“...Mən heç bir problemdən qorxmuram, cənab Prezidentin tapşırığını yerinə yetirirəm”.

Millət vəkili Rüfət Quliyev bir müddət öncə Milli Məclisdəki çıxışı zamanı bəzi işbazların, məmurların xarici ölkələrdə 2-3 manata olan dərman preparatlarını ölkəmizdə defisitə çevirib 150-200 manata satdırmasından (məsələn, adrenalin ampulasının) danışıb. Məsələ ictimaiyyət arasında da geniş rezonans doğurub, ictimai müzakirələrə yol açıb.  

Rüfət Quliyev dərman bazarında baş verənlərlə bağlı TEZADLAR TV-nin efirindəki çıxışı zamanı qeyd edib ki, onun kəskin və tənqidi çıxışlarından sonra bəzi şəxslər onun üçün narahatlıq keçiriblər.

“...Bəzi yoldaşlar mənə zəng vurub deyirlər ki, bu məsələni bu cür kəskin formada deyirsiniz, bəlkə də kimlərləsə problem yarana bilər... Mən isə bildirirəm ki, mən heç bir problemdən qorxmuram. Cənab Prezidentin tapşırığını yerinə yetirirəm. Tapşırıq ondan ibarətdir ki, altıncı çağırışın birinci iclasında demişdi ki, elə problemlər var ki, mən onları görmürəm, yaxud işçilərim onu görmür  - administrasiyadan, Nazirlər Kabinetindən. Deputatlar o problemləri qaldıra bilər”, - deyə o, diqqətə çatdırıb.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN