Yaxın günlərdə Ukraynaya pilotsuz uçuş aparatlarına qarşı avadanlıqlar təhvil veriləcək...

Tezadlar.az CNN-ə istinadla bildirir ki, NATO-nun baş katibi Yens Stoltenberq Berlin Xarici Siyasət Forumundakı çıxışında belə bəyan edib... O, bildirib ki, İranda daxil olmaqla heç bir ölkə Rusiyanın Ukraynaya qarşı qanunsuz müharibəsini dəstəkləməməlidir. Sitat: “Bizim edə biləcəyimiz ən vacib şey alyans üzvlərinin vəd etdiklərini yerinə yetirmək, daha da çox hava hücumundan müdafiə sistemini işə salmaq və çatdırmaqdır. Yaxın günlərdə NATO [Ukraynaya] pilotsuz təyyarələrdən, o cümlədən İrandan gələn xüsusi təhdidlərə qarşı anti-dron sistemləri ilə təmin edəcək”.

 Stoltenberq Kiyevə verilən hava hücumundan müdafiə sistemlərinin döyüş meydanındakı vəziyyəti dəyişdiyini də qeyd edib: “Ona görə də Rusiya Ukraynanın hava məkanına nəzarət edə bilmədi. Bu, bütün əməliyyat zamanı Rusiya qüvvələrinin əhəmiyyətli çatışmazlığı idi: onlar hava məkanına nəzarəti ələ keçirəcəklərini gözləyirdilər, lakin bu baş vermədi”.

Ukraynanın bütün ərazilərində İran istehsallı kamikadze dronların hücumu isə davam edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN