Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin üzvü Leonid Slutski bildirib ki, Ukrayna ilə danışıqlar bərpa olunarsa, Moskva həm vaxt, həm də mahiyyət baxımından daha sərt şərtlər irəli sürəcək.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, Rusiyanın İnterfaks agentliyi Slutskinin mətbuat konfransına istinadən belə bir məlumat yayıb. Sitat:  “Bu gün bizim tərəfimizdən şərtlər tamam başqa, daha sərt olacaq”.
Xatırladaq ki, Rusiya Federasiyası Dövlət Dumasının nümayəndəsinin sözlərinə görə, onlar xüsusilə demilitarizasiya və denazifikasiya, “DXR” və “LPR” psevdorespublikalarının müstəqilliyinin tanınması tələblərini sərtləşdirəcəklər. Əslində isə Rusiyanın əvvəldə Ukrayna qarşısında bu tələbi var idi və hələ də bu bəhanə qalmaqdadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN