"Ölkə çətin bir vəziyyətlə qarşılaşır, çox güman ki, dördüncü dalğaya girə bilərik, hazırda ölkədə epidemiya vəziyyəti pisləşir".

Tezadlar.az xəbər verir ki, bu sözləri Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamqrelidze, Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinq zamanı deyib. Qamqrelidze vətəndaşları virusla mübarizədə dəstəyə çağırıb: "Ölkə çətin bir vəziyyətlə qarşılaşır. Hər kəsi daha çox həmrəylik, daha çox diqqət göstərməyə və yoluxmanı birtəhər dayandırmağa çağırırıq”, - deyə A. Qamqrelidze bildirib.

Qeyd edək ki, Gürcüstanda bütün tədbirlərə baxmayaraq təkcə bu gün ölkə üzrə 1862 yoluxma halı qeydə alınıb. Azərbaycanlıların kompakt yaşadığı ərazilərdə də nəzarət mexanizmləri təkrarən gücləndirilib. Turistlərin ölkəyə axınının vəziyyəti kritikləşdirməsi istisna deyil.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN