və ABŞ administrasiyasından Qəzzadakı müharibənin qəti şəkildə başa çatdığına dair təminatlar aldıq”, – o vurğulayıb. Xatırladaq ki, ABŞ lideri Donald Tramp İsrail və HƏMAS-ın onun təklif […]

Sinədə təzyiq və nəfəs darlığı – ciddi xəbərdarlıq

Kardioloq Ernst fon Şvarc ürək xəstəliklərinin dörd ciddi, lakin gözə çarpmayan simptomunu açıqlayıb. Tezadlar.az bildirir ki, onun sözlərinə görə bunlardan biri sinədə təzyiq hissidir və bu, ürəyə kifayət qədər oksigen çatmadıqda meydana gəlir. İkinci simptom isə istirahət vəziyyətində nəfəs darlığıdir. Həmçinin, huşunu itirmə hallarına diqqət yetirilməlidir, çünki ürək problemlərinin ilkin əlaməti ola bilər. Həkim qeyd […]

Dərsə gəlməyən müəllimənin meyiti evdə tapıldı

Müəllim kirayədə qaldığı evdə dəm qazından boğularaq ölüb. Tezadlar.az Xəzər TV-yə istinadən bildirir ki, hadisə Xaçmazın Qıraqlı kəndində qeydə alınıb. 32 yaşlı Mehriban Qafarlının dərsə gəlib çıxmadığını görən məktəb rəhbərliyi onunla əlaqə saxlamaq istəyib. O, telefon zənglərinə cavab verməyəndə şübhələr yaranıb. Məlum olub ki, Mehriban Qafarlı yaşadığı fərdi həyət evinin hamam otağında dəm qazından boğulub. […]

Nadir Qafarzadə: “Nəvəm oğlandır, adını ulu babamızın şərəfinə qoyduq”

Müğənni Nadir Qafarzadə doğulacaq nəvəsindən danışıb.  Tezadlar.az xəbər verir ki, sənətçi bu haqda “Qonaqcanlı” verilişində sualları cavablandırıb. Nəvəsinin cinsiyyətini açıqlayan Nadir onun oğlan olacağını deyib: “Oğul da, qız da lazımdır. Fərqi yoxdur, Allah xeyirli övlad qismət etsin. Əgər insanın övladı naxələfdirsə, heç olmasa yaxşıdır. Nəvəmə ad qoymağı övladlarımın ixtiyarına buraxmışam. Onların uşağıdır, mənim yox. Onlar […]

Elm adamlarından xəbərdarlıq: Ağıllı telefonlar ürək ritmini poza bilər

Texnologiya həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, elm adamları ağıllı telefonların ürək ritminə təsir edə biləcəyi barədə ciddi xəbərdarlıq ediblər. Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-də yerləşən MIT (Massachusetts Texnologiya İnstitutu) və Mayo Clinic tərəfindən aparılan yeni araşdırma göstərib ki, telefonların yaydığı elektromaqnit dalğaları ürək ritmini poza bilər. Araşdırmada xüsusilə ürək pili və ya […]

Şəkidə 18 yaşlı hamilə qadının 8 aylıq körpəsi ana bətnində ölüb

Şəkidə 8 aylıq körpə ana bətnində tələf olub. Tezadlar.az xəbər verir ki, hadisə ötən gün rayonun  Kiçik Dəhnə kəndində baş verib. Belə ki, kəndin Məmmədovlar ailəsinin hamilə gəlini 2007-ci il təvəllüdlü Dilarə İlham qızı Süleymanovanın səhhətində səhər saatlarında narahatçılıq baş verib. D. Süleymanova qayınanası Tamella Məmmədovanın müşayiəti ilə Kiçik Dəhnə kəndindəki tibb məntəqəsinə aparılıb. Gəlin məntəqədə […]

Azərbaycan millisi Fransa ilə matça tam hazırdır – baş məşqçi açıqladı

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransa yığması ilə oyuna ciddi hazırlaşıb. “Təzadlar”ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında açıqlama verib. Mütəxəssis onları çox önəmli və gərgin matçın gözlədiyini söyləyib: “Rəqibimiz son illərin ən güclü komandalarından biridir. Fransa yığmasında ulduz futbolçular çıxış edir. Amma biz də görüşə ciddi hazırlaşmışıq. […]

Tramp: Ərdoğan HƏMAS və İsraillə danışıqlarda mühüm rol oynadı

ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arasında razılığın əldə edilməsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühüm rol oynadığını vurğulayıb. “Təzadlar”ın məlumatına görə, Tramp bu barədə Ağ Evdə keçirilən Prezident Kabinetinin iclasında danışıb. “Qətər, Misir və Türkiyə liderlərinin bu inanılmaz tərəqqiyə nail olmağımızda bizə kömək etdiklərinə və bizimlə olduqlarına görə böyük minnətdarlıq bildirmək istəyirəm. Təbii […]

Qəzzaya yardım aparan gəmidə saxlanılanlar arasında iki azərbaycanlı da var

Dünən Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan şəxslər arasında 2 nəfər Azərbaycan vətəndaşı Pərvin Əzimov və Orxan Səmədzadənin saxlanıldığı məlumdur. Tezadlar.az xəbər verir ki, bu barədə Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib Ayxan Hacızadə qeyd edib ki, sözügedən vətəndaşlar gəmi ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar: “İsraildəki Səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların […]

Lənkəranda ailə faciəsi: qardaş qardaşı bıçaqladı, biri öldü

Ötən gecə Lənkəranda böyük qardaşı tərəfindən bıçaqlanan kiçik qardaş xəstəxanada ölüb Tezadlar.az xəbər verir ki, ötən gecə böyük qardaş 36 yaşlı Calal Abdullayev tərəfindən bıçaqlanan kiçik qardaş 22 yaşlı Camal Abdullayev bu gün axşam saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, bıçaqlanma hadisəsi ötən gecə Lənkəran rayonunun Liman şəhəri ərazisində […]

Putinin oğullarına babasının adından soyad verilib – Spiridonov

Rusiya prezidenti Vladimir Putinin və bədii gimnastika üzrə keçmiş olimpiya çempionu Alina Kabayevanın övladları gizli yaşayırlar. Konkret olaraq onların iki oğlu İvan və Vladimir sənədlərində Spiridonov soyadı kimi göstərilib. Tezadlar.az bildirir ki, bu barədə Rusiyanın “Agentstvo” nəşri məlumat yayıb. Qeyd edilib ki, Kreml rəhbərinin qızları Yekaterina və Mariya da uydurma soyadlar altında yaşayırlar. Putinin oğullarının soyadları […]

Gürcüstan Baş naziri Trampın diplomatik rolunu yüksək qiymətləndirdi

Qəzza zolağında atəşkəs razılaşmasını alqışlayırıq. “Təzadlar”ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “X” sosial şəbəkəsində etdiyi paylaşımda bildirib. O, razılaşmanı sülh istiqamətində atılmış ümidverici addım kimi qiymətləndirib və bunda ABŞ Prezidenti Donald Trampın diplomatik səylərinin həlledici rol oynadığını vurğulayıb. “Biz Qəzza zolağında atəşkəs razılaşmasını sülhə doğru ümidverici mərhələ kimi alqışlayırıq. […]

Həkimlər xəbərdarlıq edir: “Əlamətlər 3 həftədən çox davam edirsə, dərhal müraciət edin”

Həkimlər soyuqdəymə, qrip və COVID arasında fərq barədə vacib məlumatı bölüşüb. Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, həkimlərin fikrincə, bu üç xəstəlik bir-birinə bənzər əlamətlər göstərsə də, bəzi fərqlər onları ayırmağa kömək edir. Soyuqdəymə, adətən yavaş başlayır, əsasən burun və boğazı təsir edir. Bəzən boğazda qaşınma və qulaqda təzyiq hissi olur. Adətən bu əlamətlər gündəlik […]

Prezident İlham Əliyev MDB liderlərinin görüşünə qatılıb

Oktyabrın 9-da Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyi olub. “Təzadlar” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. 19:13 Oktyabrın 9-da Düşənbədə MDB dövlət başçıları qeyri-rəsmi şam yeməyinə dəvət olunublar. “Təzadlar” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Donald Tramp: “Knessetdə çıxış etməyim üçün mənə müraciət ediblər”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail nümayəndələri istəsə, Knessetdə (İsrail parlamenti) çıxış etməyə hazırdır. “Təzadlar”ın məlumatına görə, Tramp bunu Ağ Evdə Prezident Kabinetinin iclasında deyib. “Məndən Knessetdə çıxış etməyi istədilər. Mən də razılaşdım. Əgər istəsələr, çıxış edəcəm”, – Tramp bildiribş Bundan əvvəl İsrail Prezidenti İsaak Hersoqun ofisi Trampın Qüdsə səfərinin oktyabrın 12-də gözlənildiyini açıqlamışdı. […]

5-ci sinif şagirdinin döyülməsi ilə bağlı Yardımlıda yoxlama başladı

“Sosial şəbəkələrdə Yardımlı rayonu İlqar Şəkərov adına Hamarkənd kənd tam orta ümumtəhsil məktəbində baş verdiyi iddia olunan hadisə ilə bağlı qeyd edirik ki, hazırda hüquq-mühafizə orqanları və Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır”. Lənkəran-Astara Regional Təhsil İdarəsindən Tezadlar.az-a cavab olaraq bildirilib ki, araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək. Qeyd edək ki, Yardımlı […]

Uşaq sizi qəsdən əsəbiləşdirmir – psixoloqlar səbəbi izah edir

Bəzən elə görünür ki, uşaq qəsdən valideynləri əsəbiləşdirmək istəyir. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, valideynlər üçün əsas olan pis niyyəti uşaqlıq yaşına xas xüsusiyyətlərdən ayırmaq və körpənin həssas psixikasına zərər vurmamaqdır. Oyun və dağınıqlıq Oyuncaq yığılmaması, otaqda yaradıcı dağınıqlıq böyükləri qıcıqlandıra bilər. Lakin uşaq üçün bu, xaos deyil, fəal öyrənmə və oyun prosesinin nəticəsidir. Oyun, mükəmməl […]

Sabah küləkli havaya hazır olun ki…

Sabah hava şəraiti narahatlıq doğuran olduğundan Fövqəladə Hallar Nazirliyi bəzi ərazilərdə gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Tezadlar.az xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 10-da ölkə ərazisində bəzi yerlərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. Bunu nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.  Belə […]

Bu da “Mixaylo” haqqında bilmədikləriniz

 …Əfsanəvi partizan “Mixaylo” – Mehdi Hüseynzadə barədə bilinməyən MARAQLI FAKTLAR: Mehdi rəssamlıq məktəbində Məhəmməd Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadə ilə birlikdə oxuyarkən sifarişli əsər hazırlayır, birgə iş görürlər. Lakin iş başa çatana yaxın M.Rəsulzadənin ailəsi, Azər Rəsulzadə Qazaxıstana sürgün olunurlar. Mehdi Hüseynzadə çətinliklə Qazaxıstanda Azərin qaldığı ünvanı öyrənir və qazandıqları pulun yarısını ona göndərir. Bu […]

Ağdərədə10-dan çox hərbçimizin meyit qalıqları tapılıb

Müharibə bitsə dəŞ onun izləri hələ də üzə çıxmaqdadır. “Hazırda mütəxəssislərdən ibarət heyət Ağdərə rayonunda axtarış qazıntı işlərini davam etdirir…”, -deyən Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda […]

Bakıda itkin düşmüşlərlə bağlı beynəlxalq konfransın yekun bəyanatı

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) təşkilatçılığı və müvafiq sahədə fəaliyyət göstərən təsisatların nümayəndələrinin iştirakı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda növbəti beynəlxalq konfrans keçirilib. Tezadlar.az xəbər verir ki, öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham […]

Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub

Düşənbədə oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Tezadlar.az xəbər verir ki, görüşdə çıxış edən Prezident Vladimir Putin dedi: -Hörmətli İlham Heydər oğlu. Bu yaxınlarda biz – doğrudur, Pekində hər halda qısa da olsa görüşdük. Buna qədər bir neçə dəfə telefonla danışmışıq. Görüşümüzə daha həssas mövzu – bizim […]

“Rusiyanın hava hücumundan müdafiə sisteminin özündə texniki nasazlıqlar var” – Putin AZAL təyyarəsinin qəza səbəblərini açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə Düşənbədə keçirilən görüşü zamanı AZAL təyyarəsinin qəzaya uğramasına səbəb olan bir sıra halları açıqlayıb. Tezadlar.az xəbər verir ki, dövlət başçısı deyib: “Birincisi ondan ibarətdir ki, səmada məhz Ukraynaya məxsus pilotsuz uçuş aparatı olub. Biz faciə baş verən gecə Rusiya Federasiyasının sərhədini keçən üç pilotsuz təyyarəni idarə edirdik. İkinci […]

Rusiya AZAL-a təyyarə qəzasına görə kompensasiya ödəyəcək və günahkarları cəzalandıracaq – Putin Düşənbədə söz verdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə görüşə AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti müzakirə etməklə başlamağı təklif edib. Tezadlar.az xəbər verir ki, bu gün Düşənbədə keçirilən görüş zamanı Putin bir daha qəza ilə bağlı başsağlığını çatdırıb, qəzadan sonra telefon danışığı zamanı üzr istədiyini xatırladıb. Rusiya Prezidenti bildirib ki, baş vermiş hadisə üzrə […]

Fond 201 mənzili aylıq ödənişi 347 manatdan başlayan qiymətlərlə kirayə verir – satmaq öhdəliyi ilə

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində 201 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir. Tezadlar.az  xəbər verir ki, yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır. Yeni mənzillər seçim üçün 17.10.2025-ci il tarixində saat 15:00-dan etibarən açıq olacaq. […]

Avropa Parlamenti Rusiya təyyarələrinin Aİ hava məkanında vurulmasını tələb edən qətnamə qəbul edib

Avropa Parlamentinin üzvləri Rusiya pilotsuz təyyarələrinin müdaxiləsini və Avropa İttifaqının hava məkanının pozulmasını pisləyib, “dron divarı” yaratmağa və Ukrayna ilə əməkdaşlığı gücləndirməyə çağırıblar. Tezadlar.az UNİAN-a istinadən xəbər verir ki, Avropa Parlamenti Rusiyanın hibrid təhdidləri və təxribatlarına Avropa İttifaqının vahid, əlaqələndirilmiş reaksiyasını tələb edən qətnamə qəbul edib. Qətnamədə Moskvanın Polşa, Estoniya, Latviya, Litva və Rumıniyanın hava […]

“Vətəndaşın şikayəti gəldikdə ilk növbədə pulların harada olduğunu müəyyən edirik”- Elnur Eyvazlı

Daxili İşlər Nazirliyindən daxil olan vətəndaş şikayətləri əsasında pulların harada yerləşdiyi araşdırılır və zərurət yarandıqda həmin vəsaitlərin dondurulması üçün tədbirlər görülür. Tezadlar.az  xəbər verir ki, bunu Mərkəzi Bankın (AMB) İnformasiya və kibertəhlükəsizlik departamentinin direktoru Elnur Eyvazlı Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində deyib. O bildirib ki, vətəndaşın şikayəti gəldikdə ilk növbədə pulların […]

“Xocavənd rayonunun qəsəbəsi olan Hadrut böyük iqtisadi və turizm potensialı ilə seçilən bölgələrimizdəndir”

Bu gün Hadrutun işğaldan azad olunmasından 5 il keçir. Beş il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Hadrut qəsəbəsini işğaldan azad etdi. Qədim Azərbaycan torpağı olan Hadrut qəsəbəsi strateji əhəmiyyət daşımaqla yanaşı, eyni zamanda böyük iqtisadi potensiala malikdir. Xocavənd rayonunun qəsəbəsi olan Hadrut böyük iqtisadi və turizm potensialı ilə […]

Puqaçova mübahisəli müsahibəsindən sonra ilk dəfə Qalkinlə ictimaiyyət qarşısına çıxıb (fotolar)

Məşhur cütlük Latviyanı tərk edib Rusiyanın məşhur müğənnisi Alla Puqaçova qalmaqallı müsahibəsindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Tezadlar.az unian.net-ə istinadən xəbər verir ki, müğənni əri, şoumen Maksim Qalkinlə birlikdə Kiprin Limasol şəhərində rus aktyorlarının “Çamadan” adlı tamaşasına qatılıb. Foto və videolar Instagramda yayımlanıb. Tamaşanın oktyabrın 7-də baş tutduğu məlum olub. Lakin Puqaçova və Qalkinin […]

Şimali Koreya Rusiyanın hərbi əməliyyatlarını tam dəstəklədiyini bəyan edib

Şimali Koreya Rusiyanın Ukrayna böhranına mövqeyi ilə qəti həmrəy olduğunu və Moskvanın hərbi əməliyyatlarını tam dəstəklədiyini bəyan edib. Tezadlar.az “Reuters”-ə istinadən xəbər verir ki, bu barədə KCNA dövlət xəbər agentliyi məlumat yayıb. Bu barədə Şimali Koreya və Rusiyanın bu gün yaydığı birgə bəyanatda deyilir. “Bəyanat cümə günü qeyd olunacaq Şimali Koreyanın hakim Fəhlə Partiyasının yaradılmasının […]

TARİX SİZİ BUNA GÖRƏ LƏNƏTLƏYƏCƏK!!!

«Təzadlar» qəzeti redaksiyasına daxil olan şikayəti aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elektron ünvanına göndərərək münasibət bildirilməsini xahiş etmişik. Lakin hələ də cavab olmadıbından aşağıda kiçik ixtisarla təqdim edirik: «Hörmətli redaksiya! “Bayırşəhəri qoruyaq” təşəbbüs qrupunun rəhbəri kimi Sizə mütəmadi olaraq mədəni irsimizin incilərindən olan İçərişəhərin davamı olan Bayırşəhərin məhv edilməsinə qarşı faktlarla yazılar dərc […]

AQTA adları açıqlanmayan keytinq şirkətləri barədə müvafiq tədbirlər görüb – qida təhlükəsizliyinə əməl etmədiklərinə görə (FOTOLAR)

Nöqsan aşkarlanan 12 müəssisənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub *** İstehlakçıların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, həmçinin qida məhsullarının emalı və çatdırılması xidmətlərinin qida təhlükəsizliyi tələblərinə uyğun təşkili Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biridir.

Müəssisələr artıq bu kadrları ehtiyatda saxlaya biləcəklər: Rada qanun qəbul etdi

Qərarı 272 deputat dəstəkləyib Ali Rada digər məsələlərlə yanaşı, müəssisələrə hərbi qeydiyyat sənədləri olmayan, şəxsi məlumatlarını təqdim etməyən və ya hərbçilər tərəfindən axtarışda olan hərbi qulluqçular üçün kadr ehtiyatı saxlamağa icazə verən qanun qəbul edib. Hərbi vəziyyət şəraitində əmək münasibətlərinin təşkili haqqında müvafiq qanun ikinci oxunuşda 272 deputat tərəfindən qəbul edilib. Tezadlar.az Ukrayna mətbuatına istinadən […]

Əminə Yusifqızı DÜNYASINI DƏYİŞDİ

Xalq artisti Əminə Yusifqızı  vəfat edib. Tezadlar.az  xəbər verir ki, bu barədə Xalq artistinin yaxınları məlumat verib. Qeyd edək ki, Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakı şəhərində anadan olub. Hələ məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. Uzun illər Azərbaycanda fəaliyyət göstərən bir sıra teatrda, eləcə də “Azərbaycanfilm” […]

“Real Madrid”in müdafiəçisi Lalə adlı xanımla evlənib – məşhur aktrisanın qızı olması barədə xəbərlər yayıldı…

“Real Madrid” futbol klubunun müdafiəçisi Din Heysenin qardaşı Daimen Heysen azərbaycanlı xanımla ailə həyatı qurub. Tezadlar.az  xəbər verir ki,, İspaniyada keçirilən toy məclisində Əməkdar artist Vəfa Zeynalova da yer alıb. Gəlinin adının Lalə olması isə aktrisa ilə bağlı dedi-qoduların yaranmasına səbəb olub. Belə ki, sosial şəbəkədə Daimenin V.Zeynalovanın qızı Lalə ilə evləndiyi xəbərləri yayılıb. Aktrisa axşam.az-a açıqlamasında […]

O, 20 il ana olmağa çalışdığını etiraf etdi

Aktrisa ilk dəfə uşaq sahibi olmaq istəmədiyi ilə bağlı şayiələrə cavab verdi Məşhur amerikalı aktrisa Cennifer Eniston analıq haqqında səmimi danışıb. Konkret olaraq “Dostlar” və “Səhər şousu”nun ulduzu 20 il ana olmağa çalışdığını etiraf edib. Heç kimə sirr deyil ki, illərdir onun karyerasını seçdiyi üçün uşaq sahibi olmaq istəmədiyi barədə şayiələr yayılıb. Lakin “Harper’s Bazaar […]

Dünya birjalarında neft ucuzlaşıb – “Light” 62,5 dollara enib

Dünya birjalarında neft ucuzlaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,01 dollar azalaraq 66,25 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,05 dollar azalaraq 62,5 dollar təşkil edib. Lakin “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,21 dollar və ya […]

Dövlət Neft Fondundan Böyük Britaniyadakı hava limanına 50 milyon funt sterlinqlik investisiya yatırımı

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ABŞ-də yerləşən və “BlackRock”un tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) investisiya şirkəti ilə tərəfdaşlıq çərçivəsində London Qatvik hava limanına 50 milyon funt sterlinq məbləğində investisiya yatırımını həyata keçirib. Tezadlar.az  xəbər verir ki, bu barədə Fondun məlumatında deyilir. Fondun məlumatına görə, bu yatırım ARDNF-nin Avropa bazarında həyata keçirdiyi ən […]

Xəlifə və Bəhlul Danəndə- YUNUS OĞUZ YAZIR

Pritça Bir gün xəlifə Harun  ər Rəşidin kefi ala buludda gəzəndə vəziri içəri girib deyir ki, bəs filan tacir hüzurunuza gəlib. Xəlifə soruşur: -Nə ilə bağlıdır hüzuruma gəlməsi, axı mən onu çağırmamışam? Vəzir yenə baş əyib cavab verir: -Ya əmirəlmöminin, qardaşınız Bəhlul Danəndədən şikayətə gəlib. Xəlifə  xınalı saqqalını tumarlayır: -Qəribədir, belə hörmətli zatın Bəhlulla nə işi ola […]

Prezident İlham Əliyev Tacikistan Prezidentinin dəvəti ilə Düşənbəyə səfərə gəlib – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfərə gəlib. Tezadlar.az Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Düşənbə Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli və digər […]

Bakı-Moskva xəttində gərginlik azalır: Düşənbə görüşündə görünənlər…

“Azərbaycan xarici siyasət doktrinasında balanslaşdırılmış siyasətə üstünlük verir. Xüsusilə qonşularla dinc-yanaşı yaşamaq prinsipinə əməl edir və bu münasibətlərin beynəlxalq hüquq müstəvisində tənzimlənməsində maraqlıdır. Bu baxımdan Rusiya bizim əzəli və əbədi qonşumuzdur”.  Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi ekspert Azad Məsiyev tezadlar.az-a açıqlamasında belə deyib. A.Məsiyev əlavə edib ki, Rusiya dünya güc mərkəzlərindən biridir. 2022-ci […]

Qəzzada atəşkəs razılaşması qüvvəyə minir

İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəs razılaşması qüvvəyə minib. Tezadlar.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. Münaqişənin həllinin birinci mərhələsi oktyabrın 9-da elan edilib. HƏMAS-ın yaxın 72 saat ərzində bütün israilli girovları azad edəcəyi və ölənlərin cəsədlərini təhvil verəcəyi gözlənilir. Bunun müqabilində İsrail 2000 fələstinli məhbusu azad edəcək. İsrail ordusu […]

Qazaxıstan minimum əmək haqqı haqqında Beynəlxalq Konvensiyanın ratifikasiyasını təsdiqləyib

Qazaxıstan minimum əmək haqqı haqqında Beynəlxalq Konvensiyanı təsdiqləyib. Tezadlar.az   kazpravda.kz-a istinadən xəbər verir ki, Senat plenar iclasda inkişaf etməkdə olan ölkələrə xüsusi istinadla minimum əmək haqqının müəyyən edilməsi haqqında Konvensiyanın (131 saylı Konvensiya) ratifikasiyasını təsdiqləyib. Sənədin yekununda qeyd olunduğu kimi, Konvensiya Beynəlxalq Əmək Təşkilatının hər bir üzvünü əmək şəraiti belə sistemə tabe olan bütün işçilər […]

Mənzilə girən şəxs ev sahibini uşaqlarının gözü qarşısında güllələyib

Zərərçəkmiş reanimasiyaya yerləşdirilib Sankt-Peterburqda cinayətkar mənzilə soxulub və öldürücü olmayan tapança ilə içəridəki kişini güllələyib. Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə oktyabrın 8-də axşam saatlarında Pulkovskoe şossesində yerləşən binada baş verib. Atışmadan az əvvəl 39 yaşlı sakin polisə zəng edərək iki övladının olduğu mənzilə naməlum şəxsin girdiyini bildirib. “Bir neçə dəqiqədən sonra cinayətkar […]

Qadın timsah tərəfindən qaçırıldıqdan sonra parçalanmış vəziyyətdə tapılıb

Hadisə qadın çayda paltar və qab yuyan zaman baş verib Hindistanın Odişa əyalətində 59 yaşlı qadın timsahın hücumuna məruz qalıb, onu çaya sürükləyib və parçalayaraq yeyib. Tezadlar.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb. Soudamini Mahalın cəsədi oktyabrın 8-də Jajpur meşə rayonundakı kəndin yaxınlığında Harasrota çayında timsah tərəfindən yarı yeyilmiş halda […]

Aİ-nin Rusiyadan neft və qaz idxalını dayandırmağı nəzərdə tutan RePowerEU planı – Macarıstan və Slovakiyadan tələb

Avropa Birliyi ölkələri 2028-ci ilə qədər Rusiyanın neft və qaz idxalının tamamilə dayandırılmasını nəzərdə tutan RePowerEU planını yekunlaşdırmağa yaxındır. Tezadlar.az  xəbər verir ki, bu barədə “Reuters” Brüsseldəki diplomatik mənbələrə istinadən məlumat yayıb. Oktyabrın 8-də Aİ-nin daimi nümayəndələri oktyabrın 20-də Aİ Enerji Şurasının iclasına təqdim olunacaq sənəd layihəsini razılaşdırıblar. Demək olar ki, bütün üzv dövlətlər Rusiya […]

“Sağ ol” kəlməsi üstündə güllələndi

Amerikalı qadın qapını onun üçün tutan qadına təşəkkür etməkdən imtina edib ABŞ-ın Dallas şəhərində bir qadın mağaza qarşısında “sağ ol” sözləri üstündə mübahisə etdikdən sonra güllələnərək öldürülüb. Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə oktyabrın 7-də baş verib. 41 yaşlı Sesiliya Simpson “Five Below” mağazasından çıxarkən 22 yaşlı Keona Hamptonun qapısını tutub. Hempton qadına […]

Özbəkistanda əhalini zərərli səs-küydən qorumaq üçün Qanun qəbul edildi – tikinti, nəqliyyat və digərləri daxildir

Oktyabrın 7-də Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası “Əhalinin zərərli səs-küy təsirindən qorunması haqqında” qanunu qəbul edib. Tezadlar.az  gazeta.uz-a istinadən xəbər verir ki, sənəd üçüncü dəfədir ki, parlamentarilər tərəfindən nəzərdən keçirilir. Qeyd edilir ki, qanun vətəndaşların dincliyini pozmağın qadağan olunduğu yeni vaxt çərçivələrini müəyyən edir. Gecənin sakitlik müddəti artıq yeddi saatdan səkkiz saata – 23:00-dan səhər […]

Firidun Şuşinskinin ölümünə səbəb olan kitab: onu məhkəməyə kim vermişdi???- 3-CÜ YAZI

-Tanınmış az tanınmışlar…- (Əvvəli 2-ci hissədə)   https://tezadlar.az/firidun-susinski-mir-cefer-bagirova-neriman-nerimanov-haqqinda-hansi-xahisi-etmisdir/ https://tezadlar.az/firidun-susinskini-niye-hebs-etdirmek-isteyirdiler/ …F.Şuşinski “Müəllifdən” başlıqlı yazısında əsərin yazılma səbəblərini belə izah edir: “Oxuculara təqdim olunan bu kitabda son 25-30 ildə qəzet və jurnal səhifələrində çap olunmuş yazılarım və respublika televiziyası və radiosu ilə apardığım verilişlərdəki çıxışlarım toplanmışdır. Kitab bir musiqi tədqiqatçısı kimi mənim musiqi mədəniyyəti tariximizin yazılmamış səhifələri haqqında […]

Kəndirlə boğaraq cəsədinə kərpic bağlayıb çaya atıblar

Stavropol diyarının Novoaleksandrovski rayonunda iki yerli sakin döydükləri və kəndirlə boğduqları bir şəxsi vəhşicəsinə öldürməkdə ittiham olunurlar. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Stavropol diyarı üzrə İstintaq Komitəsi öz Telegram kanalında məlumat yayıb. Faciə sentyabrın 30-dan oktyabrın 1-nə keçən gecə rayonun Rasşevatskaya kəndində baş verib. Qarşıdurma zamanı hücum edənlər zərərçəkmişə bir neçə dəfə […]

Audiovizual Şura “Baku TV”nin “Amin”inə amin demədi- XƏBƏRDARLIQ

Audiovizual Şuranın növbəti iclasında “Baku TV” televiziya kanalının efirində 24 sentyabrda yayımlanan “Amin” proqramı zamanı səsləndirilən fikirlər də ciddi müzakirə olunub. Tezadlar.az xatırladır ki, adı çəkilən proqramda kişi-qadın, ailə münasibətləri mövzusunda müzakirələr zamanı qonaq tərəfindən “…Mən qadınam. Kişi həmişə qabaqda getməlidi. Bu, həyatın qanunudu və bu qanunu sən pozsan, Allah sənə oğul övladından cəza çəkdirəcək… […]

16 məktəbli zəhərlənərək xəstəxanaya yerləşdirilib

16 məktəbli Tynda-Kislovodsk qatarında səyahət etdikdən sonra zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Tezadlar.az xəbər verir ki, bu barədə Samara vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb. “Uşaqlar Samara Regional Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdiriliblər”, – nazirlikdən bildiriblər. Uşaqlar və onların himayədarları tətilə Çelyabinsk vilayətindən gedirdilər. Qatarda gəzinti zamanı özlərini pis hiss etməyə başlayıblar və ən yaxın xəstəxanaya […]

Fransanın yeni baş nazirin adı 48 saat ərzində açıqlanacaq

Parlament ümid edir ki, yeni təyinat vəziyyəti ən azı müəyyən qədər sabitləşdirəcək Fransanın altıncı baş nazirinin adı yaxın iki gün ərzində açıqlanacaq. Parlament özünü buraxmaq istəmir və istefa verən Sebastian Lekornunun sözlərinə görə, yeni təyinatın vəziyyəti ən azı müəyyən qədər sabitləşdirəcəyinə ümid edir. Lekornu özü faktiki olaraq Makrondan qaçdı, lakin buna baxmayaraq, Beşinci Respublikanın hazırkı […]

Antiinhisar Xaçmazda sahibkarlarla maarifləndirici görüş keçirib – FOTOLAR

Görüşdə “Mənşə sertifikatı” alt modulunun ixracatçılar üçün təmin etdiyi üstünlüklər diqqətə çatdırılıb, sahibkarların bu istiqamətdə müraciətlərini Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirmələrinin vacibliyi vurğulanıb. Tezadlar.az  Agentliyə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən sahibkarlarla maarifləndirici görüşlərin keçirilməsi davam etdirilir. Növbəti görüş Agentliyin 3 saylı regional bölməsinin […]

Bakının Günəşli qəsəbəsində itlər “at oynadır”… -VİDEO

…Bakının Yeni Günəşli qəsəbəsində (Samir Cəfərov və sair ətraf) itlər “at oynadır”! Bu itlər, məşhur məsəldə deyildiyi ki, deyəsən, öz yiyəsini tanımır… Tanımır, tanımasın, heç olmasa, yiyəsi itini tanısın və quduzluq əlehinə, döl artımına qarşı tədbirlər görülsün… Yeni Günəşlidən “Təzadlar”a yazan şikayətçinin sözlərinə görə, hamı uşaqlarını məktəbə xüsusi nəzarət altında aparır və gətirir… Yəni, itləri […]

Antiinhisar “Kristal Abşeron”la bağlı araşdırmaya başlayıb – alıcıların şikayəti əsasında

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Kristal Bakı” ASC barəsində araşdırmaya başlayıb. Tezadlar.az  xəbər verir ki, “Kristal Bakı” ASC uzun illərdir paytaxtda çoxmərtəbəli binaların inşası ilə tanınır və ən çox reklam olunan şirkətlərdən biridir. Lakin son dövrlər şirkətin təmir keyfiyyəti və reklamlarında göstərilən vədlərin reallığa uyğunluğu ilə bağlı istehlakçılar arasında narazılıqlar artmaqdadır. Çoxsaylı vətəndaş müraciətləri […]

BMT-nin İnsan Hüquqları Şurası Gürcüstanın Rusiya işğalına dair Qətnamə qəbul etdi

BMT-nin İnsan Hüquqları Şurası Gürcüstanın işğal olunmuş ərazilərində insan haqlarının vəziyyətinə dair “Gürcüstanla əməkdaşlıq” adlı qətnamə qəbul edib. Tezadlar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi açıqlama yayıb. Məlumata görə, bu sənəd 2017-ci ildən etibarən Gürcüstan tərəfindən təqdim olunur və ilk dəfə olaraq konsensusla qəbul edilib. Qətnamə BMT İnsan Hüquqları Şurasının iclasında Gürcüstanın xarici […]

Asayiş keşikçiləri Xankəndidə əməliyyat keçirib- saxlnılanlar var

DİN əməkdaşları qanunsuz odlu silah-sursatın əldə edilməsi, saxlanılması və gəzdirilməsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər. Tezadlar.az   xəbər verir ki, Xankəndi ŞPŞ tərəfindən Bərdə rayon sakini 1973-cü il təvəllüdlü Azər Qəhrəmanovun şəhər ərazisində yerləşən nəzarət-buraxılış məntəqəsindən odlu silah-sursat keçirməyə cəhd göstərməsi müəyyən olunub. Buraxılış postunda təhlükəsizlik məqsədilə nəqliyyat vasitəsinə baxış keçirilən zaman “Mercedes” markalı avtomobildə […]

TURAN NƏĞMƏSİ…- VAHİD ƏZİZ

Vahid ƏZİZ TURAN NƏĞMƏSİ… Əksimiz eynidir vaxt aynasında, Tale yollarıyla qoşa gedirik. Əyilməz, yenilməz Türk dünyasında, Hamımız eyni bir soy-kökə şərik!   Özbək də, Türkmən də, Qazax da biz də, Qardaşıq-torpaq da, daş da eynidir. Eyni bir amal var qəlblərimizdə, Gözlərdə sevinc də, yaş da eynidir.   Eyni bir beşikdə yırğalanaraq, Boy atıb – böyüyüb […]

“800-ə yaxın meyit qalıqlar azad edilmiş ərazilərdən götürülüb”

“…2025-ci ilin 1 oktyabr tarixinə olan məlumata əsasən, 800-ə yaxın itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq işğaldan azad edilmiş ərazilərdən götürülüb”. Tezadlar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün […]

Vuçiç Türkiyə ilə bağlı sərt açıqlamalar verib

Serbiya prezidenti Aleksandr Vuçiç Türkiyəni Osmanlı İmperiyasını dirçəltmək istəməkdə ittiham edərək, sərt açıqlamalar verib. Tezadlar.az bildirir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində açıqlama verib. O, bu açıqlamanı Ankaranın özünü elan etmiş Kosovo Respublikasına min ədəd “Skydagger” kamikadze pilotsuz uçan aparatını təhvil verməsi fonunda verib. Serbiya liderinin sözlərinə görə, bu, BMT Təhlükəsizlik Şurasının 1244 saylı […]

O, Çexiyanın NATO və Aİ-dən çıxmasının qarşısını alacağına söz verib

Çexiyada keçirilən seçkilərdə qalib gələn Andrey Babişin rəhbərlik etdiyi ANO hərəkatı ölkənin NATO-dan çıxmasına imkan verməyəcək. Tezadlar.az bildirir ki, bu barədə baş nazirliyə namizədin özü məlumat verib. “Referendum yoxdur və olmayacaq (Çexiyanın Aİ və NATO-dan çıxması ilə bağlı – RED.). Biz Avropa İttifaqında Çexiyanın maraqları üçün mübarizə aparmaq istəyirik”, – deyə siyasətçi bildirib. Babiş həmçinin […]

Əfsanəvi boksçunun oğlu ölüb

Kanadalı əfsanəvi boksçu Arturo Qattinin oğlu 17 yaşında ölü tapılıb. Tezadlar.az xəbər verir ki, bu barədə “The Ring” jurnalı məlumat yayıb. Kiçik Arturo Qatti Meksikada anası, Arturo böyük Qattinin dul arvadı Amanda Rodriguez ilə birlikdə yaşayırdı. Onun meyitini qonşusu aşkar edib. Qattinin oğlu peşəkarlığa çevrilməzdən əvvəl Olimpiadada iştirak etmək arzusunda olan həvəskar boksçu idi. Böyük […]

Tramp İsrail və Fələstin arasında sülh razılaşması ilə bağlı açıqlama verib

ABŞ prezidenti Donald Tramp Yaxın Şərqlə bağlı danışıqlar apardığını bildirib. O əlavə edib ki, regionda sülh çox yaxındır. Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Bundan əvvəl Ağ Ev Qəzza münaqişəsinin həlli üçün 20 əsas bənddən ibarət “Tramp planı”nı açıqlamışdı. “Mən indicə Yaxın Şərqdən olan insanlarla potensial razılaşma haqqında danışdım. Yaxın Şərq […]

ABŞ-da Demokratlardan daha çox Respublikaçı Ukraynaya yardımı dəstəkləyir

Demokratların 71%-i və Respublikaçıların 86%-i Rusiyanı müharibəni dayandırmağa məcbur etmək üçün ona qarşı əlavə iqtisadi sanksiyaların tətbiqini dəstəkləyir Harris və Harvard universitetlərində amerikalılar arasında Ukraynaya yardım və Rusiyaya qarşı sanksiyalarla bağlı yeni sorğu açıqlanıb. Tezadlar.az xəbər verir ki, sorğunun nəticələrinə görə, Demokrat seçicilərin 72%-i və Respublikaçıların 73%-i Ukraynaya silah verilməsini və Rusiyaya qarşı sanksiyaların tətbiqini […]

Rusiya Dnepropetrovsk vilayətində hücum əməliyyatı üçün qoşunlarını yenidən yerləşdirir – analitik

Rusiya Pokrovskın cənub hissəsindən qoşun yeritməyə davam edir Rusiya Dnepropetrovsk vilayətinə hücum əməliyyatı üçün qüvvələrini yenidən yerləşdirir. Tezadlar.az xəbər verir ki, bu açıqlama ilə OSINT analitiki Unit Observer sosial şəbəkədə çıxış edib. “Rusiya Pokrovskun cənub hissəsindən qoşun yeritməkdə davam edir. 90-cı tank diviziyası indi tamamilə İvanovka-Nopavlovkanın cənubunda yerləşir”, – məlumatda deyilir. Eyni zamanda, rus qüvvələrinin […]

Tramp 11 və ya 12 oktyabrda Yaxın Şərqə uça bilər

Amerika liderinin sözlərinə görə, səfər regionda sülh danışıqları ilə bağlı olacaq ABŞ prezidenti Donald Tramp regionda sülh danışıqları ilə əlaqədar bu həftə sonu Yaxın Şərqə səfər edə biləcəyini açıqlayıb. Amerika lideri bunun 11 və ya 12 oktyabrda baş verə biləcəyini dəqiqləşdirib. Tezadlar.az-ın xarici mətbuata istinadən məlumatına görə, Ağ Evdə jurnalistlərlə görüşdə Tramp qeyd edib ki, […]

Avropa fəlakət barədə xəbərdarlıq etdi

Ukraynada münaqişə bitdikdən sonra Avropa enerji çatışmazlığı ilə üzləşəcək. Tezadlar.az xəbər verir ki, Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor “Deep Dive” YouTube kanalında bildirib. 2022-ci ildə Avropa ölkələri Rusiyadan enerji müstəqilliyinə nail olmaq üçün layihələrə start verildiyini elan ediblər. Bundan əlavə, 2025-ci ildə ABŞ prezidenti Donald Trampla danışıqlar zamanı Avropa İttifaqı ABŞ-dan enerji alışını əhəmiyyətli dərəcədə […]

Netanyahu Trampa təzyiq etmək istəyir

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza münaqişəsinin həlli planına dəyişiklik etməsi üçün ABŞ prezidenti Donald Trampa təzyiq göstərməyə çalışıb. Tezadlar.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb. Netanyahunun Trampı İsrailin xeyrinə dəyişikliklər etməyə razı salmağa çalışdığı deyilir. Bu, Təl-Əviv və Fələstinin HƏMAS hərəkatı arasında vasitəçi kimi çıxış edən Misir və Qətər nümayəndələrini […]

Qutsul şikayətinə baxıldığı məhkəmə iclaslarında iştirak etməyib

Prosesdə iştirak edən Fransa və İspaniyadan olan hüquqşünaslar bu təcrübənin düzgün olmadığını bildiriblər Apellyasiya Palatası Moldovanın Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsulu 7 illik həbs cəzasına etiraz edən dinləmələrdə iştirak etmək hüququndan məhrum edib. “Müdafiə tərəfinin Apellyasiya Palatasında keçirilən iclasda müttəhimlər Yevgeniya Qutsul və Svetlana Popanın iştirakı ilə bağlı vəsatətləri əsassız olduğundan rədd edilir”, – […]

Bu il çuğundur sahələri 1 500 hektar azdır

Bu il ölkəmizdə yazlıq şəkər çuğunduru əkini azalıb. “Təzadlar”ın Muğan bürosu xəbər verir ki, bu il 20 rayonda olmaqla, 5 880 hektar sahədə yazlıq çuğundur əkilib. Ötən il isə ölkə üzrə 24 rayonda 7 400 hektar sahədə şəkər çuğunduru əkilib. Qeyd edək ki, qarşıdakı günlərdə yazlıq sahələrdən məhsul yığımı aparılacaq. Ümumilikdə, 220 min ton məhsul […]

Təmizlikdən restoran biznesinə – Metyusun milyonluq dönüşü

ABŞ-də yaşayan Dawon Metyus gənclik illərində yaşadığı məhkumluğa görə iş tapa bilmədiyi üçün sahibkarlığa yönəlib. 32 yaşında maliyyə sabitliyinə çatan Metyus hazırda gündə cəmi iki saat işləməklə ildə 1 milyon dollardan çox gəlir əldə edir. Filadelfiyada doğulan Metyus gəncliyini “çətin başlanğıc” adlandırır. Universitet illərində bir davaya görə “ağır hücum” ittihamı ilə 6 ay həbs cəzası alıb, […]

Bakıda bodibilderin ürəyi 7 dəfə dayandı

Bakıda bodibilder möcüzə nəticəsində sağ qalıb – onun ürəyi yeddi dəfə dayanıb. Tezadlar.az xəbər verir ki, hadisə idman zalında baş verib. Uzun müddətdir bodibildinqlə məşğul olan gənc idmançı növbəti məşq zamanı ürək nahiyəsində ağrı hiss edib və məşqçisi Emin Babayev (Chagaev) tərəfindən Mediland Hospitala aparılıb. Bu barədə anestezioloq-reanimatoloq Qulam Rüstəmzadə “Facebook” sosial şəbəkəsində yazıb. Təcili […]

Qəzza danışıqları bu gün də davam edir

Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HAMAS arasında vasitəçilərin iştirakı ilə aparılan sülh danışıqları bu gün də davam edəcək. Tezadlar.az xəbər verir ki, oktyabrın 6-da baş tutan görüşdə HAMAS nümayəndələri girovların azad olunması prosesi, eləcə də Qəzza zolağından İsrail ordusunun çıxarılmasının mərhələləri və vaxt cədvəli ilə bağlı öz baxışlarını ortaya qoyublar. Təşkilat, İsrailin tam atəşkəsə […]

Rusiya xəbərdarlıq etdi…

Rusiyanın Dağıstan bölgəsi yaxın aylarda enerji çatışmazlığı riski ilə qarşılaşa bilər. Tezadlar.azz xəbər verir ki, bu barədə “Sistem operatoru”nun İdarə Heyətinin sədri Fedor Opadçi Federal Antinhisar Xidmətinin tarif konfransında bildirib. Opadçinin sözlərinə görə, hazırda yeni enerji defisiti Dağıstanın Kaspiy bölgəsində müşahidə olunur: “Çətin regiondur, çünki faktiki artım əsasən kommersiya itkiləri ilə bağlıdır.” Ekspertlər qeyd edirlər […]

Almaniyada dəhşətli hadisə: yeni seçilmiş meri qızı bıçaqlayıb

Almaniyanın Herdecke şəhərinin yeni seçilmiş meri İris Ştalzerin evində yeniyetmə qızı tərəfindən bıçaqlandığı ehtimal olunur. Rəsmilər merin həyatının artıq təhlükədə olmadığını açıqlayıb. Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, 57 yaşlı İris Ştalzer 28 sentyabrda Qərbi Almaniyanın Herdecke şəhərinin meri seçilmişdi və 1 noyabrda vəzifəsinin icrasına başlamalı idi. Qızı polisə zəng edərək anasının evinin qarşısında […]

Kalafori model sevgilisi Meqqi Qalo ilə eşq yaşayır

Rikkardo Kalafori “Arsenal”da yeni mövsümə fantastik başlayıb, elə ilk turda “Old Trafford”da “Mançester Yunayted”ə qələbə qolunu vurub. Onun müdafiəçi olduğunu unutmayaq, elə deyilmi? Deyəsən, italyan Deklan Raysın ötürməsini almaq üçün sevgi qanadları üzərində tullanıb. Tezadlar.az xarici KİV-ə istinadla bildirir ki. Meqqi Qalo ilə tanış olun – Rikkardo Kalafiorinin sevgilisi! 2024-cü ilin sonunda Kalafori Benedettadan ayrılıb. Bu, […]

Tövlədə faciə – Şəmkirdə kişi ipdən boğularaq ölüb

Şəmkirdə tövlədə boğazına ip dolanan kişi ölüb. Tezadlar.az-ın məlumatına görə, hadisə rayonun Könüllü kəndində qeydə alınıb. Əlizadə İsə Zamiq oğlu yaşadığı evin həyətindəki tövlədə boğazına ip dolandığı üçün boğularaq, yerə yıxılıb. O, bu halda ailə üzvləri tərəfindən aşkarlanıb və rayon mərkəzi xəstəxanasına aparılıb. Lakin görülən tədbirlərə baxmayaraq, orada ölüb. Faktla bağlı araşdırma aparılır.

Hatice Aslan və Mahir Günşıray sevgilidirlər

Türkiyəli məşhurlar Mahir Günşırayla Hatice Aslanın sevgili olduğu məlum olub. “Təzadlar” xəbər verir ki, onların ötən axşam Kanyonda keçirilən “Bildiyin kimi deyil” filminin qalasına birgə qatılmaları eşq iddialarını daha da artırıb. Türkiyəli jurnalist Birsen Altuntaşın məlumatına görə, cütlük iki aydır ki, sevgilidir. Hatice Aslan (63) və Mahir Günşiray(65) Ankara Dövlət Konservatoriyasında birlikdə oxuyublar. Qeyd edək ki, […]

İbrahim Kalın Qəzza danışıqlarında iştirak edib

Misirdə keçirilən Qəzza danışıqlarında Türkiyə Milli Kəşfiyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da yer alıb. “Təzadlar” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoffun təqdim etdiyi 21 maddəlik plan daha əvvəl Ankara ilə razılaşdırılıb və sonradan Tramp-Ərdoğan görüşündə müzakirə olunub. Məlumata görə, […]

Tahir İmanov qardaşının ölümündən sonra açıqlama verdi – VİDEO

Aktyor Tahir İmanov qardaşı Cabir İmanovun ölümündən sonra videoaçıqlama yayıb. “Təzadlar” xəbər verir ki, o, qardaşının ölümündən sonra sosial şəbəkələrdə aktyorun dini mənsubiyyəti ilə bağlı yayılan iddialara cavab verib: “Birincisi, bu kimi mövzuları qabardan insanlar birliyə böyük zərbə vurur. Digəri isə dinə olan mənsubluq hər bir insanın şəxsi işidir. Üçüncüsü ən vacibi isə odur ki, […]

Zakir Həsənov Türkiyədə üçtərəfli görüşdə iştirak etdi

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 12-ci üçtərəfli görüşündə iştirak etmək üçün Türkiyədə səfərdədir. “Təzadlar” xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. Qardaş ölkəyə səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Ankarada türkiyəli və gürcüstanlı həmkarları ilə ikitərəfli və üçtərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Mərakeşdə futbol etirazlarında 3 ölü, yüzlərlə yaralı

Mərakeşdə dövlətin futbol tədbirlərinə böyük vəsait ayırmasına qarşı keçirilən etiraz aksiyaları zamanı 3 nəfər həyatını itirib, 280-dən çox şəxs yaralanıb. “Təzadlar” xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Bildirilib ki, son həftələr ərzində ölkənin müxtəlif şəhərlərində 2030-cu il Dünya Çempionatı və Afrika Millətlər Kubokunun təşkili ilə bağlı xərclərə etiraz olaraq kütləvi nümayişlər […]

Alimlər əqrəbsiz “kvant saatı” yaratdılar

Beynəlxalq fiziklər qrupu zaman anlayışına baxışımızı dəyişdirə biləcək inanılmaz bir yeniliyə imza atıb. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, alimlər əqrəbsiz işləyən “kvant saatı” yaradıblar. Bu cihaz zamanı ölçmək üçün nə mexaniki sayğaclara, nə də klassik dövrlərə ehtiyac duyur. Tədqiqatçılar helium atomlarını yüksək enerji vəziyyətlərinə gətirərək dalğa paketləri yaradıblar. Bu paketlər işıqla qarşılıqlı təsirə girəndə, […]

Münasibətlərdə güvən yaradan 3 xüsusiyyət

Amerikalı psixoloq Mark Trevers münasibətlərdə həqiqətən etibarlı və dəstəkçi tərəfdaşın üç əsas əlamətini sadalayıb. Onun sözlərinə görə, etibarlı olmaq partnyorun ünsiyyət tərzində özünü göstərir. Belə münasibətdə tərəfdaşın beynində qorxuya, şübhəyə və inamsızlığa yer qalmır, əksinə təhlükəsizlik, sakitlik və əminlik hissi yaranır. Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, psixoloqun sözlərinə görə dəstək həm emosional, həm də […]

U-17 millimiz Fransaya böyük hesabla uduzdu – 0:8

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. “Təzadlar” xəbər verir ki, U-17 Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda baş tutan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 8:0. Aqil Nəbiyevin rəhbərlik etdiyi milli oktyabrın 11-də İsrail, 14-də isə Rumıniya yığmaları ilə qarşılaşacaq. Seçmə mərhələnin […]

AMEA-da “Azıx mağarası” kitabının təqdimatı keçirildi

AMEA-nın Əsas binasında ingilis dilində nəşr edilmiş “Azıx mağarası – Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının təqdimat mərasimi keçirilib. “Təzadlar” xəbər verir ki, kitab Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin müdiri tarix elmləri doktoru professor Əsədulla Cəfərovun həmmüəllifliyi ilə hazırlanıb. Mərasimi giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Azərbaycanın 8 görkəmli […]

Türkiyədə məşhurlar narkotik istintaqında ifadə verdi

İstanbulda narkotik vasitələrdən istifadə ittihamı ilə aparılan istintaq çərçivəsində aralarında Dilan Polat, İrem Derici, Hadisə, Demet Evgar kimi məşhur adların da olduğu bir qrup şəxs ifadə vermək üçün İl Jandarma Komandanlığına aparılıb. İfadə prosesi başa çatdıqdan sonra həmin şəxslər tibbi testlər üçün Adli Tibb İnstitutuna göndərilib. Tezadlar.az xəbər verir ki, İl Jandarma Komandanlığı tərəfindən həyata […]

Ofelya Şabanovaya ərindən bahalı hədiyyə

Müğənni Ofelya Şabanova yenidən diqqət mərkəzinə düşüb. Tezadlar.az-ın məlumatına görə, sənətçi maraqlı açıqlama verib. İfaçı bildirib ki, həyat yoldaşı ona yeni avtomobil hədiyyə edib. Şabanova avtomobilin qiymətini açıqlamaq istəməsə də, hədiyyənin həyat yoldaşı tərəfindən alındığını təsdiqləyib: “Qiymət demirəm. Olanı var, olmayanı var. Ərim aldı, Allah onun canını sağ eləsin”.

Qaz təchizatında müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək

18:39 Şağan qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Tezadlar.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, orta təzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə 09.10.2025-ci il tarixdə saat 10:00-dan işlər tamamlananadək Şağan qəsəbəsini qazla təmin edən orta təzyiqli xəttdə qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında […]

Zelenski Latviyadakı səfiri geri çağırdı

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Latviyadakı səfiri Anatoli Kutsevanı vəzifəsindən geri çağırıb. Tezadlar.az xəbər verir ki, bu barədə fərman oktyabrın 7-də imzalanıb. Sənəddə Kutsevanın Ukraynanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri postundan azad edildiyi qeyd olunub. Onun geri çağırılma səbəbləri və yerinə kimin təyin ediləcəyi hələlik açıqlanmayıb.

Arda Turan Toral Bayramovu heyətində görmək istəyir

“Qarabağ”ın futbolçusu Toral Bayramov karyerasını ölkə xaricində davam etdirə bilər. Tezadlar.az xəbər verir ki, Arda Turanın çalışdırdığı “Şaxtyor” onu transfer etməkdə maraqlıdır. A. Turan 24 yaşlı futbolçuda böyük potensial olduğunu düşünür. O, Toralı hələ “Eyüpspor”u çalışdırarkən transfer etmək istəyirdi. Toral son zamanlar “Qarabağ”da əsas heyətə düşməkdə çətinlik çəkir. O, satınalma hüququ ilə birlikdə icarə əsasında […]

Orxan Lökbatanlı: “İçki aludəçisi olmuşam”

Meyxanaçı Orxan Lökbatanlı etirafı ilə diqqət çəkib. Tezadlar.az xəbər verir ki, pis vərdişinin olduğunu ondan qurtulduğunu bildirən söz ustası üzünü qohumlarına tutaraq mesaj ünvanlayıb. “2018-ci ilə qədər içki aludəçisi olmuşam. Bunu hamı bilir. Ancaq o zamandan bəri tövbə etmişəm. Allah məni ikinci dəfə həyata qaytarıb.Yerdə isə öz ailəmin dəstəyi ilə. Yanımda dostlarımdan 3-4 nəfər olub. Əsas […]

Mənsum İbrahimova “Fəxri professor” adı verildi

Oktyabrın 8-də Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Xalq artisti Mənsum İbrahimov və sənətkarın 65 illik yubileyi çərçivəsində Naxçıvanda konsert proqramı ilə çıxış edəcək nümayəndə heyəti ilə görüşüb. “Təzadlar” xəbər verir ki, görüşdə Xalq artisti Elçin Həşimov, Əməkdar artistlər Elnur Əhmədov, Nuriyyə Hüseynova, Təyyar Bayramov, Elnur Zeynalov, Muğam Televiziya müsabiqəsinin qalibi Güllü Muradova, həmin müsabiqənin […]

İran və Türkmənistan enerji əməkdaşlığını müzakirə edib

İran və Türkmənistanın xarici işlər nazirləri Abbas Əraqçi ilə Rəşid Meredov oktyabrın 8-də enerji və nəqliyyat sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsini müzakirə ediblər. “Təzadlar” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Bildirilib ki, nazirlər telefon danışığı zamanı ikitərəfli əməkdaşlıqda son hadisələri və müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Məlumata görə, diplomatlar siyasi, iqtisadi, elmi və […]

Oman və Azərbaycan 200 milyon dollarlıq investisiya fondu yaradır

Oman və Azərbaycan “Oman Vision 2040” strategiyası çərçivəsində iqtisadiyyatın əsas sektorlarını inkişaf etdirmək məqsədilə 200 milyon ABŞ dolları kapitalla birgə Birbaşa İnvestisiya Fondu yaradır. “Təzadlar”ın “Oman Investment Authority”ə (OIA) istinadən məlumatına görə, bu barədə OIA sədri Əbdüssalam bin Məhəmməd Əl-Murşidi Azərbaycan İnvestisiya Holdinqi (AIH) ilə OIA arasında imzalanma mərasimində bildirib. Onun sözlərinə görə, yeni fond yüksək əlavə […]

Tbilisidə strateji obyektləri ələ keçirməyə cəhd edənlər həbs olundu

Gürcüstanın paytaxtında bir neçə nəfər qrup halında zorakılıqda iştirak və strateji obyektləri ələ keçirməyə cəhd ittihamı ilə barələrində həbs qətimkan tədbiri seçilib. “Təzadlar”ın yerli bürosu xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə Davit Sturua, Abo Naveriani, Eva Şaşiaşvili və Tornike Mçedlişvili barəsində qabaqlayıcı həbs cəzası təyin edilib. Prokurorluq təqsirləndirilən şəxslərin azadlıqda qalmasının istintaqa mane […]

Tramp: Mən münaqişəni alovlandırmaq istəmirəm

“Ukraynalıların bu raketlərlə nə edəcəkləri, onları hara yönəldəcəkləri məni çox maraqlandırır. Mən müharibəni alovlandırmaq istəmirəm, hər iki tərəfi düşünürəm,heç kim Rusiya‑Ukrayna münaqişəsində yaxşılığa ümid etmir. Bu, dəhşətli faciədir. Bu həftə ərzində 7 mindən çox hərbçinin həlak olması barədə məlumatlar var, təxminən həftəlik 7-8 min itki qeydə alınır”. Tezadlar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp […]

Xankəndidə ev və iş vədi ilə dələduzluq

Xankəndi şəhərində işləmək və ev almaq istəyən şəxsə qarşı dələduzluq edilib. Tezadlar.az-ın məlumatına görə, hər şey Goranboyda avtobus səfəri ilə başlayıb. Rayon sakini olan qadın avtobusda digər qadın sərnişinlə söhbətləşərkən iş axtardığını və Xankəndiyə köçmək istədiyini deyib. Qadın da oğlunun həmin şəhərdə olduğunu və istədiklərini tapa biləcəyini deyib. Bu yolla zərərçəkən qadın təqsirləndirilən şəxs 34 […]

Gənc qadın Balidə meyvə pəhrizindən ölüb

Gənc qadın kritik qidalanma səbəbiylə Balidə otel otağında ölüb. Faciəyə həddindən artıq meyvəli pəhriz səbəb olub. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, 27 yaşlı qadın Bali otelinin otağında aclıqdan ölüb. Ölümündən əvvəl o, ağır qidalanmaya səbəb olan həddindən artıq meyvə pəhrizinə riayət edib. Mediada yayılan xəbərlərə görə, Karolina Kşijak həmfikirlərlə görüşmək üçün Baliyə gedib. O, […]

Üzeyir Hacıbəylinin 140 illiyi “Muğamat axşamı” ilə qeyd olundu

Beynəlxalq Muğam Mərkəzində “Muğamat axşamı” adlı konsert keçirilib. Konsert dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunub. Muğam gecəsində BMM-nin solistləri, Əməkdar artistlər Arzu Əliyeva, Səbuhi İbayev, Elnur Zeynalov, Bəyimxanım Vəliyeva xanəndələr Günay İmamverdiyeva, Elgiz Əliyev və Elşad Aydınoğlu çıxış ediblər. Proqramda Üzeyir Hacıbəylinin musiqi əsərlərindən nümunələr, təsnif və xalq mahnıları səsləndirilib. Xanəndələri Beynəlxalq […]

III MDB Oyunları Gəncədə bağlandı – Azərbaycan 184 medalla 2-ci oldu – CANLI

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının bağlanış mərasimi keçirilir. “Təzadlar” xəbər verir ki, Gəncə Stadionunda təşkil olunan tədbir bədii hissə ilə başlayıb. Azərbaycan Oyunları ümumilikdə 184 medalla başa vurub. Bunların 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 2-ci yeri tutub. İlk sırada Rusiya qərarlaşıb.Beləliklə, […]

Özbəkistan hökumətində süni intellekt dövrü başlayır

Süni intellektin (AI) tətbiqi ilə əlaqədar Özbəkistan hökuməti bu ilin noyabrın 1-dək 2000-dən çox dövlət qulluqçusunu ixtisar edəcək. “Təzadlar” xəbər verir ki, Prezident Şavkat Mirziyoyevin imzaladığı müvafiq fərman milli qanunvericilik bazasında dərc edilib. Sənəd “Rəqəmsallaşmanın geniş tətbiqi yolu ilə dövlət hakimiyyətinin icra hakimiyyəti orqanlarında rəhbər vəzifələrin sayının optimallaşdırılması tədbirləri haqqında” adlanır. Orada yaxın vaxtlarda ölkənin […]

Rayonda iri buynuzlu heyvanlar virusa yoluxub

Cəlilabad rayonunda heyvanlar arasında kütləvi şəkildə dabaq xəstəliyinin yayılması müşahidə olunur. Tezadlar.az xəbər verir ki, xəstəlik əsasən rayonun Sərhədabad və Adnalı kəndlərindəki iri buynuzlu heyvanlarda daha çox yayılıb. Rayon sakinlərinin sözlərinə görə, xəstəliyin ən əsas mənbəyi həftənin bazar günləri təşkil edilən heyvan bazarıdır. Bazara gətirilən iri buynuzlu heyvanlarda bir müddət sonra dabaq xəstəliyi aşkarlanır. Bu […]

Sahibə Qafarova və Yandrokoviçdən birgə bəyanat

Oktyabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarova və Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç ikitərəfli görüşdən sonra mətbuata bəyanatlarla çıxış ediblər. “Təzadlar”ın məlumatına görə, Xorvatiya parlamenti sədrinin Azərbaycana rəsmi səfərinin bir sıra məqamlarla əlamətdar olduğunu söyləyən spiker Sahibə Qafarova, ilk növbədə qeyd edib ki, bu səfər ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Digər […]

Almaları uzun müddət təzə saxlamağın sadə üsulları

Sadə qaydalara əməl etməklə almaları bir neçə həftə, hətta bir neçə ay ərzində şirəli və xırtıldayan halda saxlamaq mümkündür. Tezadlar.az bu üsulları təqdim edir: Niyə almanın saxlanması çətindir? Ən uzunömürlü almalar ticarət məqsədli xüsusi soyuducu anbarlarda “nəzarət olunan atmosfer mühitində” saxlanılır. Belə şəraitdə meyvələr bir ilədək təravətini və dadını itirmədən qala bilir. Amma mütəxəssislərin sözlərinə görə, ev soyuducusunda da […]

Musa Musayev səhnədə Təranə Qumralı qucaqlamaq istəyən izləyiciyə icazə vermədi – VİDEO

Müğənnilər Musa Musayev və Təranə Qumral paytaxt məkanlarının birində səhnə alıblar. Tezadlar.az xəbər verir ki, cütlük duetlərini ifa edən zaman bəy izləyicilərdən biri foto çəkdirmək üçün yaxınlaşıb. Onun Təranənin qucaqlayıb səmimi foto çəkdirmək arzusunu Musa gözündə qoyub. Belə ki sənətçi əli ilə kişini xanımının yanından uzaqlaşdıraraq özü şəkilə həkk olub. Sözügedən anlar sosial şəbəkələrdə geniş […]

Təqaüdçü polkovnikin oğlu Gəncədə bıçaqlanaraq qətlə yetirilib

Gəncədə qətlə yetirilən 16 yaşlı məktəbli polkovnik-leytenantın oğlu imiş.  Tezadlar.az xəbər verir ki, öldürülən Vaqif Rəfibəylinin atası Rövşən Rəfibəyli uzun illər ədliyyə sistemində çalışıb. Polkovnik-leytenant rütbəsi ilə xidmət etmiş R.Rəfibəyli Gəncə şəhərindəki istintaq təcridxanalarından birində rejim rəisi olub. Bu yaxınlarda yaş həddi ilə bağlı təqaüdə göndərilib. Qeyd edək ki, hadisənin 18 yaşlı R.Cəfərov tərəfindən törədildiyi […]

Səbinə Selcan efirdə yıxıldı – sosial şəbəkə qaynadı

Müğənni Səbinə Selcan qonaq olduğu efirdə gülüş hədəfi olub. Tezadlar.az xəbər verir ki, “Günə Uğurla” verilişində mahnısını ifa edib rəqs edən zaman ayaqları sözünə baxmayıb. Sənətçi anidən yerə sərilib. Sözügedən kadrlar sosial şəbəkədə yayılıb. Baş verən xoşagəlməz halı “Şou” adlandıranlar da az olmayıb. İzləyicilərin bir çoxu bunun reytinq xarakterli edildiyinə dair fikir bildiirblər. Müzakirələrə səbəb […]

Xavi: “Pedri yox, Barselonanı gələcəyə aparacaq Yamal olacaq

Müsahibə zamanı Xavi Hernandesdən 2025-ci ilin ən sevimli oyunçusunu müasir futbolun ulduzları arasından seçməsi istənilib və eyni zamanda onun “Barselona”ya sadiqliyi yoxlanılıb. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, əvvəlcə Niko Uilyamsı seçib, sonra Rafinyaya keçib, lakin gözlənilmədən PSJ-dən Vitinyanın adını çəkib. Bununla belə, növbəti turda Xavi tərəddüd etmədən yenidən Pedrinin adını çəkib, hətta onu Mbappe və “Qızıl top” Dembeledən də üstün tutub. Lakin son seçim hamını […]

FSB araşdırmasından sonra Rusiya İstintaq Komitəsində general-mayor vəzifəsindən getdi

Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsinin keçirdiyi yoxlamanın nəticələrinə əsasən, Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə idarəsinin rəisi, general-mayor Boqdan Françişko məzuniyyətə göndərilib. Onun artıq işə qayıtmayacağı bildirilir. Tezadlar.az xəbər verir ki, yoxlamanın səbəbi Sverdlovsk vilayətində azərbaycanlılar Şıxlinski və Səfərovlar barəsində aparılan, lakin uğursuz nəticələnən istintaq işləri olub. Bu işlər Xüsusilə vacib işlərin istintaqı üzrə dördüncü […]

Kafedə başlayan mübahisə Masallıda qanla bitdi

Masallıda gənc oğlan sinif yoldaşını bıçaqlayıb. Tezadlar.az-ın məlumatına görə, hadisə Qəriblər kəndi ərazisində qeydə alınıb. 28 yaşlı Fuad Malikov (ad və soyad şərtidir) kafedə sinif yoldaşı Həzi (ad şərtidir) ilə oturub və öz cibindəki pula uyğun sifariş verib, Həzi də pivə və tum istəyib. Hesab gələndə isə pulları çatmadığı üçün dostlar arasında dava düşüb. Dava […]

Qətərdə media təhlükəsizliyi müzakirə olunur

Qətərin paytaxtı Dohada bu dövlətin Milli İnsan Hüquqları Komitəsi (NHRC) və Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin birgə təşkilatçılığı ilə “Silahlı münaqişələrdə jurnalistlərin müdafiəsi” mövzusunda beynəlxalq konfrans keçirilir. “Təzadlar” xəbər verir ki, konfransda ölkəmizi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev təmsil edir. Beynəlxalq konfrans dünyanın müxtəlif münaqişə zonalarında peşə fəaliyyətini həyata keçirərkən həlak […]

Meloninin partiyası İtaliyada üzü örtən geyimlərin qadağasını təklif edir

İtaliyanın hakim “İtaliya Qardaşları” partiyası parlamentə ictimai yerlərdə pərəncə (qadının baş və bədənini tamamilə örtən geyim – red.) və niqabı qadağan edən qanun layihəsi təqdim edib. Bu barədə “Təzadlar” xəbər verir. Məlumata görə, Baş nazir Corcia Meloninin partiyasının deputatları tərəfindən təqdim edilən sənəddə bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən məktəblərdə, universitetlərdə, mağazalarda və dövlət müəssisələrində […]

TƏBİB məktəbli çantalarının ağır olmaması barədə valideyn və müəllimlərə çağırış edib, bəs nazirlik?

Məktəb mühitində şagirdlərin sağlamlığının qorunması daim diqqətdə saxlanılmalıdır. Bu, onların təhsil müvəffəqiyyətinə də təsirsiz ötüşmür. Tezadlar.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Məlumatda vurğulanıb ki, insan skeletinin düzgün formalaşması bağça və məktəb dövründə baş verir. “Uşaqlarda qamətin düzgün formalaşmasına diqqət etmək bunun nə olduğunu anlamayan, gələcəkdə hansı qüsurlara səbəb olacağını bilməyən uşaqlardan çox valideyn […]

Fransa Makronun impiçment edilməsi təklifini rədd edib

Fransa Milli Assambleyasının (parlamentin aşağı palatasının ali kollegial orqanı) Bürosu Fransa prezidenti Emmanuel Makronun impiçmenti ilə bağlı təklifi qəbuledilməz hesab edib. Tezadlar.az xəbər verir ki, bu barədə “Figaro” məlumat yayıb. Təklifi müxalifətdə olan solçu “Fransa tabe olmayanlar” partiyası irəli sürüb. Makronun partiyasının bütün üzvləri təşəbbüsün əleyhinə, Sol, Yaşıllar və Sosialistlər isə lehinə səs verib. Milli […]

Düşənbədə 2030-cu ilədək skuter və samokatların istifadəsinə qadağa qoyulub

Düşənbədə yerli hakimiyyət skuter və samokatların 2030-cu ilə qədər qadağan edib. Tezadlar.az   xəbər verir ki, bu barədə Tacikistanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, qadağa elektriklə işləyən skuterlərə, samokatlara və digər şəxsi hərəkət vasitələrinin düzgün qeydiyyata alınmadığı təqdirdə yollarda və piyadaların gediş-gəlişi üçün nəzərdə tutulmuş yerlərdə istifadəsinə qoyulub. Beləliklə, qadağa xüsusi ayrılmış […]

“Johnson & Johnson” şirkəti uşaq pudrasından xərçəngə tutulub ölən təqaüdçünün ailəsinə təqribən 1 milyard dollar ödəməlidir

“Məhkəmə “Johnson & Johnson” şirkətini 2021-ci ildə nadir xərçəng növündən dünyasını dəyişən qadının ailəsinə 966 milyon dollar ödəməyə qərar verib. Tezadlar.az “İzvestiya”ya istinadən xəbər verir ki, ABŞ məhkəməsi Johnson & Johnson (J&J) şirkətini talk əsasında uşaq pudrası istifadə edərək dünyasını dəyişən 88 yaşlı Kaliforniyalı təqaüdçünün ailəsinə 966 milyon dollar təzminat ödəməyə məcbur edib. “Məhkəmə “Johnson […]

Zelenski öz fraksiyasının üzvlərini niyə təhqir edib?

Vladimir Zelenski parlamentdəki “Xalqın qulluqçusu” fraksiyasının üzvləri ilə görüşməkdən imtina edib və onları “dağıdıcı axmaqlar” adlandırıb. Tezadlar.az bildirir ki, TASS bu barədə Radanın deputatı Aleksey Qonçarenkoya (Rusiyada terrorçu və ekstremist siyahısında) istinadən məlumat verib. Zelenski sentyabrın 16-da Radada öz fraksiyasının üzvləri ilə görüş keçirib. Bu, il yarımda ilk görüş idi. Ukrayna mediası yazıb ki, görüş […]

Almaniya Merzə Ukraynada döyüşməyi təklif etdi

Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alisa Vaydel Almaniya kansleri Fridrix Merzin Rusiya ilə münaqişənin qızışdırılmasına verdiyi dəstəyi nəzərə alaraq Ukrayna ordusuna qatılaraq cəbhə xəttində döyüşməyi təklif edib. “Siz mənim fikrimi bilirsiniz: kimsə müharibə istəyirsə, özü getməlidir. Merz Ukraynada cəbhəyə getsə, Ukrayna Silahlı Qüvvələrində xidmət etməlidir. Mən onu orada görmək istərdim”, – Tezadlar.az xəbər verir […]

Malı üzərindəki qiymətdən baha satan “Tam Store” marketlər şəbəkəsi cərimələndi

Azərbaycanda istehlakçı hüquqlarının qorunması istiqamətində aparılan nəzarət tədbirləri çərçivəsində daha bir hüquq pozuntusu aşkarlanıb. Tezadlar.az  xəbər verir ki, Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Tam Store” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, “Tam Store” MMC-də bir qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılıb. Bu hal […]

Jukovski hava limanında saxlanılan Azərbaycan vətəndaşları orada 1 həftəyədək qala bilərlər, çünki…

Moskvanın Jukovski hava limanında saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məsələ Azərbaycanın Rusiyadakı Səfirliyinin nəzarətindədir. Tezadlar.az  xəbər verir ki, səfirlikdən verilən açıqlamada bildirilib ki, hazırda konsulluğun əməkdaşları bu məsələnin həlli ilə məşğuldurlar. Səfirlikdən o da bildirilib ki, Azərbaycan vətəndaşları Rusiya Federasiyasına gəlməmişdən 72 saat öncə müvafiq proqramda qeydiyyatdan keçib icazə almalıdırlar, lakin təəssüflər olsun ki, vətəndaşlarımız […]

Avropa Ukraynanın hərəkətlərini qitə üçün təhlükə adlandırır

Ukrayna Silahlı Qüvvələri (USQ) tərəfindən Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) atəşə tutulması bütün Avropa qitəsi üçün təhlükə yaradır. Tezadlar.az xəbər verir ki, Finlandiyanın “Azadlıq Alyansı” milli-mühafizəkar partiyasının üzvü Armando Mema bu barədə sosial media platformasında bildirib. “Biz Ukraynaya dəstək veririk və indi o, atom elektrik stansiyalarına məsuliyyətsiz hücumları ilə bütün Avropanı hədələyir”, – siyasətçi bildirib. […]

Bakıda qumarbazlar ələ keçdi- DİN-NİN ƏMƏLİYYATI

Bu dəfə onlayn qumar oyunları təşkil etməkdə şübhəli bilinən şəxslərlə qarşı əməliyyat keçirilib. Bu barədə tezadlar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatlar zamanı 42 yaşlı Həsən Səbili, 33 yaşlı Orxan İbrahimli və əlbir olduğu 28 yaşlı Taleh Ağayarov, həmçinin 36 yaşlı Salman Cəfərov və tanışı 35 yaşlı […]

Qərb nəşri Ukrayna üçün təhlükəsizlik təminatlarını təsvir belə edib

Avropa Şurasının Xarici Əlaqələr və Tədqiqatlar üzrə direktoru və ABŞ dövlət katibinin Rusiya və Avrasiya üzrə keçmiş xüsusi müşaviri Ceremi Şapiro və ABŞ dövlət katibinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisinin keçmiş baş müşaviri Samuel Çarap NATO-nun 5-ci maddəsinə daxil olmayan Xarici Əlaqələr məqaləsində Ukrayna üçün təhlükəsizlik zəmanətləri modelini təsvir ediblər. Tezadlar.az xəbər verir ki, onların […]

Azərbaycanda 12 mindən çox eşitmə və nitq əlilliyi olan şəxs var

Azərbaycanda rəsmi olaraq 12 mindən çox eşitmə və nitq əlilliyi olan şəxs var. Tezadlar.az   xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini, Anar Bayramov “Azərbaycan Jest Dili Tətbiqi” layihəsinin təqdimatında deyib. O bildirib ki, xüsusi qayğıya ehtiyacı olan şəxslərin inklüziv cəmiyyətə inteqrasiyası prioritet istiqamətlərdəndir: “Ölkədə sosial siyasətin əsas hədəflərindən […]

Təhlükəsizlik qüvvələri avtomobili partladan şəxsi saxlayıb

Onu 20 ilə qədər həbs gözləyir FTX və Daxili İşlər Nazirliyinin əməkdaşları Ukrayna kəşfiyyat orqanlarının göstərişi ilə Naro-Fominskdə əsgərin avtomobilini partladan 24 yaşlı Rusiya vətəndaşını saxlayıblar. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin və FTX-nin İctimai Əlaqələr Mərkəzinin (İƏM) rəsmi sözçüsü İrina Volk bildirib. “Moskva vilayətində 2001-ci il təvəllüdlü Rusiya vətəndaşı olan […]

Belqorod vilayətində raket zərbəsi nəticəsində 3 nəfər həlak olub

Daha biri yaralanıb Belqorod vilayətinin Şebekinski rayonunun Maslova Pristan kəndi Ukrayna Silahlı Qüvvələrinin raket atəşinə məruz qalıb. İlkin məlumata görə, 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Tezadlar.az bildirir ki, bu barədə qubernator Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib. “Şebekinski rayonunun Maslova Pristan kəndi raket atəşinə tutulub. İlkin məlumatlara görə, 3 nəfər ölüb, bir nəfər yaralanıb”, […]

Tunberq və digər Sumud donanmasının fəalları İsraildə işgəncələrə məruz qalıblar

İsveçli hüquq müdafiəçisi Qreta Tunberq iddia edib ki, o, Sumud flotiliyasının digər üzvləri ilə birlikdə İsrail həbsxanasında işgəncələrə məruz qalıb. Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Tunberq həbsdə olarkən ona təmiz su verilmədiyini, digər məhbuslara isə həyati əhəmiyyətli dərmanların verilmədiyini iddia edib. Lakin o, işgəncənin təfərrüatlarını açıqlamaqdan imtina edib. Sumud donanmasının Tunis […]

Bu institutların statusu dəyişdi- QƏRAR

Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılıb. Tezadlar.az  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla nazirliyin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılıb: – Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutu; – Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında Coğrafiya […]

Avropalı diplomatlar Kallası açıq sözlülüyünə görə tənqid edirlər

Avropalı diplomatlar hesab edirlər ki, Kaja Kallas öz çıxışlarında və hərəkətlərində həddindən artıq açıq danışır. Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “Foreign Policy” məqaləsində qeyd olunur ki, onun Rusiyanın sərt tənqidçisi kimi reputasiyası əvvəllər ona NATO-ya rəhbərlik etməyə mane olub, ona görə də ona Avropa diplomatiyasının rəhbəri postu təklif olunub, lakin məhz […]

İstanbulda bəzi məşhur simalara qarşı narkotik əməliyyatı keçirilib – aralarında “Bahar”ın baş qəhrəmanı da var (VİDEO)

Türkiyədə məşhur şəxslərə qarşı  narkotik əməliyyatı keçirilib. Onların arasında  İrem Derici, Demet Evgar və Hadisə də var…  Tezadlar.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul  Narkotik və İqtisadi Cinayətlərə Qarşı Mübarizə İdarəsi tərəfindən aparılan istintaq çərçivəsində narkotik və ya stimullaşdırıcı maddədən istifadədə təqsirləndirilən məşhur simalara qarşı əməliyyat keçirilib. 19 nəfərin ifadələri və qan nümunələri götürülmək üçün […]

Cənub-Şərqi Krımda Qədim Roma qalası tapılıb

Cənub-Şərqi Krımda arxeoloqlar Bosfor krallığının müdafiə istehkam sisteminin bir hissəsi olan, əvvəllər naməlum olan qədim Roma qalasının xarabalıqlarını aşkar ediblər. Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Arxeologiya Fondunun direktoru Oleq Markovun sözlərinə görə, bu qala çox güman ki, eramızdan əvvəl 1-ci əsrin əvvəllərində tikilib və regionda strateji müşahidə və siqnal məntəqəsi olub. […]

ZAES etiraf edir ki, Kiyev qəsdən təhlükəsizlik sistemlərini məhv etməyə çalışır

Zaporojye Atom Elektrik Stansiyasında belə bir fikir var ki, Kiyev qəsdən stansiyanın təhlükəsizlik sistemlərini sıradan çıxarmağa çalışır. Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Zaporojye AES-in kommunikasiyalar üzrə direktoru Yevgeniya Yaşinanın sözlərinə görə, Ukrayna qüvvələri qəsdən generator çənlərini, həmçinin stansiyanın xarici enerji təchizatı və yanğınsöndürmə idarəsini hədəfə alır. Onun fikrincə, bu cür hərəkətlər, […]

ABŞ-ın neft hasilatını rekord səviyyədə artıracağı və qiymətlərə ciddi təsir edəcəyi gözlənilir

ABŞ Enerji Məlumat (İnformasiya) İdarəsi (UEA) çərşənbə axşamı verdiyi açıqlamada bildirib ki, ölkənin neft hasilatının bu il əvvəlki proqnozlardan daha yüksək səviyyədə yeni bir rekorda çatacağı gözlənilir. Tezadlar.az  xəbər verir ki, Qurum artan hasilatın yaxın aylarda qiymətlərə təzyiq göstərə biləcəyi barədə xəbərdarlıq edib. Enerji Nazirliyinə tabe olan statistika qurumunun məlumatına görə, 2025-ci ildə ABŞ-da orta […]

Ukraynalı mülki şəxslər Rusiya qoşunlarına yardım edir – MEDİA

Ukraynanın cəbhəyanı ərazilərində mülki əhali Rusiya qoşunlarına dəstək verir ki, bu da Ukrayna Silahlı Qüvvələri üçün əlavə çətinliklər yaradır. Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “Der Tagesspiegel” yazır ki, rusiyapərəst yerli sakinlər tez-tez rus əsgərlərini evlərində qarşılayırlar. Kanadanın müharibə müxbiri Neil Hauer qeyd edir ki, bu vəziyyət Ukrayna ordusu üçün ciddi problem […]

Ölkəyə ət idxalı 41% artıb, bəs niyə yerli bazarda ucuzluq yaranmır? – VİDEO

Azərbaycana xarici ölkələrdən ət və ət məhsulları idaxal edilir və hansı ki, yerli ətə nisbətən ucuz qiymətə təklif edilir. Söhbət Braziliya, Qazaxıstan, Monqolustan, Belarusya, Ukrayna və digər Avropa ölkələrindən idxal olunan ət məhsullarından gedir. Rəsmi statistik rəqəmlərə əsasən, ötən il ölkəyə ət idxalı 41 faiz artıb. Bəs son illərdə artan tələbat səbəbi ilə ölkəyə idxal […]

“İnnova İnşaat” Qarabağda bina tikintisi üçün elan edilmiş tenderi qazanıb – 2025-ci ildə 3-cü qaliblik

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ tərəfindən “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-123 üzrə binaların tikintisi işləri” ilə bağlı tenderin qalibi müəyyən edilib. Tezadlar.az  xəbər verir ki, tenderin icrasını “İnnova İnşaat” MMC (VÖEN: 5501250581) həyata keçirəcək. Qalib şirkətə 13 376 220 AZN ödəniş ediləcək. Qeyd edək ki, “İnnova İnşaat” MMC 2019-cu ildə […]

“Azərbaycan Evi”ndə “Azərbaycanda təhsil imkanları” müzakirə edildi

İnfosessiya “Azərbaycan Evi”nin və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi, Azərbaycan Respublikasının Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Study in Azerbaijan” MMC-nin birgə təşəbbüsü ilə baş tutub. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, infosessiyanın əsas məqsədi gənclərə Azərbaycanda ali təhsil imkanları barədə ətraflı məlumat vermək, onların bu sahəyə marağını artırmaq və mövcud dəstək mexanizmlərini […]

Terroru maliyyələşdirməkdə təqsirləndirildi, amma…

hokm

Ötən gün Terroru maliyyələşdirməkdə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Tezadlar.az xatırladır ki,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə məhkəməyə təqdim edilən vəsatətə baxılıb. Xəqani Ömərovun vəkili müvəkkili barəsindəki cinayət təqibinə xitam verilməsi üçün vəsatət verib. Vəkil […]

“Zəngəzur Dəhlizinin reallaşması, eyni zamanda Türk dünyasının quru nəqliyyat vasitəsi ilə birləşəcəyi deməkdir”

Qəbələdə təşkil edilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edən Prezident İlham Əliyev bir sıra vacib qlobal və regional geosiyası məsələlərə toxundu. Azərbaycan rəhbərinin çıxışında təşkilatın ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşması bir daha təsdiqləndi. Azərbaycan dövlət başçısının qeyd etdiyi kimi, daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət […]

Severodonetsk binasında qaz partlaması nəticəsində bir nəfər xəsarət alıb

LPR-ın Severodonetsk şəhərində çoxmərtəbəli binada qaz balonu partlayıb. İlkin məlumata görə, bir nəfər xəsarət alıb. Tezadlar.az bildirir ki, bu barədə TASS-a respublikanın cavab agentlikləri məlumat verib. “İlkin məlumatlara görə, Severodonetskdə çoxmərtəbəli binanın mənzillərindən birində qaz balonu partlayıb. Bu zaman bir nəfərin təcili tibbi yardım maşını ilə aparıldığı məlum olub”, – agentliyin mənbəsi bildirib. O əlavə […]

Istanbul polisi görün kimləri saxladı- NARKOTİKLİ HƏBS

Bu gün səhər saatlarında İstanbul polisi xüsusi  əməliyyat keçirib, bir sıra məşhur müğənni, aktyor və aktrisalar saxlanılıb. Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, saxlanılanlar bunlardır: Kubilay Aka, Kaan Yıldırım, Hadise Açılgöz, Berrak Tüzünataç, Duygu Özaslan Mutaf, Demet Evgar Babateş, Zeynep Meriç Aral Keskin, Özge Özpirinçci, Feyza Altun, Derin Talu, Deren Talu, Ziynet Sali, Birce Akalay, Metin […]

Zalujnının Radada hakimiyyəti ələ keçirmək planı üzə çıxıb

Ukraynanın siyasi dairələri iki general – Valeriy Zalujnı və Andrey Biletski arasında güclü siyasi ittifaqın yaradılmasını aktiv şəkildə müzakirə edirlər. Bu alyans həyata keçirilsə, Ali Radada çoxluğu təmin edə və ölkədə qüvvələr balansını tamamilə dəyişə bilər. Tezadlar.az xəbər verir ki, Taras Şevçenko adına Kiyev Milli Universitetinin dosenti və Ukrayna İctimai İnkişaf Mərkəzinin əməkdaşı İqor Reiteroviç […]

ABŞ Zelenskinin Səudiyyə Ərəbistanı bankına qəribə pul köçürmələri barədə məlumat verib

Vladimir Zelenski hər ay Səudiyyə Ərəbistanı bankına 50 milyon dollar köçürür. Tezadlar.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı üzvü Anna Paulina Luna bloqer Denni Consla söhbətində deyib. Söhbət zamanı ABŞ-ın xərcləri, o cümlədən hərbi xərclər mövzusu gündəmə gəlib. Luna qeyd edib ki, Pentaqonun xərcləri ilə bağlı heç bir hesabat təqdim etmir. Daha […]

MAQATE Rusiyadan Novovoronej AES-ə PUA zərbəsi endirilməsi ilə bağlı bildiriş alıb

Bu beynəlxalq təşkilatın baş direktoru Rafael Qrossi hadisəyə münasibət bildirərək, “atom elektrik stansiyalarına heç vaxt hücum edilməməli” olduğunu vurğulayıb Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ukraynanın pilotsuz təyyarəsinin Novovoronej Atom Elektrik Stansiyasına endirdiyi zərbə ilə bağlı Rusiya tərəfdən məlumat aldığını bildirib. Beynəlxalq təşkilatdan verilən açıqlamaya görə, dünən gecə baş verən hücum obyektin nüvə təhlükəsizliyinə xələl gətirməyib. […]

Ukraynanın keçmiş baş naziri Maydan qırğınının təşkilatçısının adını çəkib

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bildirib ki, 2014-cü ilin fevralında Maydanda atışma Ali Radanın keçmiş spikeri Andrey Parubiy tərəfindən koordinasiya edilib. Tezadlar.az NEWS.ru-ya istinadən  xəbər verir ki, onlarla insan həlak olub. Mənbə onu da bildirib ki, hazırda dünyasını dəyişən siyasətçini hadisə ilə əlaqələndirən dəlillər var. Fotolarda onun snayper tüfəngləri ilə silahlanmış silahlıları müşayiət etdiyi […]

Qərb Trampı Ukrayna ilə bağlı vədinə əməl etməyə çağırıb

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli ilə bağlı verdiyi vədi yerinə yetirmək üçün “Tomaqavk” qanadlı raketlərini Kiyevə ötürməkdən çəkinməlidir. Tezadlar.az xəbər verir ki, bu barədə sosial media platformasında Finlandiyalı siyasətçi, milli-mühafizəkar Azadlıq Alyansı partiyasının üzvü Armando Mema bildirib. “Mən prezident Trampı bu uzaqmənzilli raketləri verməklə vəziyyəti gərginləşdirməyə deyil, sözünün üstündə durmağa çağırıram, çünki o, […]

Almaniya televiziyasında Putin haqqında deyilənlərdən sonra qalmaqal yaranıb

Almaniyanın ARD siyasi şousunda Hannoverdən olan 19 yaşlı tələbənin “Putinin Almaniyanı idarə etməsinə üstünlük verəcəyini” deməsindən sonra qalmaqal yaranıb. Tezadlar.az xəbər verir ki, bu barədə “Frankfurter Rundschau” məlumat yayıb. Verilişin mövzusu Almaniyada məcburi hərbi xidmət olub. Proqram zamanı tamaşaçıların dörddə biri bu təşəbbüsün əleyhinə çıxış edib. Onların arasında Hannoverdən olan 19 yaşlı tələbə də olub […]

Fransa bu gün Makronun hakimiyyətdən uzaqlaşdırılması təklifini nəzərdən keçirəcək

Fransa Milli Assambleyasının Bürosu bu gün – oktyabrın 8-də prezident Emmanuel Makronun hakimiyyətdən kənarlaşdırılması təklifinə baxacaq. Tezadlar.az bildirir ki, bu barədə sosial mediada solçu “France Insoumise” partiyasının parlament fraksiyasının rəhbəri Matilda Pano X-də məlumat verib. O qeyd edib ki, təklifi 104 deputat imzalayıb. “Bu gün Milli Assambleyanın Bürosu (Makron – RT) hakimiyyətdən uzaqlaşdırılması təklifimizə baxacaq”, […]

Cənubi Koreya: “Regionda sülh prosesini maraqla izləyirik”

Koreya Respublikası Cənubi Qafqazda sülh prosesini böyük maraqla izləyir. “Təzadlar” xəbər verir ki, bunu Cənubi Koreyanın Azərbaycandakı səfiri Kan Kim Qu ilk Koreya dövləti olan Koçosonun yaradılmasının 4358-ci ildönümünə həsr olunmuş tədbirdə deyib. O, Cənubi Koreyanın Azərbaycandakı diplomatik missiyasının Bakının regionda davamlı sülhə nail olmaq əzminin şahidi olduğunu bildirib. “Koreya yarımadasında təhlükəsizlik və sabitliyin təmin edilməsi […]

AZPROMO Almaniya ilə yeni əməkdaşlıq xəritəsi üzrə işləri davam etdirir

Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Almaniya şirkətlərini etibarlı Azərbaycan tərəfdaşları ilə birləşdirən körpü rolunu davam etdirəcək. “Təzadlar” xəbər verir ki, bunu AZPROMO-nun icraçı direktorunun müşaviri Sevil Yəhyayeva “Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı 2025” çərçivəsində keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu ilin əvvəlində Nazirlər Kabinetinin qərarı ilə AZPROMO-nun investorlara təqdim etdiyi xidmətlərin siyahısı təsdiq […]

Qəzza danışıqları: Türkiyə, ABŞ və Qətər nümayəndələri Misirə gəlir

Türkiyə nümayəndə heyəti hazırda Misirin Şarm əl-Şeyx şəhərində davam edən Qəzza zolağında dolayı atəşkəs danışıqlarında iştirak etməyi planlaşdırır. “Təzadlar” xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İhbariyyə” telekanalı məlumat yayıb. Telekanalın mənbələrinin bildirdiyinə görə, Qətər, ABŞ və Türkiyədən nümayəndə heyətləri Sinay yarımadasına gəlməkdə davam edir və onların nümayəndələri məsləhətləşmələrdə iştirak edəcək. Türkiyə nümayəndə heyətinin tərkibi hələlik […]

ABŞ Hərbi Dəniz Qüvvələri “F/A-XX” layihəsində final mərhələsində

Bir neçə aylıq gecikmədən sonra Pentaqon tezliklə ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) üçün növbəti stels-qırıcının işlənib hazırlanması və istehsalı üçün şirkət seçəcək. “Təzadlar” xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb. Bu layihə milyardlarla dollarla qiymətləndirilir və ABŞ-nin Çinə qarşı səylərinin əsas elementi kimi qiymətləndirilir. “Boeing” və “Northrop Grumman” şirkətləri “F/A-XX” adlandırılan təyyarənin […]

Napoleonun falçısı Mariya Lenorman gələcəyi necə görürdü?

18-19-cu əsrlərdə yaşamış görücü və falçı Mariya Lenorman öz dövrünün bir çox nüfuzlu adamlarının görücüsü və məsləhətçisi kimi Fransada böyük şöhrət qazanmışdı. Mariya Lenormanın Napoleon Bonapartla bağlı şəxsən söylədiklərinə dair birbaşa sübut yoxdur. Bununla belə, o, Napoleonun həyat yoldaşı Jozefin Boqarnenin taleyini proqnozlaşdırıb. Bu, onun nüfuzunun əsasını təşkil edib. Onun proqnozlarının Napoleonun özünə, o cümlədən […]

Genetika pəhriz və idman nəticələrinə təsir edir

Arıqlama metodu hər insan üçün fərdi olmalıdır. Tezadlar.az xəbər verir ki, bunu Rusiyanın “Genotek” mediko-genetik mərkəzinin elmi kommunikasiya rəhbəri Yekaterina Surkova bildirib. Bioloqun sözlərinə görə hər kəs üçün universal arıqlama üsulu mövcud deyil, çünki insan orqanizminin reaksiyası genetik kodla müəyyən olunur. Yekaterina Surkova açıqlamasında qeyd edib ki, DNT analizi orqanizmin maddələr mübadiləsi, yağların mənimsənilməsi və fiziki […]

Orban: “Türk Dövlətləri sülhə sadiq olduqlarını təsdiqlədilər”

Macarıstanın Baş naziri Vikror Orban Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü ilə bağlı paylaşım edib. “Təzadlar” xəbər verir ki, Orban görüşdən video paylaşaraq aşağıdakı sözləri yazıb: “Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə toplantısında Macarıstan və Türk Dövlətləri sülhə sadiq olduqlarını bir daha təsdiq etdilər. Aİ Ukrayna cəbhəsində müharibə apararkən, biz […]

103 min manatlıq mənimsəmə işi: Günay Muradəliyeva təcridxanaya göndərildi

Mərkəzi Univermaqda satıcı işlədiyi zaman müştərilərin qızıllarını ələ keçirməkdə ittiham olunan Günay Muradəliyeva həbs edilib. “Təzadlar”ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi son iclasda belə hökm çıxarıb. Hakim Mahirə Kərimova zərərçəkmişlərə dəymiş ziyanın tam ödənilməməsini nəzərə alaraq xanım müttəhim barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanunauyğun hesab edib. Hökmə əsasən, Günay Muradəliyeva […]

Dünyanın ən əlçatmaz qadını

80 milyon dollardan çox qazanan Mayamidən olan model Sofi Reyn özünü “dünyanın ən əlçatmaz qadını” elan edib.  Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, ürəyini fəth etmək şansını arzulayan kişilər üçün ciddi standartlar qoyub. “Mən tələbkar deyiləm, sadəcə layiq olduğumdan daha az bir şeylə kifayətlənməkdən imtina edirəm və minimum enerji səviyyəsini qəbul etməyəcəyəm”, – Sofi deyib. […]

Britni Spirs pilləkənlərdən yıxıldı

Amerikalı pop ulduz Britni Spirs bədbəxt hadisə nəticəsində xəsarət alıb. Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçı dostunun evində pilləkənlərdən yıxılaraq ayağını zədələyib. Müğənni bu barədə instaqram hesabında paylaşım edib. Spirs bildirib ki, hadisə zamanı ciddi ağrı hiss edib və sınıqdan şübhələnib: “Dostumun evində pilləkənlərdən yıxıldım. Həqiqətən dəhşətli idi. Sınıq olub-olmadığını bilmirdim, amma indi […]

“Waze” proqramının səsi Tural Əsədov atasının iradı ilə üzləşib

“Waze” proqramını Azərbaycan dilində səsləndirən aparıcı Tural Əsədov buna  görə atasının iradı ilə üzləşdiyini açıqlayıb. “Təzadlar” xəbər verir ki, o bu barədə ATV-də yayımlanan “Afaqla 10-lar” proqramında qonaq olarkən danışıb. “Atam “sən məni söydürmək üçün başqa yol tapmadın?” deyir. Əslində düz deyir. Hamı səhv gedəndə söyür…” – T.Əsədov bildirib.

Bakı-Qazax yolunda faciə: “Mercedes” iki piyadanı vurdu

Yevlaxda iki piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Yevlax rayonundan keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik maşını iki nəfəri vurub. Hər ikisi qadın olan piyadalar aldıqları xəsarət nəticəsində həyatlarını itiriblər. Faktla bağlı araşdırma aparılır.

Cənubi Qafqaz enerji dəhlizinə çevrilir: Azərbaycanın rolu artır

Azərbaycanın bərpa olunan enerjiyə keçidi Avropa və Mərkəzi Asiya (ECA) regionunda iqtisadi artımı və məşğulluğu artıra bilər. “Təzadlar” Dünya Bankının hesabatına istinadən xəbər verir ki, əlçatan və etibarlı enerji infrastrukturu iş yerlərinin yaradılması və iqtisadi transformasiya üçün əsasdır. “Əlçatan və sabit enerji ECA ölkələrində məhsuldar potensialın reallaşdırılması və məşğulluğun təmin edilməsi üçün vacibdir. Regionun enerji keçidinin […]

Doğum tarixi və cazibə sirri

Bəzi insanlar var ki, onlar haqqında “o sadəcə daxil olur və bütün diqqət ona yönəlir” deyirlər. Numeroloqlar və astroloqların fikrincə, bu təsadüf deyil. Bəzi doğum tarixləri insana doğuşdan xüsusi enerjini, təbii cazibə və magnetizmi bəxş edir. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, belə insanlar asanlıqla başqalarını cəlb edir, dostluq və əlaqələr qazanır, həyatlarında daha çox […]

7 noyabrda iş günü qısaldılacaq

Azərbaycanda 7 noyabr qısaldılmış iş günüdür. Tezadlar.az-ın məlumatına görə, 8 noyabr – Zəfər Günü ilə əlaqədar olaraq, 7 noyabr (cümə günü) ölkə üzrə qısaldılmış iş günü olacaq. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günləri qabağı iş günü bir saat azaldılır. Beləliklə, dövlət və özəl müəssisələrdə 7 noyabrda iş vaxtı adi günlərə nisbətən bir saat daha […]

Nigar Bahadırqızının 41 yaşlı qardaşı vəfat edib

Aktrisa Nigar Bahadırqızına ağır itki üz verib. Tezadlar.az xəbər verir ki, sənətçi qardaşını itirib. O bu haqda danışıb: “Canımın yarısı getdi, qardaşım Vüqarı itirdim. Vüqar 1984-cü ildə doğulub, 3 qız övladı var. Dünən axşam 17:00-da ürək çatışmazlığından vəfat edib. Ən böyük qardaşım idi, 41 yaşı var idi. Çox ağır itkidir. Bu gün artıq vətənə gəlirəm (kövrəlir)” […]

Valverde “Qarabağ”la oyun öncəsi zədələrdən narahatdır

İspaniyanın “Atletik” komandasının “Qarabağ”la UEFA Çempionlar Liqasında keçirəcəyi oyun öncəsi problemləri yaranıb. Tezadlar.az xəbər verir ki, hücum xəttinin 3 oyunçusu – Aleks Berenger, Oyan Sanset və İnyaki Uilyams zədəlidir. Həmçinin vurğulanır ki, baş məşqçi Ernesto Valverde milli komandaların oyunlarına görə yaranmış fasiləyə görə futbolçuların zədələrini sağaldacağına ümid edir və bunu vacib sayır. Çünki qarşıda La […]

Əməkdar artist Rövşən Kərimduxtun qızı ailə qurdu

Əməkdar artist Rövşən Kərimduxtun ailəsində toy olub. Tezadlar.az xəbər verir ki, aktyorun qızı Fatimə ailə qurub. Fatimə Əlican adlı bəylə nikah masasına oturub. Toy ötən gün Sumqayıtda keçirilib. Məclisə sənət aləminin tanınmış simaları qatılıblar. (Axşam.az)  

Paytaxtda kişi qəfil yıxılaraq həyatını itirdi

Bakıda kişi küçədə ölüb. Tezadlar.az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 66 yaşlı İsmayılov İlqar Savir oğlu küçədə qəfil yıxılaraq, dünyasını dəyişib. Onun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

12 yaşlı Nübarın qətli: təqsirləndirilən qadın ifadəsini dəyişdi

Bakıda 22 il əvvəl 12 yaşlı qızın zorakılığa məruz qalıb, işgəncə ilə qətlə yetirilməsində ittiham olunan İsmayıl Quliyev və Alidə Qadaşovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Tezadlar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bəzi məsələlər araşdırılıb. Daha sonra Alidə Qadaşova vəkilin suallarını cavablandıraraq bildirib ki, istintaqda verdiyi ifadələri təsdiq etmir, onları təzyiq […]

Boşanmış cütlük premyerada yanaşı poz verdi

Amerikalı aktrisa və müğənni Cennifer Lopez ilə Hollivud aktyoru Ben Afflek, rəsmi olaraq boşansalar da, gözlənilməz şəkildə birlikdə görünüblər. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, cütlük yenidən ictimaiyyət qarşısına birgə çıxıb və bu, təsadüfi deyil, mühüm bir hadisə münasibətilə baş verib. Oktyabrın 6-da Nyu-Yorkda “Hörümçək qadının öpüşü” adlı müziklin premyera öncəsi nümayişi keçirilib. Cennifer Lopez filmdə əsas rollardan […]

AFFA Hakimlər Komitəsi: VII turda VAR qərarları düzgün olub

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən oyunlardakı mübahisəli epizodları şərh edib. Bu barədə “Təzadlar”a AFFA-dan məlumat verilib. “Araz-Naxçıvan” – “İmişli” 54-cü dəqiqə “İmişli” komandasının yerinə yetirdiyi uzun aut atışı zamanı top cərimə meydançasına göndərilir. “İmişli”nin hücumçusu (№14) ilə “Araz-Naxçıvan”ın müdafiəçisi (№3) arasında top uğrunda mübarizə gedir. Hakim penalti […]

Həkim xəbərdarlıq edir: Mədə yanması dərmanları mikrofloranı poza bilər

Mədə yanmasına qarşı dərmanların tez-tez və nəzarətsiz istifadəsi bağırsaq mikroflorasının pozulmasına səbəb ola bilər. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiyanın Piroqov Universitetinin Qastroenterologiya və Diyetologiya kafedrasının dosenti, tibb elmləri namizədi Aleksandr İvanov bildirib. Mütəxəssisin sözlərinə görə uzun müddət davam edən mədə yanması çox vaxt qastroezofageal reflüks xəstəliyinin (GERX) əlamətidir. Belə hallarda adətən proton pompası inhibitorları […]

Belçikalı model FIA prezidentliyinə namizəd oldu

Belçikalı model Vircini Filippo FIA (Beynəlxalq Avtomobil Federasiyası) prezidenti postu uğrunda mübarizəyə qoşulub. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, 33 yaşlı gözəl “Miss Belgium 2012” və “Miss International 2017” müsabiqələrində iştirak etməklə tanınır. O, həmçinin Konqo Demokratik Respublikasında kimsəsiz uşaqlara kömək edən və təhsili dəstəkləyən Drive For Hope assosiasiyasını təsis edib.  

Kamran Zeynalov Avropa çempionatının qalibi oldu

Azərbaycan paragüllə atıcısı Kamran Zeynalov Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb. “Təzadlar” xəbər verir ki, idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada (P1) 235.6 xalla birinci olub. Qeyd edək ki, paralimpiyaçımız daha əvvəl qitə çempionatında qarışıq komanda üzrə 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada (P6) Aybəniz Babayeva ilə birlikdə və 50 metr məsafəyə […]

Ruben Vardanyan işi üzrə məhkəmədə zərərçəkmişlər ifadə verib

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 7-də davam etdirilib. Tezadlar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə […]

Azərbaycan güləşçiləri MDB Oyunlarında 3 qızıl medal qazandı

III MDB Oyunlarının yunan-Roma güləşi yarışında daha bir Azərbaycan güləşçisi qızıl medala sahib çıxıb “Təzadlar”ın Qərb bürosu xəbər verir ki, İslam Sultanov (71 kq) finalda uğurlu çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bundan başqa, Hikmət Haqverdiyev (55 kq) bürünc medalla kifayətlənib. 18:30 III MDB Oyunları çərçivəsində keçirilən yunan-Roma güləşi üzrə yarış davam edir. […]

Putin Tacikistanda Əliyevlə görüşəcəkmi?

“Rusiya Prezidenti Vladimir Putin Tacikistana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə bilər”. “Tezadlar” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. “Planlaşdırılmış görüşlər olacaq, amma indi onları sadalamaq istəmirəm. Sammitlərin adi iş rejiminə uyğun olaraq ayaqüstü söhbətlər də mümkündür”, – deyə Uşakov bildirib. Qeyd edək ki, Y.Uşakov daha […]

Bakının bir neçə qəsəbəsində qaz kəsiləcək

Qaz xətləri üzərində qoruyucu atıcı klapanın quraşdırılması və ortatəzyiqli yerüstü qaz xəttinin dayaqlar üzərinə qaldırılması işləri ilə əlaqədar 08.10.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək “Nizami-Keşlə”, “8-ci km Əlavə” və “NZS” qaz xətlərində qaz təchizatı dayandırılacaq. “Təzadlar” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Nizami rayonunun […]

Duman və çiskin: DYP diqqətli olmağı tövsiyə edir

Oktyabrın 8-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara müraciət edib. “Tezadlar” xəbər verir ki, bu haqda Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçsə də, gündüz bəzi yerlərdə çiskinli yağış və […]

Ronaldonun nişanlısı Parisdə parladı

Futbol ulduzu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodriqes Paris Moda həftəsi zamanı Balenciaga brendində heyranedici fotoları ilə pərəstişkarlarını sevindirib. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, dekolteli və hündür ayağı yarıqlı baxımlı qara paltarda görünüb və bu, mükəmməl fiqurunu mükəmməl şəkildə nümayiş etdirib.     Corcina oktyabrın 4-də Parisdə 2026-cı ilin yay kolleksiyasının nümayiş olunduğu şouda […]

Zaqatalada “qəhvəyi bağacıq” təhlükəsi – AQTA-dan xəbərdarlıq

Zaqatalanın böcəklərin hücumuna məruz qalması barədə xəbər vermişdik.  AQTA məsələ ilə bağlı açıqlama yayıb. “Qəhvəyi mərmər bağacığı aşkar edildiyi təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır”. Qurumdan Tezadlarz-a daxil olan açıqlamada deyilir: “Qonşu ölkələrdən Azərbaycana miqrasiya edən Qəhvəyi mərmər bağacığının respublikanın Zaqatala-Balakən zonasında kütləvi şəkildə müşahidə edilməsi zərərvericinin biologiyasına uyğundur. […]

Nənəsini döyən gənc qız və anası cərimələndi

Ağdamda gənc qız anası ilə birləşərək nənəsini döyüb. Tezadlar.az xəbər verir ki, hadisə Çəmənli kəndində qeydə alınıb. Yaşadıqları evdə 21 yaşlı Zümrüd Qulamova (ad və soyad şərtidir), anası və nənəsi arasında mübahisə yaranıb. Mübahisəyə səbəb Zümrüdün qaz sobasının borusunu təmizləyərkən, tozun nənəsinə məxsus altdakı qabqacağa düşməsi olub. Bunu görən nənə nəvəsinə irad bildirib. Zərəçəkənin sözlərinə görə, […]

İstanbulda Azərbaycan şairinə ehtiram

Bu gün İstanbulun Sarıyer Bələdiyyəsi ərazisində yerləşən parkda Azərbaycan Xalq şairi Bəxtiyar Vahabzadənin qorelyefinin açılışı olub. “Təzadlar” xəbər verir ki, bu barədə jurnalist İbrahim Nəbioğlu sosial şəbəkə hesabında paylaşım edib. O qeyd edib ki, şairin 100 illik yubileyi ilə əlaqədar Vadistanbul səmtində qoyulan qorelyefin müəllifi Xalq rəssamı Natiq Əliyevdir. Müəllifin, Sarıyer Bələdiyyəsinin rəhbəri Mustafa Oktay […]

Rövşanə Ağasəfqızı yeni kanalda

Aparıcı Rövşanə Ağasəfqızı özünə yeni iş yeri tapıb. Tezadlar.az xəbər verir ki, o, “Kanal S”də yenidən izləyicilərin qarşısına çıxacaq. Teleaparıcı “Danışır Rövşanə” adlı verilişlə bir müddət ara verdiyi fəaliyyətinə davam edəcək. Verilişin mövzusu isə qadınların problemləri müzakirəsi olacaq.

Ən çox pul qazanan 5 bürc

Bürc əlamətlərinizdən asılı olmayaraq qətiyyət və əzmkarlığınız varsa çox pul qazana bilərsiniz. Tezadlar.az-ın məlumatına görə, ancaq astroloqların fikrincə, bu, nizam-intizam, intuisiya və risk almaq istəyi ilə əldə edilir. Oğlaq Bu bürcün nümayəndələri inanılmaz iş etikası, nizam-intizam və uzunmüddətli planlar qurmaq bacarığına malikdirlər. Sürətli pulun dalınca getmirlər; onlar özlərinə və gələcəyinə sərmayə qoyaraq davamlı inkişaf yoluna […]

P.Diddi Trampdan bağışlanma istəyib

ABŞ Prezidenti Donald Tramp amerikalı repçi və prodüser P.Diddinin (əsl adı Şon Kombs) dörd ildən artıq həbs cəzasına məhkum olunmasından sonra ondan əfv istədiyini təsdiqləyib. Tezadlar.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə bildirib ki, Paff Deddi (Kombsun tanınmış ləqəbi) ona bu xahişi çatdırıb. Prezident əlavə təfərrüat verməyib və hələlik əfv məsələsində qərar vermədiyini açıqlayıb. Xəbərə […]

Devid Bekhemin 1 milyon dollarlıq saatı

Gözəl yaşamaq qadağan deyil! Devid Bekhemin geniş saat kolleksiyasının bir hissəsi internetdə tapılıb. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, David lüks İsveçrə brendi “Rolex”ə üstünlük verir. “Mançester Yunayted”in və İngiltərə yığmasının keçmiş oyunçusu, “İnter Mayami”nin hazırkı sahibinin kolleksiyasındakı ən bahalı saatın qiyməti 1 milyon dollardan çoxdur.

Orbanın Azərbaycandakı səfəri yekunlaşdı

Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycana səfəri oktyabrın 7-də başa çatıb. “Təzadlar” xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Macarıstanın Baş naziri Viktor Orbanı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər yola salıblar.

Türkiyə Prezidentinin Azərbaycandakı səfəri yekunlaşdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri oktyabrın 7-də başa çatıb. “Təzadlar” xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər yola salıblar.

Cabir İmanovun inancı ilə bağlı yayılan söz-söhbətə deputatdan münasibət: “Özü elan etməyibsə, bunu müzakirəyə çıxarmağa…”

Mərhum Əməkdar artist Cabir İmanovun cənazəsindən yayılan görüntülərdən sonra sosial şəbəkələrdə onun vəhhabi qanadına yaxınlığı ilə bağlı iddialar yayılıb. Tezadlar.az  xəbər verir ki, millət vəkili Fazil Mustafa yayılan iddialara KİV-də münasibət bildirib: “Adamın inanc məsələsinə gəlincə, bu, tərbiyəsizliyin bir növüdür. Adam özü elan etmir ki, özüm hansı inancdayam. Hindistanda biri siçana, biri inəyə inanır. Bir […]

Mərkəzi Bankın elan etdiyi tenderə yaxın gələn olmadı, daha dəqiqi…

Azərbaycan Mərkəzi Bankının tenderi ləğv edilib. Tezadlar.az  xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən elan olunmuş “SMS məlumatlandırma xidmətinin satın alınması” tenderi ləğv edilib. Müsabiqə 9 sentyabr 2025-ci il saat 14:54-də dərc olunmuş, təkliflərin qəbulu və zərflərin açılışı isə 1 oktyabr 2025-ci il saat 17:00-da baş tutmalı idi. Ehtimal olunan qiymət 5 325 manat olaraq […]

Türkmənistanın Füzulidə tikəcəyi məscidin onlayn formatda təməli qoyulub

Oktyabrın 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlini qoyublar. Tezadlar.az   Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Türkmənistan tərəfindən Füzulidə inşa ediləcək məscid kompleksinin […]

299 sayda şirkətin rəhbəri kimi “qaz vurub qazan doldurmaq…” istədi, amma özü istintaqın “qazanında” bişdi…

h

Cinayət yolu ilə pul qazanmaq məqsədilə yaradılmış 299 sayda şirkətin rəhbərlərindən biri, musiqiçi Yasin Əhmədovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Tezadlar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  Hökmə əsasən, Yasin Əhmədova ittiham olunduğu 177-ci və 189-cu maddələr üzrə baraət verilib. Ona […]

Pensiyalarla bağlı yeni qaydalar təsdiqləndi: deputat pensiyaçıları maraqlandıran nüansları açıqladı

Nazirlər Kabineti “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklərə uyğun olaraq yeni qaydaları təsdiq edib. Yeni sənədə əsasən, əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim və ya əldə edilə bilər. Tezadlar.az   xəbər verir ki, bunu […]

Ukraynanın kiber memarı da CIDC-2025 tədbirinə qatılacaq – EKSPERT

“Belə bir peşəkarın Azərbaycanda olması və təcrübəsini bölüşməsi, bizim üçün həm regional əməkdaşlıq, həm də praktik bilik mübadiləsi baxımından çox önəmlidir.” *** 9-10 oktyabr tarixində təşkil olunacaq “CIDC-2025” (“Critical Infrastructure Defence Challange”) tədbirinin gündəliyinə nəzər salanda görmək olar ki, xeyli maraqlı olacaq. Tezadlar.az  xəbər verir ki,  bunu Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz  […]