Azərbaycanın haqlı olduğunu indi təkcə dünya ictimaiyyəti deyil, həm də tarixi düşmənimiz, torpaqlarımızı işğal etməklə özünə ikinci qondarma erməni dövləti yaratmaq istəyən Ermənistanın hərbi-siyasi rəhbərliyi də görməkdədir...

İndi Azərbaycan 30 il işğal altında qalmış, viran edilmiş o yurd yerlərimizdı quruculuq işlərinə meydandır... Qarabağda yaşayış məskənləri salınır, sənaye infrastrukturu yaradılırş yollar çəkilir. Bu yollar düşmənin sinəsinə çalın-çarpaz dağ çəkməklə yanaşı, dünyaya sübutdur ki, Azərbaycan hər işi öz gücü ilə edir. Elə bu günlərdə Prezident İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanış olanda söylədiklərimizin təsdiqini gördük. Qısa zaman içində görülmüş möhtəşəm işlər qürurverici idi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə yolun texniki göstəriciləri və görülən işlər barədə ətraflı məlumat verdi.

 

S.Məmmədov ölkə başçısına məlumat verdi ki, başlanğıcını Bərdə şəhərindən götürən bu avtomobil yolunun uzunluğu 44,5 kilometr, eni 26,5 metrdir. Sitat: "...Birinci texniki dərəcəyə uyğun inşa olunan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, dörd hərəkət zolağından ibarətdir. Bu yol boyu 4 körpünün, o cümlədən 3 yolüstü piyada keçidinin inşası nəzərdə tutulur. Həmçinin avtomobil yolunda 29 avtobus dayanacağı tikilir. Onlardan 14-nün inşası tamamlanıb...".

S.Məmmədov onu da bildirdi ki, layihə üzrə torpaq işləri başa çatdırılıb, ümumi iş həcminin 75 faizi icra olunub.

XXX

Onu da qeyd edək ki, hazırda Ağdam-Füzuli avtomobil yolunun çəkilişi də sürətlə davam edir. Hələ ötən ilin oktyabrında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunda əsas işlər görülüb. Həmin strateji əhəmiyyətli yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır. Uzunluğu 64.8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3.75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26.5 metr təşkil edir. I texniki dərəcəliolacaq yolda layihə üzrə 380 metr uzunluğunda istinad divarının inşası da aparılır. 

 

Hazırda Ağdam-Füzuli avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirməsi, 26.5 metr enində yeni yol yatağının, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri davam etdirilir.  Artıq yolun 59.3-64.8-ci kilometrlik hissəsində yol əsasının tikintisi yekunlaşmaq üzrədir. 

Yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin tikintisi aparılır. 

Bundan başqa layihə üzrə nəzərdə tutulan yolun 0.2, 5.7, 37 və 63-cü kilometrlik hissəsində 4 avtomobil körpüsünün inşası da davam edir. Körpülərdə svay, betonlanma və dayaqların tikintisi işləri icra olunur.

 

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun 2023-cü ilin sonunadək yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib. Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yoluAğdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək. 

 Bəli, Azərbaycan Qarabağda təkcə tarix yazmır, həm də bu tarixin gələcəyə daşıyıcısı kimi dünyaya kimliyini-hansı siyasi-hərbi və iqtisadi gücə malik olduğunu göstərir...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN