Rusiyanın şiddətli sanksiyalara məruz qalması ölkənin paytaxtında acı nəticələrə gətirib çıxarıb... Moskvada yaşayan və çalışan soydaşlarımızdan birinin söylədiyinə görə, hazırda Moskvada küçələrdə ənənəvi avtomobil sıxlığı xeyli azalıb, məşhur ticarət mərkəzləri bomboşdur, brend dükanların qapısı bağlıdır, ərzaq sarıdan problemlər yaşanır... Dünən isə Krım körpüsünün partladılması Rusiyada həm də hərbi sahədə vəziyyətin rusca olduğunu göstərir... Artıq bəyan edildi ki, Ukraynanın xüsusi xidmət orqanlarının bu partlayışda birbaşa əli var... 
XXX
Bəs belə bir vəziyyətdə Putinin qərarı necə olmalıdır? O, müharibəni dayandıracaqmı? Təbii ki, müharibəni dayandırsa, onu indiyədək baş verənlərin baiskarı kimi ən ağır cəza gözləyəcək... Müharibəni davam etməyə isə hal qalmayıb. Çünki Ukraynada olan xarici ən müasir silahlar vəziyyəti kritikləşdirib.
Tanınmış araşdırmaçı jurnalist İbrahim Nəbioğlu bj barədə maraqlı status paylaşıb. Sitat: "...Ukrayna müharibəsinə artıq başqa perspektivdən baxmaq lazımdır, məncə. Putinin düşməni indən belə nə Ukraynadır, nə də Ukrayna xalqı. Putinin düşməni artıq öz ətrafında, Kremlin içindədir və addım-addım ona yaxınlaşır. Krım işğalının simvolu olan körpünün dağıdılması Rusiyanın savaşı uduzduğunu göstərdi. Və yeganə yol Ukrayna torpaqlarından dərhal çəkilib, sülhə razılaşmaqdır. Putin bunu qəbul etməyəcəyi üçün onu aradan götürmək lazımdır. Əks təqdirdə ölkə dərəbəyliyə sürüklənəcək. Sonra da parçalanacaq. Yuxarı eşalonlarda bunu anlamayan qalmayıb. Gəldiyim qənaət bunlardır…".
Belə... Güman edirik ki, ən qısa zaman içində bu müstəvidə kritik qərarlar olacaq. Çünki Rusiya-Ukrayna müharibəsi belə davam edə bilməz...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN