"Şimali Avropa ölkələri terrorla bağlı ötən ay verdiyi vədləri yerinə yetirməsə, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünü donduracaq".

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə prezidentinin sözlərinə görə, İsveç hazırda “yaxşı imic nümayiş etdirmir: “Bir daha qeyd etmək istəyirəm ki, bu ölkələr bizim şərtlərimizi yerinə yetirmək üçün lazımi addımları atmasalar, prosesi donduracağıq. Xüsusilə qeyd edirik ki, İsveçin bu məsələ ilə bağlı yaxşı imici yoxdur”, - deyə Türkiyə lideri bildirib (24 news).

Xatırladaq ki, skandinaviya ölkələri terrorizmlə mübarizə məsələsində Türkiyə ilə sıx əməkdaşlıq etmək barədə öhdəlik götürüblər. Belə ki, hər iki ölkə PKK və onun qollarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bu istiqamətdə terrorizmlə mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üçün strukturlaşdırılmış əməkdaşlıq mexanizmi yaratmalıdır.

TEZADLAR.AZ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN