«ADM-DJEK» kinostudiyasında ssenari müəllifləri Aleksey Şipulin və Qriqoriy Naxapetov olan və Yeltsin adına Mərkəzin dəstəyi ilə çəkilən "Çingiz Aytmatov–doğan Günəş" adlı filmdə Ulu Öndər Heydər Əliyev haqqında da danışılıb…

Qırğızıstanda fəaliyyət göstərən “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”nun prezidenti  Nusrət Məmmədovun “Təzadlar” a verdiyi məlumata görə, Qriqoriy Naxapetovun rejissorluğu ilə çəkilən filmin redaktoru İrina Denisovaddır (mətni Aleksandr Drozdov oxuyur).

 Onu da qeyd edək ki, 2008-ci il Qırğızıstanda “ÇingizAytmatov ili” elan olunmuşdur. Elə həmin il dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun yubiley tədbirlərinə Bakıda da start verilmişdir.  Yazıçının birinci və axırıncı yubiley tədbiri Bakıda keçirilmişdir. O zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çingiz Aytmatovla birlikdə səfərin təşkilatçısı, “Türkdilli Dövlətlərin siyasətinə dəstək fondu”nun prezidenti Nüsrət Məmmədovu da qəbul etmişdir. Həmin görüşdə, Azərbaycan prezidenti dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovu 1 nömrəli “Dostluq” ordeni ilə təltif etmişdir. Və elə həmin ilin may ayında Toktoqul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin 85 illik yubileyi çox möhtəşəm keçirilmişdir.

Tədbirdə çıxış edən Çingiz Aytmatov Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün nə qədər önəmli olduğunu demişdir. Tədbir “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”nun təşkilatçılığı ilə baş tutmuşdur.

 Onu da xatırladaq ki, Heydər Əliyevin 85 illik yubiley tədbirində Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Nizami Cəfərov, Gülər Əhmədova, Professor Aqil Hacıyev və Vaqif Arzumanlı, böyük qrupda Azərbaycan Respublikasının mədəniyyət və incəsənət xadimləri, Qırğızıstan Joqorku Keneşinin üzvləri, Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov, SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı Bolot Şəmşiyev və başqaları iştirak ediblər.

Qürurverici haldır ki, Moskvada «ADM-DJEK» kinostudiyasında Yeltsin adına Mərkəzin dəstəyi ilə çəkilən "ÇINGIZ AYTMATOV –Doğan Günəş" adlı filmdə “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”nun keçirdiyi hər iki tədbirdən fraqmentlər yer alıb.

"ÇINGIZ AYTMATOV – Doğan Günəş" filminə bu linkdən baxmaq olar.: https://www.youtube.com/watch?v=QRfYIbOw9Ms

Toktoqul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin  85 illik çox möhtəşəm yubileyi tədbirinə isə bu linkdən baxmaq olar:https://www.youtube.com/watch?v=ipa9EF6lOBI 

Hazırladı və təqdim etdi: Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN