ABŞ Konqresinin Ukrayna üzrə Qrupunun həmsədri Marcy Kaptur prezident Vladimir Zelenskini dəstəkləyib və həmkarı Viktoriya Spartsı Rusiya prezidenti Putinə kömək etməkdə ittiham edib.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, Bu barədə Kapturun bəyanatı ilə tanış olan “Avropa həqiqətləri” məlumat yayıb. Demokratlar Partiyasına mənsub olan Kaptur qeyd edib ki, Ukraynaya dəstək qrupunun rəhbərlik etdiyi ABŞ Konqresi vətəni müdafiə etmək və Rusiyanın amansız müharibəsinə son qoymaq üçün Ukraynaya göstərdiyi qəhrəmanlıq cəhdlərində böyük üstünlüklə dəstək verib.
“Bəzi üzvlər nifaq salmağa və gərginliyi artırmağa çalışsalar da, ümumilikdə ABŞ Konqresi Ukraynanın sağ qalmaq üçün mübarizə apardığı bir vaxtda Prezident Zelenskinin və onun rəhbərliyinin arxasında möhkəm dayanır”. Kaptur ABŞ-ın prezident Zelenskinin ofisi ilə əməkdaşlığının səviyyəsinin və əhatəsinin “hər hansı bir məmurun sədaqətinə şübhə etməyə əsas vermədiyini” vurğulayıb və Spartsı Putinin əlinə oynamaqda ittiham edib. Sitat: "Müharibə zamanı Ukrayna rəsmilərinin mövqelərini sarsıtmağa yönəlmiş vəhşi rəvayətlər yayanlar ehtiyatsızlıqdan Putinə və onun təbliğatçılarına kömək edirlər. ABŞ Ukraynanın qələbəsinə verilir və Ukrayna xalqının ABŞ-dan böyük dostu yoxdur".

Maraqlıdır ki, Viktoriya Sparts bu ittihamı təkzib etməyib.

A.Məmmədli



Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN