Dünyanın media orqanları hazırda Rusiya ilə Ukrayna arasındakı müharibənin vurduğu ziyandan daha çox İranın Rusiyaya verdiyi kamikadze dronlardan yazır...

Hansı ki, İranın bununla da Ukrayna ərazisinə edilən işğalçı müdaxiləni dəstəklədiyi qeyd olunur...

Bu gün isə Ukrayna Ali Radası İran İslam Respublikasını "terroru dəstəkləyən ölkə" kimi tanıyaraq beynəlxalq qurumlara bu yöndə müraciət qəbul edib. Eyni zamanda Prezident Vladimir Zelenskiyə müraciət edilərək İranla diplomatik əlaqələrin kəsilməsi tövsiyə edilib.

 Bütün bunlara baxmayaraq İran rəsmiyyəti hələki bu "kamikadze dron" qalmaqalına münasibət bildirməyib. Amma faktdır ki, NATO-nun baş katibi də bu gün bəyan etdi ki, İran dronlarının hücumunun qarşısını almaq üçün Ukraynaya xüsusi müdafiə sistemi göndərilir. Bu isə o deməkdir ki, Rusiya ordusu Ukraynaya hava  hücumunda İran dronlarından istifadə etməkdə problemlərlə qarşılaşacaq.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN