Xəbər verildiyi kimi, çərşənbə axşamı Ukrayna DİN rəhbəri Arsen Avakov istefa ərizəsi yazmışdı.  Cümə axşamı isə Verxovnaya Rada onun istefasını təsdiqləmişdi.

Ukrayna parlamenti  "Xalqın Qulu" fraksiyasından deputat, Ali Radanın hüquq-mühafizə fəaliyyəti üzrə komitəsinin sədri Denis Monatırskini Ukraynanın DİN rəhbəri təyin edib. RİA Novosti yazır ki, cümə günü keçirilən iclasda bu qərarın lehinə 271 deputat səs verib.

Xatırladaq ki,Ukrayna qanunlarına görə, yeni nazirin namizədliyini parlamentin müzakirəsinə baş nazir verir və nazirin təsdiqlənməsinə  ən azı 226 deputat səs verməlidir.

Monastırski məhkəmə və hüquq-mühafizə sistemlərində islahatların aparılması üzrə hüquqşünas və ekspertdir. 12 iyun 1980-ci ildə Xmelnitski şəhərində anadan olub. Xmelnitski İdarəetmə və Hüquq Universitetinin hüquq fakültəsini bitirmişdir. Ukrayna Milli Elmlər Akademiyasının V. Koretski adına Dövlət və Hüquq İnstitutunda təhsil alıb.  Hüquq elmləri namizədidir. Xmelnitski İdarəetmə və Hüquq Universitetində müəllimlik etmiş, qanun yaradıcılığı və elmi ekspertiza məsələləri şöbəsinə rəhbərlik etmişdir.

2019 - cu ildə onu hüquq-mühafizə sisteminin islahatı üzrə Vladimir Zelenskinin komandasının eksperti kimi təqdim etmişlər.Elə həmin il parlamentə "xalqın xidmətçisi" Partiyasının siyahısı ilə daxil olmuşdur. Radada hüquq-mühafizə fəaliyyəti məsələləri Komitəsinə rəhbərlik edib. KİV-in məlumatına görə, Monastırski qanunvericilik fəaliyyətində fəal iştirak edən və ən çox qanun layihələri verən deputatlardan biridir.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN