Prezidentin dediyi «Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq» fikirlərinin  sabah reallığa çevriləcəyi artıq heç kimdə şübhə doğurmur.

 Bu günlərdə Ali Baş Komandan, Prezident cənab İlham Əliyev bütün azərbaycanlıların qəlbini qürur hissi ilə dolduran, lakin ermənilərin belini qıran bir bəyanat səsləndirdi. Prezident tarixi sənədlərə istinad edərək bildirdi ki, «Cənubi Zəngəzur varsa, Qərbi Zəngəzur da var. Zəngəzur, Göyçə mahalı və İrəvan xanlığı qədim Azərbaycan torpaqlarıdır və biz o torpaqlara qayıdacağıq».

Prezident İlham Əliyevin çox yerində və sanballı şəkildə dediyi fikirlər ermənilər arasında əməlli-başlı panika yaradıb. Bu sözlər gəlişi gözəl sözlər deyil. Tam tarixə söykənən real faktlardır. Azərbaycan torpaqlarında havadarlarının hesabına 1920-ci ildə özlərinə dövlət yaradan ermənilərin  sonradan bu müvəffəqiyyətdən başları gicəlləndi və sərsəmləməyə başladılar. «Dənizdən-dənizə Ermənistan» xülyası, yeni gələn nəsillərin başını  necə xarab edibsə, müalicəsi olduqca çətinləşib. Ancaq Prezident İlham Əliyevin 44 günlük II Vətən savaşında dəmir yumruğu, sən demə, başları eyforiyadan gicəllənmiş ermənilərin müalicəsi imiş. Artıq tək-tük ermənilər, sanki qəflət yuxusundan ayılıblar və Qarabağın Azərbaycan torpağı olduğunu etiraf etməyə başlayıblar. Hətta dəmir yumruğun təsirindən çox tez ayılan ermənilər də var ki, İrəvanın da Azərbaycan torpağı olduğunu etiraf etməyə özlərində güc tapırlar.

Prezidentin «Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq» sözləri bu gün ermənilərə soyuq duş təsiri bağışlayırsa, sabah bir reallığa çevriləcəyi şübhəsizdir. Prezident haqlı olaraq deyir ki, bu günkü Ermənistan torpağında doğulan minlərlə soydaşımız var ki, onlar öz dədə-baba torpağına qayıdacaqlar. Bir vaxtlar Prezident «Qarabağın işğal olunmuş torpaqlarını azad edəcəyik və məcburi köçkünlər öz doğma elinə, obasına qayıdacaqlar» - deyəndə bəziləri buna şübhə ilə yanaşırdı. Amma bu gün Prezidentin o vaxt dedikləri Qarabağın işğaldan azad olunması ilə artıq reallığa çevrilib. Ona görə də Prezidentin dediyi «Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq» fikirlərinin sabah reallığa çevriləcəyi də artıq heç kimdə şübhə doğurmur. Deməli, ermənilərin təlaşa düşməyinin əsası var. Ancaq ermənilər təlaşa düşməkdənsə, indidən reallığı qəbul etsələr, daha ağıllı addım atmış olarlar. Necə deyərlər, özgə atına minən tez düşər.

 Elçin MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN