Belorus prezidenti Aleksandr  Lukaşenkodan maraqlı təklif gəlib...

"İlk növbədə Ukraynada hərbi əməliyyatlar dayandırılmalıdır və yalnız bundan sonra kimin haqlı, kimin günahkar olduğu üzə çıxacaq", - deyən 24News.ge xəbər verir ki, Lukaşenko ABŞ-ın NBC telekanalına müsahibəsində belə deyib. O, qəti şəkildə deyib ki, Ukrayna Prezidenti Vladimir Zelenskiyə danışıqlar aparmaq qadağan edilib: “Dünya indi problemlə məşğuldur və günahkar kimdir sualına cavab axtarır.Kim edib? Tapın görün kim edib? O, (Zelenski) müstəqil biri deyil. Bu gün feyk məlumatlar yayılır. Bir-birini günahlandıranlar var. Bu, düzgün yol deyil. Hər gün minlərlə insan, o cümlədən mülki, heç bir günahı olmayan insanlar həlak olur. Bu reallıqdır. Ona görə də gəlin müharibəni dayandıraq. Sonra kimin haqlı, kimin günahkar olduğunu öyrənərik".

Bir neçə gün əvvəl məlumat yayıldı ki, Belarus Ukrayna ərazisində hərbi əməliyyatlar aparmaq üçün Rusiyaya yardım etməyə çalışır. Lakin Lukaşenko deyib ki, onun ölkəsi bu fikrində deyil, xüsusən Rusiya da bunu istəmədiyi üçün... Bütün hallarda, Lukaşenkonun yuxarıda qeyd edilən təklif-çağırışı təqdirəlayiqdir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN