"Rusiyanın fəaliyyətinin başlıca məqsədi Gürcüstanın gələcəyini dəyişdirmək və Avropa yolundan döndərməkdir. Bizim ölkəmiz buna imkan verməyəcək".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə Prezidenti Salome Zurabişvili Moldovada rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Maia Sandu ilə keçirdiyi mətbuat konfransında bildirib. Zurabişvili həmçinin bir neçə gün əvvəl, Rusiya tərəfindən Ukraynanın şəhərlərinə raket zərbələri endirildiyi zaman Moldovanın hava məkanının pozulması faktını da pisləyib. Sitat: “Hava məkanının pozulması ərazi bütövlüyünün pozulması ilə eyni bir şeydir. Bu, Rusiyanın adiləşdirdiyi bir hərəkətidir. Biz də bu vəziyyətdəyik. İşğal olunmuş ərazilərimizin olması ərazi bütövlüyümüzün daimi şəkildə pozulması deməkdir. Rusiya qonşu ölkələrin ərazilərini işğal edir və burada yeni bir şey yoxdur. Bizim buna cavabımız Avropa İttifaqı ilə daha da həmrəy olmaq, yolumuzda əzmlə addımlamaqdır ki, heç nə bizim yolumuzu dəyişə bilməsin. İşğal xəttinin gündəlik dəyişməsinə, vətəndaşlarımızın oğurlanmasına baxmayaraq, biz yenə də Avropaya inteqrasiya yolu ilə gedirik. Rusiyanın fəaliyyətinin başlıca məqsədi Gürcüstanın gələcəyini dəyişdirmək və Avropa yolundan döndərməkdir. Bizim ölkəmiz buna imkan verməyəcək".

Xatırladırıq ki, Rusiya 2008-ci ildə Gürcüstana hərbi müdaxilə edərək ölkə daxilində 2 seperatçı qurum yaradılmasına nail olub. Bu işğal hələ də davam edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN