Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel twitterdə Avropa İttifaqı missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsini alqışladığını deyib...

Sitat: “Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makronla görüşünün ardınca monitorinq missiyasının Ermənistanda onun Azərbaycanla sərhədi boyunca yerləşdirilməsini alqışlayıram. Bu, etimadın yaradılmasına xidmət edəcək və tezliklə Brüsseldə çağırılacaq sərhəd komissiyalarına Aİ-nin daha yaxşı dəstək verməsinə imkan verəcək”. 

Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib. Bu barədə oktyabrın 17-də Avropa İttifaqı Şurasının məlumatında deyilir. Bu qərar oktyabrın 6-da prezident Əliyev, baş nazir Paşinyan, prezident Makron və prezident Mişel arasında dördtərəfli görüşdən sonra qəbul edilib. Məqsəd bölgədə sülhün və təhlükəsizliyin bərpasına, etimadın möhkəmləndirilməsinə və iki dövlət arasında beynəlxalq sərhədin delimitasiyasına kömək etməkdir, məlumatda deyilir.

*** 

Bəli, Avropa meyilli Ermənistanın siyasi rəhbərliyi ən azı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin xeyir-duasını qəbul edib sülh müqaviləsinin imzalanması yolunda lazımi addımları atmalıdır. Bu, həm də bölgədəki ümumi gərginliyi aradan qaldırmağa xidmət edən addım olmalıdır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN