"Ukraynada həyəcan siqnalı dayanmır, raket hücumları var - ruslar bizi məhv etməyə, torpaqlarımızı əlimizdən almağa çalışırlar".

Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu sözləri Ukrayna prezidenti Vlodimir Zelenski, bu səhər Ukrayna şəhərlərinə edilən hücumlarla bağlı xalqa müraciətində bildirib. Zelenski hucumlar zamanı ölən və yaralıların olduğunu bildirib. Sitat: “Bizi məhv etməyə, yer üzündən silməyə çalışırlar. Zaporojyedə evlərində yatan adamlarımızı məhv edir, Dnepr və Kiyevə işləməyə gedənləri öldürürlər. Ukraynada həyəcan siqnalı dayanmır. Raketlərlə hücumlar var. Təəssüf ki, ölənlər və yaralananlarımız var. Xahiş edirəm sığınacaqları tərk etməyin. Özünüzün və yaxınlarınızın qayğısına qalın”.

 Ukraynanın Daxili işlər nazirliyi paytaxta həyata keçirilən raket hücumları nəticəsində 8 nəfərin öldüyünü, 24 nəfərin isə yaralandığını açıqlayıb. Bu raket hücumlarına səbəb Krımda körpünün partladılmasıdır. Hansı ki, Rusiya Prezidenti bu işdə Ukrayna xüsusi xidmət orqanlarının əli olduğunu bəyan etmişdi... Ukraynanın iri şəhərlərinə raket hücumları isə davam edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN