Ötən gün Rusiya prezidenti Vladimir Putin Ukrayna hökumətinin terror aktları təşkil etməyə davam edəcəyi təqdirdə Rusiyanın sərt cavab verəcəyini bildirib.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, Putin bu barədə Təhlükəsizlik Şurasının iclasında bildirib. Sitat: “8 oktyabr partlayışı terror aktıdır. Rusiyanın mülki mühüm infrastrukturunu məhv etmək məqsədi daşıyan terror aktı. Terror aktının sifarişçiləri, təşkilatçıları və iştirakçılarının Ukrayna xüsusi xidmət orqanları olduğu da göz qabağındadır”.
Ukraynanın bombalanmasına Gəlincə,  Putin deyib ki, Rusiya qüvvələri Ukraynada enerji, hərbi və rabitə obyektlərinə zərbələr endirib: "Əgər ərazimizdə terror aktları törətmək cəhdləri davam edərsə, Rusiyanın cavabı sərt olacaq və onun miqyası Rusiya Federasiyası üçün təhlükə səviyyəsinə uyğun olacaq. Buna heç kim şübhə etməməlidir"?

Rusiyanın Ukraynanın 70-dən çox şəhər və qəsəbələrini bombalanması nəticəsində çoxsaylı ölən və yaralananlar var. Ötən gün bu hadisə ilə bağlı Zelenski də xalqa müraciət edib, o, bu terror vı bombalanmalardan qorxmadıqlarını açıqlaylb və tezliklə qələbə çalacaqlarını deyib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN